“Kino sənəti
görünən sənətdir”
Adil Qulamov:
“Peşəkarlara qiymət
vermək
lazımdır”
Müsahibimiz kinoprodüser, Əməkdar mədəniyyət işçisi Adil Qulamovdur:
- İndiki dövrdə kinoprodüser sənəti nə dərəcədə inkişaf
edib?
- Hazırda Azərbaycanda kinoprodüser sənəti Sovet dövrünə nisbətən fərqlidir. Kinoprodüser anlayışı bununla ölçülür ki, o, həm dövlət səviyyəsində ola bilər, həm də özəl şirkətlər səviyyəsində ola bilər. O, filmin istehsal prosesinə rəhbərlik edir. Maliyyə vəsaitindən filmin yayımına qədər olan bütün prosesləri kinoprodüser öz üzərinə götürür. Hazırda kinoprodüser məktəbi kimi bəzi studiyalarda müəyyən işlər aparılır. Onların fəaliyyəti qiymətləndirilir. Amma yenə də hər şey maliyyə vəsaitinə bağlıdır. Azərbaycanda isə kinostudiya dövlət tərəfindən maliyyələşdirilir. Özəl qurumlar isə bağladığı müqavilələrlə müəyyən istehsalatları aparırlar. Güclü layihələr həyata keçirmək barədə söhbət açmaq hələ ki, tezdir.
-Gənclərin prodüser sənətinə gəlişi haqqında nə deyə bilərsiniz?
- Kinoprodüser sənəti
gənclər üçün böyük bir məktəbdir.
Kinoprodüser ad ya da sənət deyil. Kinoprodüser böyük bir
studiyanın istehsalat qurumlarından yaranan bir rəhbərlikdir.
Bu çox çətin
bir prosesdir. Bunun etaplarını keçməyən gənc,
prodüser ola
bilməz. Bu bir az mübahisəli
məsələdir. Məsələn,
bir gənc hansısa musiqi alətini usta musiqiçidən də yaxşı ifa edə bilər.
Yəni demək istəyirəm ki, həyat praktikası olmalıdır. Prodüserin əsas
işi kino istehsalını həyata
keçirmək, onun yayımını və festivallarda iştirakını
təmin etməkdir.
Bu da gənc insan üçün bir az çətin olar. Amma yenə də hər şey maliyyədən asılıdır.
Kino sənəti görünən sənətdir.
Təəssüflər olsun ki, kinoda kinonu bilməyənlər
özlərinə müəyyən
adlar qoyub, bu sahəyə daxil olurlar. Xalq da görür ki, bu, müvəqqətidir.
Onlar da bir gün
süzgəcdən keçəcəklər.
- Kinoprodüser sənətinin
kino aləmində xüsusiyyəti nədən
ibarətdir?
- Kinoprodüser sənəti
demək olar ki, Sovet dönəmində
əgər studiyanın
müdiriyyəti idisə,
bütün istehsalata
dövlət səviyyəsində
cavab verirdisə, indi kinoprodüser bu işdə bu prosesin ağasıdır.
Bütün yaradıcı heyət
prodüserin rəhbərliyinə
bağlıdır. Seçimdən istehsala qədər, istehsaldan festivallara qədər, festivallardan yayıma qədər olan bütün işlərə prodüser
rəhbərlik edir.
-Təxminən iki ildir ki, Prodüserlər
Gildiyası təsis olunub. Bu gildiya
kino sahəsində hansı dəyişikliklərə
səbəb oldu?
- Bu gildiyanı təsis edən insanları alqışlayıram. Bilirsiniz, bu,
mərkəzləşdirilmiş bir orqandır. Onların bu orqanda bir
cəmiyyət kimi birləşmələrinin gələcəkdə
Azərbaycan kinosuna çox böyük səmərəsi olacaq.
Amma mən deyərdim ki, bu bir
başlanğıcdır. Qabaqcadan bir söz demək
olmaz. Onların fəaliyyətini isə zaman göstərəcək.
- Sovet dövründə xarici ölkələrlə
müştərək filmlər
çəkilirdi. Bəs, bu
gün müştərək
filmlərin çəkilişi
üçün yol nə dərəcədə
işıqlıdır?
- Azərbaycanda kino istehsalatı texnoloji sistemdən yaradıcı
heyətə qədər
tam bərpa olunub, dünya standartlarına cavab verdikdən sonra bizim imkanlarımızı
hər yerdə görəcəklər. Əgər lazım
olan imkanlarla kinematoqrafiyanı inkişaf
etdirsək, Azərbaycan
həm “Oscar” mükafatına,
həm də “Kann” və başqa
festivallara qatıla bilər. Təsəvvür edin ki, embarqo vəziyyətində
yaşayan İran İslam Respublikası dünyanın mötəbər
kino-festivallarına qatıla
bilir. Biz də dövlətin dəstəyi və gözəl kadrlarımızla
əl-ələ verib,
yaxşılığa doğru
gedəcəyik.
-Adil müəllim, yaradıcılığınızda bu günə qədər etdikləriniz
və bundan sonra etmək istədikləriniz haqqında
nə deyə bilərsiniz?
- Mən 1979 -ci ildən Cəfər Cabbarlı adına
Azərbaycan Dövlət
Kinostudiyasında kinomexanik
vəzifəsində çalışmağa
başladım. Artıq
otuz beş
ildir ki, mən burada çalışıram və
kino-mexanik vəzifəsindən
icraçı prodüser
vəzifəsinə qədər
yüksəlmişəm. Bütün proseslərdə
studiya inkişafa doğru getməyə çalışıb. Əsas kadr
siyasətidir. Əgər kadr
varsa, bu kadrların ətrafında
kinonu sevənlər cəmləşirsə, dövlətimizin
də dəstəyi ilə kino istehsalatı
yüksək səviyyəyə
çatacaq. Mən bir
çox filmlərdə
gözəl sənətkarlarımızla
birlikdə çalışmışam.
Təxminən on ikiyə qədər
bədii filmlərdə
icraçı prodüser
kimi işləmişəm.
Arzum isə budur ki, kinoya rəhbərlik edən insanlar peşəkar insanlara qiymət versinlər. Əgər onlara qiymət verilsə, həm dünyadan getmiş sənətkarların ruhu şad olar, həm də onların işi yaxşı olar. Mən Azərbaycan kinosuna alqış arzulayıram. Orta nəsil və yeni nəsil əl-ələ verib, bütün problemlərini birlikdə həll etməlidir. Azərbaycan kinosunun sevincini birlikdə bölüşməliyik.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-27 fevral.-S.13.