Piratçılıq 2015-ci ildə dünya iqtisadiyyatına 1,7 trln.
dollar zərər verəcək
Bakıda “İnternetdə müəllif
hüquqları: perspektivlər və problemlər” mövzusunda beynəlxalq seminar
keçirilib. Tədbir Müəllif
Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
(ÜƏMT) tərəfindən təşkil olunub.
Beynəlxalq seminarda
çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirdi ki, internetdə müəllif
hüquqlarının qorunması, rəqəmli mühitdə
müəllif hüquqlarının təminatı, internet təhlükəsizliyinin təmin edilməsi
çox vacib məsələlərdəndir.
Onun sözlərinə görə, XXI əsrdə
müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyası daha intensiv xarakter
daşıyır və həmin obyektlərdən virtual şəbəkədə istifadənin
həcmi getdikcə artır: “Bu gün dünya
miqyasında istifadəçilərin mobil
qrafikinin 59%-i video ilə
bağlıdır. 151 milyona yaxın insan “Google”-da videoya baxır.
Hazırda “Youtube” sisteminə yüklənən
video-xəbərlərin həcmi 2,5mln/saat
təşkil edir. Hər gün “Facebook”a daxil olan yeni
fotoşəkillərin sayı
5 mlrd-ı keçir. Beynəlxalq
Ticarət Palatası da həyəcan təbili çalaraq bildirir ki, piratçılığa
və kontrafaksiyaya qarşı radikal tədbirlər görülməsə,
2015-ci ildə dünya
iqtisadiyyatına 1,7 trln. dollardan
çox zərər dəyəcək. Bu da hər il 2,5
mln. iş
yerinin itirilməsi deməkdir. Rəqəmli şəbəkədə musiqili kontentin istifadəsi 95% piratçılıqla
müşahidə olunur”.
Nazirlər Kabineti Aparatının
elm, mədəniyyət, xalq
təhsili və sosial problemlər şöbəsinin müdiri
İsmayıl Sadıxov
bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi
internetdə müəlliflik
hüquqlarının təminatı
məsələlərinə ölkədə necə böyük əhəmiyyət
verilməsinin, qazanılan
uğurların və
təcrübənin göstəricisidir:
“Görülən bütün
işlər piratçılığa
qarşı mübarizədə
də geniş imkanlar açıb. Azərbaycanda bu sahədə
görülən işlər
bütövlükdə beynəlxalq
təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir”.
ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr şöbəsinin
Qafqaz, Mərkəzi Asiya və Şərqi
Avropa ölkələri
üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanın yalnız
müəlliflik hüquqları
sahəsində deyil, ümumilikdə böyük
inkişafa nail olduğunu
bildirib. Onun sözlərinə görə,
internetdə müəllif
hüquqlarının qorunması
bütün dünyada
aktual məsələlərdəndir:
“Azərbaycanda bu sahədə qanunvericilik yüksək səviyyədə
təşkil edilib. Hər bir təşkilat
öz səviyyəsində
bu sahədə iş aparmalıdır. Müəlliflərin öz əqli
mülkiyyətlərinə görə qonorarlarını
ala bilməmələri bütün
dünyada problemli bir məsələdir”.
Beynəlxalq təşkilatın nümayəndəsi
bu məsələ ilə bağlı bir sıra təkliflər
verib. O, əqli mülkiyyət hüquqları
ilə bağlı bütün ölkələrdə
milli strategiyanın qəbul olunmasının vacibliyini qeyd edib. S.Tlevlessovanın sözlərinə görə,
orta və ali təhsil
müəssisələrində əqli mülkiyyət ilə bağlı fənnin tədris edilməsi də əhəmiyyətlidir.
Nigar
Palitra.-2014.-21 fevral.-S.12