Gənclərin ekoloji şüurunu inkişaf etdirmək üçün sosioloji tədqiqatlara ehtiyac var

 

Qlobal ekoloji problemlərin kəskinləşdiyi dövrdə gənclərin ekoloji şüurunun inkişaf etdirilməsi olduqca aktuallıq kəsb edir. Layihə çərçivəsində bu mövzuya da toxunmağı lazım bildik.

Müasir dövrdə insan və təbiətin qarşılıqlı münasibətləri getdikcə daha kəskin xarakter alır.Uzun müddət ərzində təbiətə göstərilən təzyiq, onun fəaliyyət qanunlarının pozulması, bu prosesin nəticələrinin nəzərə alınmaması Yer kürəsində bir çox qarşısıalınmaz ekoloji problemlərə səbəb olur. Çirklənmiş ekosistemdə yaşayan heç bir canlının bundan xilas olmaq şansı yoxdur. Qeyd etmək lazımdır ki, insan, bütün ekoloji problemlərin həm səbəbkarı, həm də bu problemlərin qarşısını alabiləcək tək canlıdır.

Belə bir şəraitdə gənclərin bu baxımdan hazırlanması, onların ekoloji şüurunun formalaşması, inkişaf etdirilməsi və öyrənilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bütün ekoloji, sosialiqtisadi problemlər insanın özündə, ilk əvvəl onun bütün həyat fəaliyyəti sahələrini müəyyən edən şüurundadır. Burada, yəni şüurda gedən proseslər bilavasitə insanın təbiətə, özünə və bütövlükdə cəmiyyətə münasibətlərini əks etdirir. Ekoloji şüur sözün geniş mənasında ictimai və fərdi şüurun, varlığın ayrılmaz hissəsi olan təbiəti özündə inikas edən sahəsini təşkil edir.Təbiət aləmi xüsusi şəkildə davranıldıqca ona özünəməxsus münasibət də formalaşır, nəticədə ekoloji şüur meydana gəlir. Öz növbəsində artıq formalaşmış ekoloji şüur təbii obyektlər və hadisələrin qavranılması xüsusiyyətlərinə, onlara yaranan münasibətinə də təsir edir. Ekoloji problemlərin aktuallığı ekoloji şüurun problemləri üzrə tədqiqatlar müxtəlif elm sahələrində - sosiologiya, filologiya, etika, psixologiya, sosial ekologiyasair aparılmasını zəruri edir. Bu gün həm ölkəmizdə, həm də xaricdə nəşr olunan elmi ədəbiyyatda bu mövzu işıqlandırılıb. Lakin gənclərin və xüsusilə də onların fəal və aparıcı hissəsi olan tələbə-gənclərin ekoloji şüurunun inkişaf xüsusiyyətlərinin müxtəlif aspektləri hələ kifayət qədər öyrənilməyib. Xüsusilə də, Azərbaycan tələbə-gəncləri üçün bu mövzu kifayət qədər aktualdır. Aparılan müşahidələr sübut göstərir ki, tələbə-gənclərimizin əksəriyyəti istər nəzəri, istərsə də təcrübi baxımdan bu mövzuda bilgi və vərdişlərə kifayət qədər sahib deyillər. Bu, cəmiyyətin ekoloji məsələlər barədə kifayət qədər kulturoloji-mədəni səviyyəyə malik olmaması ilə yanaşı, həmin gənclərin təhsilindəki bir sıra məqamlardan da irəli gəlir. Lakin unutmaq olmaz ki, ekoloji problemlərin həlli ilk növbədə gələcəyin təminatçısı olan tələbə-gənclərdən, onların cəmiyyətdə ekoloji ab-hava yaratmaq istəyindən və təşəbbüslərindən birbaşa asılıdır.

