Firəngiz Əlizadə “İpək Yolu” festivalında ilk dəfə məşhur kollektivlər çıxış edəcək”

 

Bu il bizim festivalımız öz yubileyini - beş illiyini qeyd edir. Uğurla keçirdiyimiz IV “İpək Yolu” festivalından sonrakı bu bir il hiss olunmadan ötdübiz yenidən Şəkidə “İpək Yolu” festivalının dinamik, parlaq hadisələrlə zəngin mühitini yaşayırıq”.

Bu fikirləri Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın açılışı günündə jurnalistlərə müsahibəsində bildirib. Festivalın bədii rəhbəri deyib: “Ötən festivalda Qara QarayevinYeddi gözəl” baletinin açıq havada nümayişinin şəkillər və qonaqlar heyranlıqla qarşılanmasından ilhamlanaraq, biz bu dəfə festivalı yeni bir tamaşa - Azərbaycan musiqisinin şedevri olan NiyazininRastsimfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası ilə açdıq. Simfonik orkestrin ifası festivalın başlanğıcı və finalı arasında özünəməxsus körpü rolunu oynayır. Builki festivalda ilk dəfə Rusiyanın məşhur kollektivi - Sankt-PeterburqunErmitajsimfonik orkestri klassik musiqi əsərlərinin parlaq ifası ilə dinləyicilərə zövq verəcək”. Festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğulayan Firəngiz Əlizadə “İpək Yolunun marşrutunun bu dəfə HindistanÇin kimi ekzotik ölkələrdən keçəcəyini, Azərbaycanın qədim musiqi alətləri ansamblının ecazkar ifalarının, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravətli, müasir ritmli çıxışlarının festivalın palitrasını yeni çalarlarla zənginləşdirəcəyini, İstanbulun məşhur ansamblı - Modern Folk Müzik Topluluğunun maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcəyini bildirib.

 

Palitra.-2014.-3 iyul.-S.13.