Elektron hökumət“ xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir

 

ADA Universitetində Qlobal BiznesTexnologiya Assosiasiyasının universitetlə birgə təşkil etdiyi 16-cı Beynəlxalq konfrans keçirilir. 9-12 iyul tarixlərinin əhatə edəcək konfransın mövzusuQloballaşan dünyada idarəetmə: Biznestexnologiya sahəsində irəliləyişlər”dir. Tədbirdə 40-dan artıq ölkədən 175 nümayəndə iştirak edir. İştirakçılar mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri əhatə edən, özəl və dövlət tərəfindən idarə olunan sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan idarəetmə problemləri əhatə edən yazı və elmi məqalələrini təqdim edəcəklər.

Konfransın təşkilatçıları arasında ADA Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tailand, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznestexnologiya institutları da var. “ADA” Universitetinin rektoru Hafiz Paşayev konfrans iştirakçılarına ali məktəb barədə ətraflı məlumat verib. Azərbaycanın son illər qazandığı nailiyyətləri diqqətə çatdıran rektor H.Paşayev bu uğurların əldə olunmasında müasir idarəetmə sisteminin rolundan bəhs edib. Çağdaş dövrdə qloballaşmanın meydana gətirdiyi yeni çağırışlardan danışan rektor deyib ki, qloballaşan dünyada idarəetmədə müasir yanaşmalar mövcuddur. H.Paşayev bu baxımdan biznestexnologiya sahələrində əldə olunan uğurların və təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.

 

Neft Fondu iri iqtisadi

sosial layihələri maliyyələşdirir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov isə qurumun ölkə iqtisadiyyatında oynadığı roldan danışıb. Fondda yüksək səviyyədə idarəetmə mexanizminin qurulduğunu vurğulayan Ş.Mövsümov, ARDNF-in bir sıra beynəlxalq qurumlara üzv olduğunu, respublika iqtisadiyyatı üçün önəmli olan iri iqtisadisosial layihələri maliyyələşdirdiyini qeyd edib. Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir: "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib. Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir. Bunun üçünqeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün xüsusi proqramı var”. Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Nazir bildirib ki, kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə çatdırılacaq.

 

ARDNF “Milli genişzolaqlı internetin inkişafı” layihəsini maliyyələşdirəcək

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Neft Fondu (ARDNF) ilə bərabər ölkənin ucqar kəndlərində fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını təmin edəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsini müzakirə edib. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq ARDNF bu layihənin maliyyələşdirilməsi üçün maliyyə resursları ayırıb və yaxın vaxtlarda bu layihənin icrasına başlanılacaq. Qeyd edək ki, “Milli genişzolaqlı internetin inkişafı” layihəsi ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etməklə, ümumilikdə genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır.

 

Bu il “Azerspace-1”in 15 mln. dollar həcmində xidmət ixrac edəcəyi

gözlənilir

 

Ə.Abbasov onu da bildirib ki, ötən il Azərbaycanın ilk telekommunikasiya peyki (“Azerspace-1”) 9-10 mln. ABŞ dolları həcmində xidmət ixrac etdiyi halda, bu il bu rəqəmin 15 mln. dollar səviyyəsində olacağı gözlənilir”. Onun sözlərinə görə, regionda olan bir çox peyklərin içərisində “Azerispace-1” öz keyfiyyəti, əhatə dairəsi xidmətinə görə fərqlənir: “Bu gün 100-dən çox telekanal xüsusi rabitə sistemləri “Azerispace-1”ə qoşulub”.

 

Bakıda TASİM layihəsi üzrə V Beynəlxalq

seminar keçiriləcək

 

Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə 5-ci Beynəlxalq seminar keçiriləcək. Rabitə Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, iyulun 11-də təşkil olunacaq seminarda rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.

Tədbirdə layihənin üzv-operatorları - RYTN, “ChinaTelecom”, ”Kaztranscom”, “RostelecomTürk Telekom” şirkətlərinin məsul əməkdaşları iştirak edəcəklər. İclasda TASİM layihəsinin biznes modeli strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif - üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərinin çəkilisi sair məsələlər müzakirə olunacaq.

 

Nigar Abdullayeva

Palitra.-2014.-10 iyul.-s.10.