“Naxçıvan tarixiçoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib

 

Kitab hazırlanarkən ilk dəfə olaraq Naxçıvan əhalisinin etnogenez tarixi, ilkin məskunlaşma və şəhər mədəniyyəti yerləri ilə bağlı sistemli tədqiqat işləri aparılıb”

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan tarixiçoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib. Bu haqda qəzetimizə AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elnur Kəlbizadə məlumat verib.

Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq “Naxçıvan tarixiçoxcildliyinin birinci cildinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, çoxcildliyin 451 səhifədən ibarət olan birinci cildi qısa müddətdə, olduqca gərgin və məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlib: Bu cild Naxçıvanın ən qədim zamanlardan başlayaraq XVIII əsrin 40-cı illərinədək olan böyük bir dövrünü əhatə edir. 7 fəsildən ibarət olan kitabda 500-dən çox mənbə və ədəbiyyatdan istifadə edilib, Naxçıvanın bu dövrə aid tarixi-siyasi xronologiyası yaradılıb. Kitabda 20-yə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş 100-ə yaxın maddi-mədəniyyət nümunələrinin, 60-dan çox kitabə və tarixi abidənin fotoşəkli yerləşdirilib”.

AMEA Naxçıvan Bölməsinin sədri “Naxçıvan tarixiçoxcildliyinin birinci cildinin hazırlanması ilə bağlı bütün prosesləri şəxsi nəzarətinə götürdüyünə və yüksək şəkildə himayə etdiyinə görə çoxcildliyin müəllifləri adından, bütövlükdə, muxtar respublikanın elmi ictimaiyyəti adından muxtar respublika Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov təqdimat mərasimində çıxış edərək deyib ki, bu kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan tarixiçoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən çap olunub: “Muxtar respublika rəhbərinin imzaladığı Sərəncamda qeyd olunur: “Azərbaycanın Naxçıvan Muxtar Respublikası böyük bir tarixi keçmişə malikdir. Aparılmış elmi tədqiqatlar sübut edir ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuşdur. Bu ərazi antik, orta əsrlər və müasir mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, qədim şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir”.

Bu zənginlik öz-özünə yaranmamışdır. Onun yaradıcısı olan Azərbaycan türkləri min illər boyu bu ərazidə ardıcıl həyat sürmüş, özlərindən sonra Ovçular təpəsi və Qazma mağarası kimi ilk insan məskənlərini, eradan əvvəl 5-7-ci minilliklərin yadigarı olan Əshabi-Kəhf və Gəmiqaya kimi qədim mədəniyyət və dəyərlər panteonunu, 5 min il bundan əvvələ aid edilən və mükəmməl sivilizasiya göstəricisi olan Naxçıvan şəhər mədəniyyətini qoyub gediblər”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov bildirib ki, bu mədəniyyət, əcdadlarımız tərəfindən yaradılan bu qədim tarix lazımi səviyyədə öyrənilməyib: “Uzun bir dövr ərzində Azərbaycan tarixində yol verilmiş boşluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyindən danışan ümummilli lider Heydər Əliyev demişdir: “Biz artıq müstəqil dövlət olaraq tariximizi düzgün, doğru, kənar təzyiqlərdən azad şəkildə özümüz müəyyən edirik. Həm bu gün, həm də gələcək nəsillər üçün Azərbaycan tarixinin bu hissəsini yaradıb həm öz ictimaiyyətimizə, həm də dünya ictimaiyyətinə nümayiş etdirməli, gələcək nəsillər üçün bir əsas yaratmalıyıq”.

