Vaqif Məmmədovun söz dünyası
Çağdaş Azərbaycan poeziyasında qələminin gücü və qaynar təbi ilə tanınan, oxucu qəlbinə yol tapmış , şeirləri oxucularının mənəvi tələbatına çevrilmiş şairlərdən biri də V. Məmmədovdur.
Çoxşaxəli yaradıcılığa malik V.Məmmədovu Azərbaycan poeziyasına daha çox tanıdan onun vətənpərvər, əsl vətəndaş şair olmasıdır.
Mənfur ermənilərin təcavüzünə məruz qalmış, Naxçıvanın qəhrəmanlıq qalası hesab olunan Sədərək kəndi və bu kənd caamatının timsalında Naxçıvan əhalisinin torpaq uğurunda apardığı mübarizə V.Məmmədov şeirləri ilə Azərbaycan poeziya aləminə yol açdı.Şairin 1990-cı illərdə Sədərəklə bağlı qələmə aldığı vətənpərvərlik şeirləri o illərin qəhrəmanlıq salnaməsi hesab oluna bilər.Həmin şeirlərdən təsirlənən akademik Z.Bünyadov, akad B.Nəbiyev, Xalq şairi B.Vahabzadə, Xalq yazıçısı Ə.Cəfərzadə, Ə.Naxçıvanlı, Murat Mahammedoğlu (İstanbul),şair X.Kərimli və başqaları şair haqqında yazdıqları ilə onun vətəndaş şair, el- oba qədri bilən ziyalı olduğunu təsdiq etmişlər.
30-dan çox bədii kitabın, xeyli publisistik yazıların müəllifi, şeirləri dünyanın 12 ölkəsində tərcümə olunaraq çap edilmiş V.Məmmədovun amalı Vətənimiz Azərbaycanı tanıtmaq , onu təmsil etmək, onun hər bir uğurunu poetikləşdirmək, vətənin layiqli övladı olmaqdır.
V. Məmmədovun yaradıcılıq dairəsi tarixi və müasir baxımdan çox genişdir.Onun şeirlərindəki ədəbi fəlsəfi fikirlər oxucunun diqqətini özünə çəkir.V.Məmmədov şeirlərində aşağıdakı cəhətlər onun əsərlərini oxunaqlı edir:
a) Onun sadə və axıcı bədii dili;
b) V.Məmmədovun maraq dairəsinin əhatəliliyi
və rəngarəngliyi;
c) Şairin elmi- fəlsəfi düşüncələrinin
dərinliyi;
d) Ümumiləşdirmə qabiliyyətinin
- yüksək səviyyədə
olması;
e) Konkret və elmi faktları poetikləşdirmə bacarığı.
V.Məmmədov Naxçıvan ədəbi
mühitində, bir sözlə müasir poeziyamızda öz yeri olan şairlərdəndir.Onun
şeir dilində xoşa gələn,
oxucu və tədqiqatçı diqqətini
cəlb edən çox şey var.Vaqif Məmmədov qələminin və təbinin gücü ilə poeziya aləmində özünə
xüsusi cığır
açıb. Şairin yaradıcılıq
yolunu təhlil edən akad. İ.Həbibəyli yazır:”Vaqif Məmmədov Azərbaycanda və türk dünyasında tanınan şairdir”.
V.Məmmədov şeirlərində səlis, məntiqi ardıcıllığı olan
obrazlı dil nümayiş etdirir.O,dilimizin zəngin lüğətindən, qayda-qanunlarından,
qrammatik sistemindən bacarıqla istifadə edir.
V.Məmmədov şeirləri poetik
səviyyəsi və
imkanları baxımından
diqqəti çəkir.Fəlsəfi
düşüncələrin, sevincin, kədərin , sevginin və nifrətin ümumiləşmiş
ifadadəsi kimi araya- ərsəyə gəlmiş bu şeirlər çox rəvan oxunur, oxucunu düşündürə
bilir.Bu şeirlərdə
ahəngdarlıq, şirinlik
və inandırıcılıq,
şarin ifadə tərzi ,sözdən istifadə etmək bacarığı, şeirin
məzmununa, ideyasına
uyğun forma tapmaq qabiliyyəti şairin poetik dünyagörüşünü
müəyyən edir.
Onun şeir
dili sadə olduğu qədər aydın, başa düşülən, tez əzbərlənəndir.Sözləri düzgün seçmək,
onları şeirin tələblərinə uyğun
olaraq əlaqələndirib
sıraya düzmək
baxımından V.Məmmədov
şeirləri çağdaş
poeziyamızın ən
yaxşı nümunələrindən
sayıla bilər.