Buna görə də tələbə-gənclərin ekoloji şüur və maariflənmə səviyyəsinin ölçülməsi, qiymətləndirilməsi və bundan çıxış edərək müvafiq təkliflərin hazırlanması, təşəbbüslərin reallaşdırılması problemin köklü həlli baxımından əhəmiyyət kəsb edir. Bununla bağlı bir sıra layihələr həyata keçirilə bilər. Burada müxtəlif üsullardan, o cümlədən, elmi metodlardan yararlanmaq məqsədəuyğundur. Məsələn, tələbələrin ekoloji şüur və maariflənmə səviyyəsinin elmi-sosioloji ölçmə vasitələri ilə müəyyən olunması və ekoloji şüur səviyyəsinin inkişaf etdirilməsi, ekoloji problemlərin həllinə onların daha geniş miqyasda və yüksək bilgilərə malik olmaqla cəlb edilməsinə nail olmaq mümkündür. Bu baxımdan bir sıra vəzifələrin həyata keçirilməsi labüdləşə bilər: Tələbə-gənclərin ekoloji şüuru səviyyəsini elmi-sosioloji baxımdan tədqiq etmək, tələbə-gənclərin ekologiyaekosistem haqqında elmi-nəzəri və praktiki səviyyədə maarifləndirməsi, tələbə-gənclərə elmi-praktik seminarların və təlimlərin təşkil olunması, tələbə-gənclərin bu sahədə sosial bacarıqlarının, ekoloji identifikasiyalarının və empatiya vərdişlərinin inkişaf etdirilməsi, tələbə-gənclərin ekoloji məsələlərin həllində qrup və planlı çalışma vərdişi əldə etmələrinə yardımçı olmaq, tələbə-gənclərin ekoloji müşahidə və mühakimə bacarıqlarının, istedadlarının inkişafına yardımçı olmaq, gənclərə və cəmiyyətə qlobal ekoloji məsələlər barədə təfərrüatlı və geniş əhatəli məlumatlar vermək və onların elmi-nəzəri, parktiki, mədəni-kulturoloji maariflənməsinə yardımçı olmaq. Bu cür layihələrin ünvanlandığı gənclər qrupu Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclər ola bilər. Hədəf qrupuna daxil olan gənclərin universitetlərinin növünə (dövlət və özəl), yerləşdikləri şəhərə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran), təhsil aldıqları ixtisas sahələrinə görə bölgüsümümkündür. Belə ki, tələbələrin ekoloji şüur səviyyəsinin cins qruplarına, yaş qruplarına, təhsil aldıqları universitetlərin növünə (dövlət-özəl), təhsil aldıqları universitetlərin yerləşdiyi şəhərə (Bakı, Sumqait, Gəncə, Lənkəran), təhsil aldıqları fakültələrə, neçənci kursda oxumalarına görə fərqli xüsusiyyətlərini təyin etmək məqsədəuyğun olardı. Tələbələrin ekologiyanın çirklənməsinə qarşı həssaslıq dərəcəsinin təyin olunması üçün aşağıdakı suallara cavab axtarıla bilər: tələbələrin hava çirkliliyi, su çirkliliyi, torpaq çirkliliyi, yaşıl zolağın çirkləndirilməsi mövzularında göstərmiş olduqları davranışlarla bağlı fikirlərinin müəyyən olunması, tələbələrin oxuduqları ali təhsil müəssisələrində ekoloji təhsil və maariflənmə səviyyəsinin kafi olub-olmaması ilə bağlı fikirlərinin öyrənilməsi və bu istiqamətdə elmi-praktik seminarların təşkil olunması.

Bu cür layihələrdə ortaya qoyulan problem üzrə tələbə-gənclər arasında elmi-sosioloji tədqiqat keçirilə bilər. Tədqiqatın metodoloji əsası təsadüfi seçmə yolu ilə, məsələn, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində yerləşən universitetlərində təhsil alan 200 tələbə arasında sosioloji tədqiqatların və çıxarılan nəticələr əsasında praktik seminarların keçirilməsindən ibarət ola bilər. Tədqiqatın məqsədinə nail olmaq üçün müvafiq sosioloji məlumatlar üç növ mənbədən əldə ediləcək: birbaşa mənbə kimi tələbələr, sənədli mənbə kimi digər tədqiqatlar və statistikalar, peşəkar bilik və qiymətləndirmə mənbəyi kimi ekspertlər. Araşdırılan problemin əhatəli məzmunu burada ümumən qəbul edilmiş sosial tədqiqat prinsiplərinə istinad olunmasını zəruri edir. Bu baxımdan tədqiqatın nəzəri-praktik səviyyədə keçirilməsi yekunlaşdırılma zamanı əsasən sosioloji tədqiqatların ümumi metodologiyasına, qismən, sosial - psixoloji yanaşma prinsiplərinə istinad edilə bilər. Tədqiqatın ümumiləşdirilməsi zamanı bu sahədə aparılan digər tədqiqatlara, mövcud təcrübəyə və konkret mənbələrdə göstərilən faktlara (statistika) əsasən mümkün sosial modelləşdirmə üsullarına və uyğun sosial statistika göstəricilərinin müqayisəli təhlilinə geniş yer verilməlidir.

Daha sonra bu tədqiqatın nəticələrinə əsasən tələbələr arasında ekoloji şüur və maariflənmə mövzusunda elmi-praktik seminarlar təşkil oluna bilər

Sonra isə əldə olunan məlumat təhlil olunmalı, mövzu üzrə xüsusi hesabat hazırlanmalıdır. Çıxarılan nəticələr əsasında tələbələr arasında onların ekoloji şüur səviyyəsinin artırılması istiqamətində praktik-seminarlar təşkil olunmalıdır. Seminarlar istər Bakıda, istərsə də Sumqayıt, Gəncə və sair region mərkəzlərində olan ali təhsil müəssisələrində keçirilə bilər. Seminarlar bu sahədə qabaqcıl ekoloqlar, sosioloqlarpedaqoqlar tərəfindən həyata keçirilməlidir. Seminarlarda tələbələrin ekoloji şüur səviyyəsinin yüksəldilməsi üçün dünya təcrübəsindən istifadə etməklə bu sahədə mövcud olan ən son innovasiyalar tətbiq olunmalıdır. Bundan başqa gənclərin və bütün ictimaiyyətin ekoloji şüurunun inkişafına xidmət edəcək internet səhifəsi yaradılaraq geniş ictimaiyyətə təqdim olunmalıdır.

Bu cür layihələr çərçivəsində, həm də gəncləri mövzu barədə bilgiləndirəcək intensiv yenilənən online resurslar yaradılmalı, onların sosial şəbəkələrdə təbliğatı aparılmalıdır.

 

İlkin AĞAYEV

Palitra.-2014.-11 iyul.-S.11.