Şəkidə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı başa çatıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu şəhərdə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı uğurla

başa çatıb.

Möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını izləyiblər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olub. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açılıb, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi nümayiş etdirilib.

XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi olub.

Mərasimdə Sankt-PeterburqErmitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edib.

Ermitaj” dövlət simfonik orkestri muzey məkanında daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir. Rusiyanın gənclərdən ibarət Sankt-Peterburq kamera orkestrinin bazasında yaradılan və 1994-cü ildə “Ermitaj” dövlət simfonik orkestri statusu alan bu kollektiv qısa müddətdə elitar musiqi kollektivinə çevrilib. Orkestr bugünədək öz konsert fəaliyyətini Sankt-Peterburqun Qış sarayında və Ermitaj teatrında davam etdirir. 2009-cu ilədək orkestrin bədii rəhbəri və baş dirijoru bu kollektivin yaradıcısı, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Saulüs Sondetskis (Litva-Rusiya) olub. 2009-cu ildən orkestrə Fabio Mastranjello (İtaliya-Rusiya) rəhbərlik və dirijorluq edir. “Ermitaj” dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində dirijor Arkadi Şteynluxtın rəhbərliyi ilə çıxış edib. Azərbaycan Dövlət OperaBalet Teatrının solistləri, Əməkdar artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avroparus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Palitra.-2014.-8 iyul.-S.13.