Ürəyimsiz ağlamaram, gülmərəm,
Hər istəyim
ürəyimdə yerləşir.
Böyükmüdür, kiçikmidir bilmərəm,
Ürəyimə təkcə Vətən yerləşir.
Şairin
“Vətən sığır
ürəyimə” şeirindən
nümunə verilmiş
bu bənddəki fikri nəsrlə bir neçə səhifəyə sığdırmaq
olmaz.Lakin şairin sözdən məharətli
istifadəsi bu fikri yüksək səviyyədə bir bənddə poetikləşdirib.Bu
misralarda şairin fikri ilə duyğuları, hissləri
vəhdət təşkil
edir.Onun vətəndaşlıq
amalı, Vətənə
sevgisi “Ürəyimə
təkcə Vətən
yerləşir” misrasında
öz əksini tapır.
V.Məmmədovun qələmini güclü
edən amillərdən
biri də şairin sözü zamanında deməsi və yaza bilməsidir. O, müraciət
etdiyi mövzunun tablosunu poetik duyğusu və sözləri ilə yaradır.
Bahar xalısını sərəcək
yenə,
Dağ çayı
düzlərə sellənəcəkdir.
İnsan
qayğısını görəcək
yenə,
Torpaq çiçəklənib,
güllənəcəkdir.
Xalq dilinin şirinliyini şeriyyətinə qatmış
V.Məmmədovun bu cür şeirlərini oxuyan oxucu onu
duymaqda, dərk etməkdə rahatlıq hissini yaşayır.Bu da şairin istedadlı, zəngin söz ehtiyatına malik olması, danışıq dilinə
vurğunluğu ilə
izah oluna bilər.İxtisasça tarixçi
olan V.Məmmədov bəzi şeirlərində
poetik düşüncəsi
ilə tarixçi təfəkkürünü sınağa
çəkir.Xalq etimalogiyasının
bəzən elmi qənaətlərin ortaya
çıxmasına rəvac
verəcəyini istisna
etmir.Bu cür qarşılaşmaya şairin
doğulub boya- başa çatdığı
qədim Sədərək
rayonunun adı ilə bağlı olan “Sədərək “ şeirində rast gəlinir.
Üç dərənin arasında
salınıb,
Buna görə adlanıbdır ”Se dərə...”,
Deyirlər ki, zaman keçib dolanıb,
Söz dəyişib, dönüb
olub “Sədərək...”
---
Bir ehtimal başqa fikir, söz açıb,
Kəndin adı guya olub
“sel gərək”.
Susuzluqdan
yanıb- yanıb iz açıb,
Qışqırıblar, “bizə yağış, göl gərək”.
Bu şeirində V.Məmmədov
Sədərək sözünün
mənşəyini poetik
tədqiqatçılıqla verir.”Sədərək” şeiri oxucuda belə bir təəssürat
yaradır ki, V.Məmmədov bütün
düşündüklərini poetik dillə ifadə etmək bacarığına malikdir.
Şairin
yaradıcılığı ilə tanışlıqdan
aydın olur ki, V.Məmmədovun şeirlərini oxucusuna sevdirən məqamlardan biri də onun
hər bir hadisəyə, təbiət
tablosuna və s. fərqli baxışıdır.Bu
fərqlilik onun şeirlərinin yığcam,
emosional olması və az
kəlmə ilə çox fikir ifadə etməsində özünü göstərir.
Oxucu şairin bəzi misralarında onun həssas , duyumlu , kövrək
qəlbli olduğunu
hiss edir.”Meşələr” adlı şeiri
V.Məmmədovun həssas
duyumunun və fərqli baxışının
gözəl nümunələrindəndir.
Saçına dən düşər,
qışda qocalar,
Yazda cavanlaşar
, boyu ucalar.
Yay fəsli başına yaşıl tac
alar,
Nədənsə payızda solar meşələr,
Xınalı saçını yolar meşələr.
V.Məmmədovun yaradıcılıq yolu insanda belə
qənaət yaradır
ki, o, öz fərdi üslubu, yaradıcılıq manerası,
fərqli həyat baxışı , özünə məxsus sözdən istifadə bacarığı
olan və oxucusunun intizarla yeni kitablarını gözlədiyi şairlərimizdəndir.
A.Ağalarov
Naxçıvan Müəllimlər
İnstitutunun dosenti
Palitra.-2014.-28 fevral.-S.13.