Jürgen Thone: “Nizami Gəncəvi dühası dünya ədəbiyyatını zənginləşdirib”
“Nizami
Gəncəvinin Strasburq kitabxanasında
4175 nömrə altında saxlanılan əlyazması 370 səhifə
və 1191 illüstrasiyadan
ibarətdir
Fransanın nüfuzlu qəzetində “Nizami
Gəncəvinin məhəbbət anlayışı” sərlövhəli
bu məqalə dərc edilib
Məlum olduğu kimi Azərbaycan mədəniyyətini və ədəbiyyatını bir çox ölkələrdə, o cümlədən Fransada tanıtmaq istiqamətində mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqun Reyn sarayında Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazı həmin konfransla bağlı Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Alzas regionunda gündəlik nəşr edilən “Alzasın son xəbərləri” (“Les Dernieres Nouvelles d’Alsace”) qəzetində jurnalist Jürgen Thonenin qələmə aldığı məqalə ilə bağlıdır. “Nizami Gəncəvinin məhəbbət anlayışı” sərlövhəli bu məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransdan bəhs edilir.
Böyük mütəfəkkirin məhəbbət fəlsəfəsindən bəhs edən jurnalist qeyd edir ki, nizamişünas alimlərin konfransdakı çıxışları ölümündən 800 ildən artıq vaxt keçməsinə baxmayaraq, dahi söz ustadının yaradıcılığındakı məhəbbət anlayışının əsl qayəsini dərk etməyə imkan verib. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimlinin “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi” mövzusunda çıxışında səsləndirdiyi fikirlərə istinad edilən məqalədə deyilir: “Məhəbbət anlayışı Nizami Gəncəvi dünyasının fəlsəfəsi və konsepsiyasını təşkil edir. Məhəbbət təbiətin qanunudur. Nizami Gəncəviyə görə, məhəbbət varlıqlar arasında universal bir ünsiyyət formasıdır.
Fransanın nüfuzlu qəzetində “Nizami Gəncəvinin məhəbbət anlayışı” sərlövhəli bu məqalə dərc
edilib
Bu, canlı varlıqlar
və təbiət arasında bir dildir. O, habelə çox
güclü qarşılıqlı
tərbiyə vasitəsidir.
Dahi şairə görə, kişi ilə qadın arasındakı məhəbbət hörmət
və rəğbət
əsasında yaranır
və qarşılıqlı
kamilliyə aparır”.
Bundan əlavə, məqalədə Azərbaycanın
Fransadakı səfiri
Elçin Əmirbəyovun
konfransda səsləndirdiyi
fikirlərə istinad
edən müəllif
yazır: “Nizami Gəncəvi dühası
dünya ədəbiyyatını
zənginləşdirib və
bu gün də Azərbaycan xalqının düşüncəsində
yaşamaqdadır. İnsanlara və
təbiətə məhəbbət
məktəblərdə tədris
olunur. Nizaminin fikirləri azərbaycanlıları
birləşdirən kimlik
bağıdır. O, bizim
gündəlik həyatımızdadır.
Biz dünyada onun mənəvi davamçıları kimi
tanınmaq istəyirik”.
