Uşaqların nitq inkişafında məktəbəqədər müəssisələrin rolu

 

“Uşaqların mənəvi inkişafının düzgün qurulması üçün valideynlər, tərbiyəçi və müəllimlərin üzərinə böyük məsuliyyət düşür

Uşaqların fiziki və mənəvi inkişafında, eləcə də nitqin düzgün inkişaf etdirilməsində məktəbəqədər müəssisələrin əhəmiyyətli rolu var. Məsələn, bağça uşaqların ilk təlim, tərbiyə və tədris ocağı hesab olunur. Uşaqların burada öyrəndikləri onlara hərtərəfli ilkin istiqamət verir və əbədi olaraq yaddaşlarından silinmir. Ona görə də psixoloqlar hesab edirlər ki, kiçik yaşlı uşaqlara ətrafdakılarla ünsiyyətdə olmaq, öz fikrini başqalarına düzgün, aydın və ifadəli çatdırmağı öyrətmək bağçanın mühüm vəzifələrindən biridir.

Qeyd edək ki, fikrin ardıcıl, düzgündolğun ifadə edilməsi, sözlərin dəqiq seçilməsi və tələffüzün təmizliyi üzrə işin aparılması “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”nın əsas istiqamətlərindən birini təşkil edir. Uşaq bağçasının ən böyük üstünlüyü orada ictimai mühitin, uşaqların yaşıdları ilə ünsiyyət saxlamaları üçün gözəl imkan və şəraitin olmasıdır. Psixoloq Gülnarə Əlixanova bizimlə söhbətində bildirdi ki, uşaqlar hiss və həyəcanlarını əsasən, dil vasitəsilə ifadə edir, ana dili vasitəsilə ətraf aləmi dərk edirlər: “Dil fikrin ifadə formasıdır, varlığıdır. Danışıq qabiliyyəti anadangəlmə olsa da, danışıq, dil anadangəlmə deyildir. Uşaqla ünsiyyətdə olmasan, o, danışmayacaq, qəribə səslər çıxaracaq, hərəkət və mimikadan istifadə edəcək, çünki söz, danışıq eşitmədiyindən, dialoqa girmədiyindən danışa bilməyəcək. Onun inkişafı üçün dil hökmən lazımdır. Əks təqdirdə o, danışa bilməz”.

 

Uşaqda nitqə maraq oyatmaq üçün ona daim suallar verilməlidir

 

Onun sözlərinə görə, uşaqlarda zəngin lüğət ehtiyatına malik, qrammatik cəhətdən düzgün tələffüzünə görə aydın nitq tərbiyə etdikdə onlar nitq prosesindən tam geniş istifadə edə bilərlər: “Şifahi nitqin keyfiyyətli olması üçün bu tələblər yerinə yetirilməlidir: zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlilik, təmizlik. Uşinskinin dediyi kimi, ana dili hər cür əqli inkişafın əsasını təşkil edir bütün biliklərin xəzinəsidir. Uşaqda nitq öz-özünə yaranmır. O, tədricən inkişaf edir, hətta böyüklərin cidd-cəhdi nəticəsində xeyli çətinliklərlə qarşılaşır. Uşaqda nitqə maraq oyatmaq üçün ona daim suallar verilməlidir. Bu sual aydın anlaşıqlı olmalıdır. Eyni zaman da uşağın özündə sual vermək bacarığı yaratmaq lazımdır. Onların müxtəlif suallarına həvəslə, sevinclə, səbirlə, ətraflı cavab vermək tələb olunur. Çünki belə sual-cavab uşaqların lüğət ehtiyatının zənginləşməsinə kömək edir”.