Naxçıvan Muxtar Respublikasında ulu öndərin irəli sürdüyü “gələcək nəsillər üçün tarixi əsas”ın yaradılması işinə 1996-cı ildən başlanıb. Həmin il keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin öyrənilməsində mühüm mərhələ təşkil etmişdir. Simpoziumdakı proqram xarakterli çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirib: “...tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmalar ön mövqeyə çəkilməlidir. Çünki müstəqillik dövrünə keçidin əsas xüsusiyyətlərindən biri olan milli-mənəvi özünüdərketmə prosesinin dərinləşməsi və sağlam əsaslar üzrə inkişaf etdirilməsi, ilk növbədə, xalqın öz tarixi keçmişinə, dilinə, milli ənənələrinə bələd olmasına, yiyələnməsinə zərurət doğurur... Bütün bunlar isə, ilk növbədə, Naxçıvanın yeni istiqamətdə, yeni milli ruhda və gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl tarixinin yazılmasını meydana çıxarmalıdır. Bizə görə “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumunun materialları ən yaxın dövrdə yazılacaq Naxçıvan tarixinin proqramı, eskizi, bəlkə də, əsas istiqaməti olacaqdır”.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri özünün əsas ideya rəhbəri və yaradıcısı olduğu fundamental “Naxçıvan tarixiçoxcildliyinin hazırlanmasına hələ 1996-cı ildən başlamışdır. Həmin simpoziumdan ötən 18 il ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında xeyli görülüb. Naxçıvanın öyrənilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, muxtar respublika tarixinin ayrı-ayrı dövrlərinə həsr olunmuş elmi simpoziumkonfranslar keçirilmişdir. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılaraq əldə olunmuş materiallar əsasında “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanıb. İkicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası” kimi mühüm elmi dəyərə malik kitablar, ümumilikdə, 1200-dən çox kitab, ensiklopediya, monoqrafiya, dərs vəsaiti, broşüra, elmi məqalə və tezislər çap olunub, doktorluq və namizədlik dissertasiyaları müdafiə edilib”.

Vurğulanıb ki, son dövrlərdə aparılan araşdırmalar nəticəsində Naxçıvanın mədəniyyəti, tarixi və abidələri, arxeologiya və etnoqrafiyası, təbii sərvətləri müxtəlif tədqiqatların predmetinə çevrilib: “Yeni elmi istiqamətlər müəyyənləşdirilib və bir sıra nəticələr əldə olunub. Bununla yanaşı, Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması, keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində mühüm elmi dəyərə malik olan materialların əldə edilməsi də “Naxçıvan tarixiçoxcildliyinin hazırlanması üçün əsas yaratmışdır.bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2012-ci il 6 avqust tarixli Sərəncamla “Naxçıvan tarixiçoxcildliyinin hazırlanmasını qərara alıb.

Kitab hazırlanarkən ilk dəfə olaraq Naxçıvan əhalisinin etnogenez tarixi, ilkin məskunlaşma və şəhər mədəniyyəti yerləri ilə bağlı sistemli tədqiqat işləri aparılıb. Qədim və orta əsrlərə aid ən yeni elmi istiqamət və arqumentlər, müstəqillik dövründə aparılmış arxeoloji tədqiqat materialları ilk dəfə olaraq tədqiqata cəlb edilib. Qeyd olunanlar göstərir ki, “Naxçıvan tarixi” çoxcildliyində bəhs edilən hər bir hadisə və tarixi dövrün arxasında ciddi elmi fakt və dəlillər, konkret arxeoloji materiallar dayanır. Bu isə onun elmi tutumunu və dəyərini daha da artırır. Şübhə yoxdur ki, “Naxçıvan tarixi” kitabı muxtar respublika elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq, təhsil müəssisələri, eləcə də mütəxəssislər və tədqiqatçılar ondan ilkinobyektiv mənbə kimi faydalana biləcəklər. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatda çap olunmuş “Naxçıvan tarixi” kitabı muxtar respublikada tarix elminin ciddi nailiyyəti, Azərbaycan tarixşünaslığına qiymətli töhfədir”.

Əli Həsənov kitabı Azərbaycanın bu qədim torpağının tarixinin, arxeologiya və etnoqrafiyasının, folklorununmilli dəyərlərinin araşdırılması sahəsində muxtar respublika rəhbəri cənab Vasif Talıbov tərəfindən müəyyənləşdirilmiş ardıcıl və sistemli işin, düzgün elmi istiqamətin bəhrəsi kimi dəyərləndirmiş, “Naxçıvan tarixiçoxcildliyinin birinci cildinin hazırlanmasında əməyi olanların hamısına muxtar respublika Ali Məclisi Sədrinin təşəkkürünü çatdırmış və “Naxçıvan tarixi” kitabının nəşri münasibətilə elmi ictimaiyyəti, ziyalıları təbrik etmişdir.

Elnur Kəlbizadənin sözlərinə görə, sonra kitabın hazırlanmasında əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatları təqdim olunub.

Mərasimdə AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Akif İmanlı çıxış edərək “Naxçıvan tarixiçoxcildliyinin birinci cildinin elmi əhəmiyyətindən və tarix elminin inkişafındakı rolundan bəhs ediblər.

Sonda “Naxçıvan tarixiçoxcildliyinin birinci cildi müəlliflərə təqdim olunub.

Fuad Hüseynzadə

 

Palitra.-2014.-27 fevral.-S.11.