Gənclərin inkişafında mədəniyyətin rolunu artırmaq üçün hansı layihələr lazımdır?

 

Ötən sayımızda Azərbaycanda gənclərin və yeniyetmələrin mənəvi-intellektual inkişafı baxımından mədəniyyətin rolunun yüksəldilməsinə ciddi ehtiyac olduğu barəsində yazmışdıq. Bu yazıda isə bu məqsədlə bir sıra layihələrin və tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğu barədə fikirlərimizi və təkliflərimizi bölüşmək istərdik.

Belə ki, gənclərin mədəniyyət barədə maarifləndirilməsi və bilgiləndirilməsi üçün ciddi, intensiv fəaliyyət göstərən internet resurslarının yaradılmasına ehtiyac var. Məsələn, azərbaycan, eləcə də ingilisrus dillərində Azərbaycanın qlobal mədəniyyət müstəvisində əldə etdiyi nailiyyətlər, mədəniyyət, tarix və Azərbaycan həqiqətləri mövzusunda müxtəlif janrlı yazıların və analitik məqalələrin əksini tapdığı saytlar yaradılmalıdır. Saytlar bu sahədə ənənəvi, “hesabatüçün yaradılan saytlardan keyfiyyətcə fərqli olmalı, həqiqi fəaliyyət göstərməli, daim yenilənməlidir. Belə saytlarda mədəniyyət, tarix, turizmsair müvafiq sahələr üzrə ekspertlərdən intensiv müsahibələr götürülməli və yerləşdirilməlidir, eyni zamanda onların sosial şəbəkələrdə daim təbliğatı aparılmalıdır. Saytlarda Azərbaycanda geniş mənada mədəniyyət sahəsində baş verən proseslər xüsusilə təbliğ edilməlidir. Eləcə də saytlarda bu sahədə təbliğati xarakterli analitik məqalələr yer almalıdır. Həmçinin xaricdəki bütün kateqoriyalı soydaşlarımız və internet vasitəsilə xarici ölkələrdə yaşayan, virtual əlaqə çıxışı olan beynəlxalq aləm təmsilçilərindən Azərbaycan həqiqətlərinin yayılması və təbliği ilə bağlı fikir və təkliflər, müsahibələr yerləşdirilməlidir. Saytlarda Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı ayrıca rubrikalar olmalı və bunlara aid ciddi və hərtərəfli məlumatlara malik, üç dildə maarifləndirici yazılar yerləşdirilməlidir. Saytda erməni təcavüz və vəhşiliklərini, dağıdılmış Azərbaycan abidələrini və digər xaricilərə çatdırılmaq baxımından vacib nüansları əks etdirən videogörüntülər yerləşdirmək mümkün olmalıdır. Bu cür saytlarda xaricilərdən, eləcə də soydaşlarımızdan internet vasitəsilə intensiveksklüziv müsahibələr götürülməlidir. Bunlar üç dildə yerləşdirilməklə xaricilərlə müsahibələrdən ibarət ola bilər. Bu müsahibələrin gənclərimiz üçün Azərbaycanın təbliği və haqq səsimizin yayılması baxımından pozitiv olmasına maksimum diqqət yönəldilməlidir. Bundan əlavə diaspor nümayəndələri və xaricdəki tələbələrimizdən də bu cür müsahibələr götürülməlidir. Saytda Azərbaycan həqiqətlərini yaymaqla bağlı müzakirə və təşəbbüsləri dəyərləndirmək üçün forumlar da yaradıla bilər. Forumlardasosial şəbəklərdə intensiv müzakirələri təmin etmək üçün təşviqedici mövzular qoyula bilər. Saytların sosial şəbəkələrdə, internetdə, eləcə də mətbuatda intensiv təbliğatı aparılmalıdır. Beləliklə,bu cür saytlar virtual məkanda tam populyarlaşdırılacaq. Onlardan məlumatlanma və intellektual inkişaf üçün üçün nəinki soydaşlarımız olan gənclər, diaspor, digər insanlarımız, həmçinin əcnəbilər də tez-tez istifadə edə biləcəklər.. Saytların daha canlı, eksklüziv yazılarla, eyni zamanda məlumatlandırıcı olmasını və istinad etmək, oxunmaq baxımından məhsuldarlığı təmin edilməlidir. Saytlarda həmçinin mədəniyyətimiz və həqiqətlərimizlə bağlı bütün internet resurslarına keçid təmin edilməlidir.