Psixoloq dedi ki, zəngin lüğət ehtiyatına malik olan şəxsin nitqi məzmunlu anlaşıqlı olur: “Ona görə nitq inkişafı üzrə işə söz ehtiyatının zənginləşdirilməsindən başlanılmalıdır. Yalnız düzgün seçilən yerində deyilən söz nitqin təsirini artıra bilər. Nitq inkişafı üzrə işin bir neçə vəzifələri vardır. Bunlara lüğət ehtiyatının zənginləşdirilməsi, nitqin səs mədəniyyətinin tərbiyə edilməsi, nitqin qrammatik quruluşunun formalaşması, danışıq nitqinin formalaşdırılması, nağıletmənin formalaşdırılması aiddir. Üç yaşından başlayaraq, uşaqlara kitab oxumaq məsləhət görülür. Bunların əksəriyyəti illüstrasiyalı xırda mətnlərdən ibarət olmalıdır. Kitablarda olan şəkillərə aid müxtəlif suallar verilməlidir: məsələn, maşın hanı? Çarxları göstər, qapını göstər s. Bu yaşda olan uşaqlara kiçik həcmli uşaq şeirlərinin öyrədilməsi, qısa məzmunlu, asan yaddaqalan nağılların danışılması vacibdir. Uşaqlarda folklor nümunələrinə maraq yaratdıqdan sonra tərbiyəçi onları dinləməyi tənzim etməlidir. Uşaqlar necə başa düşür necə maraq göstərirlər? Bu sual daim tərbiyəçinin diqqət mərkəzində dayanmalıdır. Uşaq eşitdiyini yadında saxlayır ona verilən suallara bildiyi kimi cavab verir. Bu yolla uşağın həm nitqi inkişaf edir, həm yaddaşı möhkəmlənir. Valideyn - tərbiyəçi - müəllim uşağın danışığına diqqətlə, səbirlə qulaq asmalı, yeri gəldikdə yardımçı suallarla onun ardıcıl rabitəli nitqinə istiqamət verməlidir. Bu yaşda uşaqlar özləri nitqlərindəki qüsurları başa düşürlər. Ona görə onların tələffüzündəki təhriflər yerindəcə düzəldilməlidir. Yaxşı olardı ki, valideyn tərbiyəçi - müəllim uşağın səhv tələffüz etdiyi sözün düzgün variantı ilə müqayisəsini göstərsin. Məsələn, de görüm sən istəyirsən: “maşın”, yoxsamasın”, ”gedək”, yoxsadedək s. Sonra isə sözü düzgün variantda demək uşağın təhrif etdiyi səsi daha uzun tələffüz etmək lazımdır”.

 

Oyun, uşaq nitqinin inkişafında çox mühüm amildir

G. Əlixanova bildirdi ki, özündən böyük uşaqlarla oynamaq da körpənin inkişafına müsbət təsir bağışlayır: “Oyun uşaq nitqinin inkişafında çox mühüm amildir. Oyun zamanı uşaqlar at kimi çapmağı, kişnəməyi, arı kimi vızıldamağı, toyuq kimi qaqqıldamağı, it kimi hürməyi, pişik kimi miyoldamağı, inək kimi muvoldamağı, saat kimi çıqqıldamağı s. bacarmalıdır. Bütün bunlar həm onların düzgün səs tələffüzlərini inkişaf etdirir. Uşaqların nitqini inkişaf etdirməklə bərabər, həm onlarda nitq mədəniyyəti, nitq əxlaqı da formalaşdırılmalıdır. Uşağa başa salınmalıdır ki, başqasının sözünü kəsmək olmaz, başqası danışanda susub qulaq asmaq lazımdır. Əsas məsələlərdən biri uşağı öz səsində normal tonda danışmağa alışdırmaqdır”.

Onun sözlərinə görə, uşaqların mənəvi inkişafının düzgün qurulması üçün valideynlər, tərbiyəçi müəllimlərin üzərinə böyük məsuliyyət düşür: “Onlar uşaqlarda düzgün danışığın, ədəbi dilin formalaşmasına nail olmaq üçün bir sıra amillərə diqqət yetirməlidirlər. Ayrı-ayrı səslərin sözlərin düzgün tələffüzü öyrədilməlidir. Yeni sözlər hesabına uşağın lüğət ehtiyatı zənginləşməlidir. Eyni zamanda öyrədilmiş sözlərdən cümlələr, cümlələrdən isə rabitəli mətn düzəldilməsinə diqqət edilməlidir. Məktəbəqədər yaşlı uşaqların nitq inkişafına dair aparılan məşğələlər onların tərbiyə təhsil sahəsində böyük yer tutur. Nitq inkişafı məsələsinə lüğət ehtiyatının zənginləşməsi, düzgün nitq qrammatikası, rabitəli nitqin inkişafı, şifahi nitq mədəniyyəti, bədii ədəbiyyatla tanışlıq daxildir.

Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi dedikdə onların lüğət ehtiyatının tanış olmayan az tanış olan sözlər hesabına zənginləşməsi nəzərdə tutulur. Uşaqlar ətraf aləmin əlamətləri, fakt hadisələri ifadə edən sözləri öyrənməklə, təbiət hadisələri, təbiət obyektləri ilə tanış olduqda, müşahidə apardığı əşya hadisələr barədə uşaq öz yaşıdları ilə dialoqa girdikdə lüğət ehtiyatı yeni sözlər hesabına zənginləşir. Eyni zamanda ictimai həyat hadisələri, insanların əməyi, ictimai müəssisə adları, orada işləyən peşə sahibləri haqda məlumat da lüğət ehtiyatına daxil olur”.

 

Ətraf aləm uşaqların rabitəli nitqinin inkişafında əsas amildir

O, uşaqların konkret əmək prosesinin gedişini təsvir etmələrinin də rabitəli nitqin inkişafına kömək etdiyini düşünür: “Müşahidə zamanı əşyanın hazırlanması üzrə prosesi uşaqlara göstərmək, əşyaların hissələri, keyfiyyətləri, xassələri ilə tanışlıq üzrə məşğələlər uşaqların nitqinə çox geniş və rəngarəng söz ehtiyatı daxil olmasına imkan verir. Bu zaman uşaqlar müşahidə etdikləri və iştirakçısı olduqları əmək prosesini yığcam, sərbəst öz səviyyələrində müstəqil hekayə qurub danışmaları həlledici istiqamət sayıla bilər. Müxtəlif yerlərə ekskursiya zamanı da uşaqlarda müstəqil müşahidə aparmaq, suallar vermək təsəvvür və nitqlərini zənginləşdirir. Uşaq dilin lüğət ehtiyatına yiyələnərək, eyni zamanda həm də dilin qrammatik cəhətinə də yiyələnir. Sözün qrammatik cəhətdən formalaşması və düzəldilməsi üsullarına yiyələnmə ünsiyyət vasitəsilə işlədilən cümlələrdə və cümlə quruluşunun mürəkkəbləşməsində özünü göstərir. Ətraf aləm uşaqların rabitəli nitqinin inkişafında əsas amildir. Təbiətə, onun gözəlliklərinə sadəcə baxmaq, həyəcan, heyranlıq doğurmadığı halda, bunları görmək heyrətlənməyə, təəccüblənməyə, hadisələrin sirrini bilməyə böyük maraq oyadır, uşaqları düşünməyə, səbəb və nəticələr arasındakı qarşılıqlı əlaqələri öyrənməyə təhrik edir. Uşaqlar erkən yaşlarından təbiət adlı müəllimin öz səsi, öz nəğməsi, öz dərsliyi, öz dəsti-xətti ilə tanış olurlar. Ətraf aləm anlayışının dairəsi çox geniş olmaqla uşağı daim təmasda olduğu xarici mühiti - təbiəti və cəmiyyəti əhatə edir”.

Psixoloq bildirdi ki, təbiətlə tanışlıq uşaqların duyğularının, qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin, xüsusilə nitqlərinin inkişafına böyük təkan verir: “Fəsillə əlaqədar təşkil olunmuş ekskursiya zamanı tərbiyəçinin istiqamətverici sualları ilə uşaqların diqqətini havaya, qara, yağıntıya, buza, ağaclara, quşların, heyvanların həyatına, insanların əməyinə, parkda və meşədə isə sarı, qırmızı, ala-bəzək, yaşıl yarpaqlı ağaclara, qara və qırmızı rəngli xırda, yumru, topa-topa, salxımı xatırladan meyvələrə, quşların onları dimdikləməsinə, tək-tük həşəratların görünməsinə, boz dovşanın, kirpinin qaçıb necə gizlənməsinə, mal-qaranın talada necə otlamasına və s. yönəlməlidir”.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-8 iyul.-S.11.