Qeyd edilir ki, Elçin Əmirbəyov mötəbər
konfransın Şərq
intibahının və
bütün bəşəriyyətin
ən parlaq simalarından biri olan Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin xatirəsinə həsr olunmasından məmnunluq hissi keçirdiyini vurğulayıb, söz sərrafının ədəbiyyatla
yanaşı elm və
humanist sahələrdə özündən
sonra xalqımıza böyük irs qoyub getdiyini qeyd edib. Şairin
ədəbi və fəlsəfi fikirlərinin
məcmusu olan “Xəmsə” əsərinin
beş poemadan
ibarət olduğunu, Nizami Gəncəvinin əsərlərinin və
dərin humanist ideyalarının
dünyanın, o cümlədən
Avropanın və xüsusilə Fransanın
ədəbi və fəlsəfi fikirləri üçün bir mənbə olduğunu vurğulayıb. Səfir Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli şəkildə
qeyd olunması ilə əlaqədar 2011-ci
ildə Prezidentin sərəncam imzaladığını,
Azərbaycanın birinci
xanımı, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən şairin
əsərlərinin bir
çox dillərə
tərcümə olunaraq
nəşr edildiyini, anadan olmasının 850 illik yubileyi ilə əlaqədar
UNESCO tərəfindən 1991-ci ilin "Nizami Gəncəvi ili" elan edildiyini, 2012-ci ildə Romada büstünün qoyulduğunu
diqqətə çatdırıb,
əsərlərində azadlıq,
bərabərlik və
qardaşlıq ideyalarının
təcəssüm tapdığını
bildirib. Beynəlxalq konfransda Alzas regionunun mədəniyyət
məsələləri üzrə
baş idarəsinin direktoru Alən Haussun, Strasburq Milli və Universitet
Kitabxanasının inzibatçısı
Albert Puaronun, bu kitabxananın əlyazmaların
və mədəni irs bölməsinin rəhbəri Frederik Blenin, AMEA-nın Əlyazmalar İnstitutunun
direktoru vəzifəsini
icra edən Teymur Kərimlinin, Prinston Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin
professoru Mikael Barrinin, Fransa Dillər və Sivilizasiyalar Kitabxanasının
Şərq əlyazmaları
üzrə elmi direktoru Fransis Rixardın, Berlinin Humbolt Universitetinin professoru xanım Eva-Mariya Auxun, Neapol
Universitetinin professoru Mişel Bernardininin, Azərbaycan Yazıçılar
Birliyi Gəncə bölməsinin sədri Məmməd Alimin dahi söz sərrafının
yaradıcılığının müxtəlif istiqamətlərindən
bəhs edən maraqlı çıxışları,
bu səpgidən olan tədbirlərin xalqlarımız arasında
əlaqələrin inkişafına
xüsusi töhfə
verməsinə dair məlumatlar məqalədə
öz əksini tapıb.
Qeyd edilir ki, çıxışlarda
Nizami Gəncəvinin
Strasburq kitabxanasında
4175 nömrə altında
saxlanılan əlyazmanın
370 səhifə və
1191 illüstrasiyadan ibarət
olmasından, Nizaminin poemalarına Şərq rəssamları ilə yanaşı avropalı rəssamların da illüstrasiyalar çəkmələrindən,
şairin əsərlərinin
üzünün müxtəlif
dövrlərdə ayrı-ayrı
xəttatlar tərəfindən
köçürülməsindən, poemalarda səsləndirilən
fikirlərin bəşəri
duyğulardan irəli
gəlməsindən, alman
şairi Hötenin özünün "Şərq-Qərb
divanı" əsərində
dahi söz ustadına yüksək qiymət verməsindən
bəhs olunub.
Alzas bölgəsinin mədəniyyət
məsələləri üzrə
regional direktoru Alen Hauss Nizami Gəncəvi
ilə bağlı sərginin Strasburqda təşkil olunmasının
onlar üçün
böyük şərəf
olduğunu, şairin əsərlərinin bütün
dünyada öyrənildiyini
və tanınmış
alimlərin iştirak
etdiyi bu konfransın buna bariz nümunə olduğunu diqqətə çatdırıb, qloballaşan
dünyada mədəni
əlaqələrin inkişaf
etdirilməsinin vacibliyini
vurğulayıb, Nizaminin
əsərlərində əks
olunan azadlıq, bərabərlik və qardaşlıq ideyalarının
bu gün də öz aktuallığını itirmədiyini,
sərginin Fransa ilə Azərbaycan arasında körpü saldığını, fransız
ictimaiyyətinin sərgi
sayəsində Azərbaycan
ilə yaxından tanış olduğunu, ölkənin mədəni
dəyərləri barədə
ətraflı məlumat
əldə etmələrində
mühüm rol oynadığını diqqətə
çatdırıb. Konfransda Azərbaycanın
Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri
səfir Emin Yaqubov, Amerikadan, İtaliyadan, Almaniyadan və digər ölkələrdən gəlmiş
şərqşünaslar və
Strasburq ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər. Tədbir
iştirakçıları Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgi ilə yaxından tanış
olublar. Onlara Heydər Əliyev
Fondu tərəfindən
şairin əsərlərinin
müxtəlif dillərdə
çap olunmuş nüsxələri paylanıb.
Anar Miriyev
Palitra.-2014.-21 fevral.-S.11.