Bundan başqa gənclər və yeniyetmələr arasında mədəniyyət, dəyərlər və tariximizlə bağlı intensiv seminarların, təlimlərin təşkil edilməsinə də ciddi ehtiyac var. Bu baxımdan xüsusilə, gənclərimiz Azərbaycan mədəniyyətinin və qlobal mədəniyyət müstəvisində qazanılan uğurların təbliği üçün hazırlanmalıdır. Burada gənclər mədəniyyət, ölkədə keçirilən dünya əhəmiyyətli və qlobal mədəniyyət tədbirləri, onların mahiyyəti, tarixturizm imkanları barədə bilgiləndirilə bilərlər. Onlara bu barədə mövcud olan mənbələr və internet resurslarının ünvanları da göstərilməlidir. Onların geniş mənada Azərbaycan mədəniyyəti barədə bilikləri artırılmalıdır.

Gənclər Azərbaycan mədəniyyətinin, eləcə də dəyərlərinin təbliği üçün təşviq edilməlidirlər. Gənclərin bu barədə təbliğat taktikaları və metodları təkmilləşdirilməlidir. Gənclərə interaktiv təlim formasında nəzəri və praktiki bilgilər verilməli, bununla bağlı optimal vərdişlər qazandırılmalıdır. Həmçinin, gənclər “Vikipediyada Azərebaycan mədəniyyətinə aid mənbələrin yerləşdirilməsi və burada Azərbaycanın təqdimatı ilə bağlı ətraflı bilgiləndirilə bilərlər. Bu məqsədlə, həmçinin gənclərə bloqçuluq da ciddi öyrədilməlidir. Gənclər arasında Azərbaycan mədəniyyəti və həqiqətlərinin təbliği üçün bloqlardan istifadə, bloqların yaradılması, ümumiyyətlə, peşəkar bloqçuluq üsulları öyrədilə bilər. Həmçinin gənclərin intellektual inkişafında mədəniyyətlə bağlı biliklərin rolunun artırılması üçün intensiv debatlar təşkil etməyə ehtiyac var. Gənclərin Azərbaycanın beynəlxalq təbliğində internetyeni media vasitələrindən yararlanmasında rast gəlinən çətinliklər mövzusunda da debatlar keçirilə bilər. Debatlara universitet tələbələri, gənclər təşkilatları və QHT-lərin nümayəndələri, müvafiq ekspertlər, dövlət qurumları dəvət oluna bilər. Debat nəticəsində səsləndirilən fikir və təkliflər müvafiq qurumların diqqətinə çatdırılmaq üçün toplanmalıdır.

Bundan başqa, sözügedən mövzuda kiçik, maraqlı təklif və bilgilərdən ibarət kitabçalar da çap edilib gənclər arasında yayıla bilər. Debatların və təlimlərin, saytlarda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabçalar əsasən gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylana bilər. Burada da Azərbaycan mədəniyyəti ilə bağlı gəncləri dolğun maarifləndirəcək internet resursları qeyd edilməlidir. Bu cür kitabçalar virtual formada da internetdə yayıla bilər.

Ümumiyyətlə, bu cür layihələrin həyata keçiirlməsi ümumilikdə internetdə aktiv olan və İKT-dən yararlanma imkanları olan gənclərin Azərbaycan mədəniyyəti barədə məqsədli və kütləvi təbliğat kampaniyasına qoşulmalarına, onların bu barədə bacarıq və məlumatlarının artmasına əhəmiyyətli dəstək verəcək. Təlimlərdə iştirak edən gənclər, gənclər təşkilatlarının nümayəndələri, tələbələr bacarıqlarını artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı bloqçuluq hərəkatına aktiv qoşula, bununla da virtual məkanda, sosial şəbəkələrdə Azərbaycan mədəniyyətinin dünyada təbliğ edilməsinə diqqəti, qoşulmaq həvəsini önəmli dərəcədə artıra bilər. Aktiv bloqçuluqla məşğul olan hər bir gəncin sosial şəbəkələrdə yüzlərlə əcnəbi dostu olduğunubu əcnəbilərin də öz ölkələrində aktiv ictimai mövqelərdə durduqlarını nəzərə alsaq, Azərbaycan mədəniyyətinin hərtərəfli bir şəkildə gənclərə aşılanması və onların da öz növbəsində virtual məkanda, dünyada bunu təbliğ etmələrində ciddi dönüş yaranacaq. Bu barədə həyata keçirilən layihələr Azərbaycan mədəniyyyətinin, eləcə də həqiqətlərinin dünyada təbliği ilə bağlı cəmiyyətin daxildən hazırlanması işində önəmli töhfə ola bilər. Beləliklə, Azərbaycan mədəniyyətini geniş mənada, müfəssəl təbliğ etmək imkanı və bacarığı olan, bu yöndə stimullaşdırılan gənclər komandası formalaşdırıla bilər. Bu sistemli və şəbəkəli şəkildə həyata keçirilsə, dünyada yüksək mədəniyyətə malik bir xalq olmağımızı, eləcə də ədalətli mövqeyimizi qəbul edən xaricilərin sayı olduqca çox sayda arta bilər. Eyni zamanda bu məqsədlə yeni və fərqli saytların yaradılması virtual məkanda Azərbaycan mədəniyyətinin geniş miqyasda təbliği üçün önəmli, istinad etmək üçün zəngin və əlverişli internet resurslarının keyfiyyətini və sayını artırmağa şərait yarada bilər. Həmçinin yeni saytların nümunəsində Azərbaycan mədəniyyəti ilə bağlı yaradılacaq saytların daha keyfiyyətli və effektli olması tendensiyası formalaşacaq. Virtual məkanda çevik metodlarla Azərbaycan mədəniyyətini çoxçalarlı və bütün tərəfləri ilə təbliğ edən gənclər, həqiqətlərimizlə bağlı daha zəngin faktlar və xaricilərin öz dilindən deyilmiş arqumentlər, mülahizələr və sair materiallara əsaslana bilərlər. Gənclər təşkilatları, vətəndaş cəmiyyəti institutları, digər qurumlar və əhali qrupları layihə çərçivəsində Azərbaycan mədəniyyəti və bu sahədə yeni dövrdəki nailiyyətlərimizlə bağlı toplanmış, siyahıya salınmış internet resurslarından, eləcə də yeni saytdan yararlanmaq və maariflənmək imkanı əldə edəcəklər. Xarici səfərlərə, görüşlərə yollanan gənclər, ictimaiyyət nümayəndələri kitabçalar, eləcə də saytlar vasitəsilə xaricdəki soydaşlarımızı və əcnəbiləri tanış edə və məlumatlandıra bilərlər ki, bu da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından vacibdir. Debatlar isə Azərbaycan mədəniyyətinin virtual məkanda təqdimi və təbliği istiqamətində olan proseslərə analitik diqqəti artıracaq və bu yöndə yeni, novatordaha effektli təşəbbüslərə başlamaq üçün ideyalar verə bilər. Bunun nəticəsində isə mədəniyyətimizin geniş spektrdə təbliği və ölkəmizin müasir mədəniyyət mərkəzlərindən biri olmasının dünyaya çatdırılması ilə bağlı yeni-yeni təşəbbüslər ortaya çıxacaq.

 

İlkin AĞAYEV

Palitra.-2014.-3 iyul.-S.11.