“Xaricdə təhsil alan
gənclərin çoxluğu nə qədər
təcrübəli kadrlara sahib
olacağımızdan xəbər verir”
Ruslan Əliyev: “60-dan çox
azərbaycanlının təhsil aldığı
Qazaxıstan universitetində təhsil alacağam”
Uzun müddətdir ki, Azərbaycandan kənarda ali təhsilini davam etdirən gənclərimizin fəaliyyətini işıqlandırır, onların uğur və nailiyyətlərini cəmiyyətə çatdırmağa çalışırıq. Bütün bunlar isə təbii ki, bir çox gənc oxucularımız tərəfindən də diqqətlə izlənilir. Elə bu səbəbdəndir ki, dəfələrlə xaricdə təhsil alan gənclərimizin başqa bir ölkədə ali təhsil almağın perspektivləri barədə qeydləri bu uğura nail olmayan gənclər tərəfindən böyük marağa səbəb olub. Belə gənclərdən biri də xaricdə təhsil almağa qərar verən və önümüzdəki tədris ilində Qazaxıstanda ali təhsil alacaq gənc yazar Ruslan Əliyevdir. Ruslan Əliyevin xaricdə təhsil və ümumilikdə gəncliyə dair fikirlərini oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən Ruslan Dost Əli (Əliyev) 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulmuşam. 2010-cu ildə Xanərəb kənd tam orta məktəbini bitirmişəm. Hazırda ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Kiçik yaşlarımdan ədəbiyyata, poeziyaya marağım olsa da, on səkkiz yaşımdan şeirlər yazmağa başlamışam. Elə o vaxtdan bəri müxtəlif qəzetlərdə, internet portallarında, ədəbiyyat yönümlü jurnallarda yazılarım dərc olunmağa başlayıb. 2011-ci ildə Heydər Əliyev adına “Zirvədən-Zirvəyə” fəxri diplomuna layiq görülmüşəm. Hazırda Gənc Ədiblər məktəbinin və Dünya Gənc Türk Yazarlar Birliyinin(DGTYB) üzvüyəm.
-Demək
olarmı ki, xaricdə təhsil üçün gənclərimizə münbit şəraitin yaradılması sizi başqa bir ölkədə ali təhsil
almağa meyilləndirib?
-Tam haqlısınız. Hazırda ölkədə xaricdə təhsil almaq istəyən gənclərimiz üçün münbit şərait yaradılıb. Ümumiyyətlə, təbii ki, ali təhsil almaq, tələbə olmaq, bəlli bir savada yiyələnmək, vətəninə, millətinə layiqli övlad olmaq və xidmət etmək hər bir gəncin arzusudur. Nədənsə orta məktəbi bitirdiyim vaxt, bəzi səbəblər üzündən ali təhsil almağı düşünmədim. Sonradan bu məsələdə peşman olduğumun fərqinə vardım. Bir neçə ay bundan əvvəl perspektivli universitetlərdən biri barədə məlumatlı oldum. Bu, 1991-ci ildə Qazaxıstanın Türkistan şəhərində bu ölkənin böyük elm adamı Ahmet Yesevi adına Ahmet Yesevi Uluslararası Kazak-Türk Universitetidir. Hazırda həmin universitetdə 60-dan çox azərbaycanlı tələbə təhsil alır. Beləcə məndə də, DGTYB-nin xətti ilə həmin universitetdə təhsil almaq istəyi yarandı. Belə bir çoxsaylı azərbaycanlının təhsil aldığı universitetdə ali təhsil alacam. Bir neçə gün öncə hazırda Azərbaycanda olan, həmin universitetin iki nümayəndəsi ilə də görüşüm oldu. Onlara bu universitetdə təhsil almaq istədiyimi söyləyib, lazımi sənədləri təqdim etdim. Artıq yeni dərs ilindən Qazaxıstanda təhsil almağım üçün qarşımda heç bir maneə yoxdur.
-Sizə xaricdə
təhsil nə qazandıracaq?
-Xaricdə təhsil almağımın bir səbəbi də orada bir neçə dil öyrənmək, bununla yanaşı oxuduğum universitetin universitetdə verilən elmlərin sirlərinə yiyələnmək, həmin ölkənin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq, eyni zamanda ədəbiyyatını oxumaq, yazıçılarını, şairlərini tanımaq və Azərbaycan ədəbiyyatını orada daha da tanıtmaq, xüsusən gənc yazarlarımızı təbliğ etmək, bu yöndə müştərək işlər görmək, inkişaf etməkdir. Bütün bunlara nə qədər nail ola biləcəyimi 2014-2020 il aralığındakı zaman göstərəcək. Zənnimcə, bütün bu istiqamətlərdə xaricdə təhsil mənə çox şey qazandıracaq. Bütün bunlar təkcə bizlərə deyil, vətənimizə də çox şeylər qazandırır.
Bəli, son illər azərbaycanlı gənclərin xarici universitetlərdə tələbə olmaq, təhsil almaq istəyi ötən illərlə müqayisədə nəzərəçarpacaq qədər artıb. Düşünürəm ki, bu, bilavasitə ölkəmizin xeyrinədir və təqdirəlayiqdir. Belə gənclərin əksəriyyətinin hazırda xaricdə dövlətin dəstəyi ilə təhsil aldığını qeyd etsək, xaricdə təhsilin nə qədər əhəmiyyətli olduğunun fərqinə varmış olarıq. Xaricdə təhsil alan gənclərin çoxluğu gələcəkdə Azərbaycanın nə qədər perspektivli, təcrübəli kadrlara sahib olacağından xəbər verir.
-İctimai
işlərdə necə, fəallıq göstərirsinizmi?
-Əlbəttə. Hər zaman çalışmışam ki, müxtəlif tədbirlərdə, görüşlərdə fəal iştirak edim. Üzv olduğum DGTYB-nin bütün tədbirlərində, eyni zamanda başqa siyasi-iqtisadi, sosial, ədəbi-bədii yönümlü tədbirlərdə bacardığım qədər iştirak edirəm. Elə bu yaxınlarda “Rəvan” Gənclərə Dəstək Təşkilatının önəmli bir layihəsi olan, müharibə dövründə fədakarlıqlar göstərmiş qəhrəman qadınlarımızın tanıtımına, təbliğinə həsr olunmuş tədbirində iştirak etdim. Onu da qeyd edim ki, rayonlarda, ucqar kəndlərdə yaşayan, istedadlı, yaradıcı gənc yazarlardan ibarət bir neçə toplu, almanax kitabların ərsəyə gəlməsində təşkilatçılığı öz üzərimə götürmüşəm. Qazaxıstana gedəcəyim vaxta qədər belə 1-2 toplunun da işıq üzü görməsi üçün artıq yığım işlərinə başlamışam.
-Gəncliyimizin hazırkı durumu sizi qane edirmi?
-Azərbaycan gəncliyi sürətlə inkişaf
etməkdədir. Dövlət
tərəfindən gənclərə
qayğının, diqqətin
hər il
daha da artması
bir gənc olaraq məni də sevindirir. Gənclər arasında müxtəlif sahələrdə
müsabiqələrin təşkil
olunması, gənclərin
bir çox sahələrdə müxtəlif
diplomlarla təltif olunması, 20-21 yaşlı
yazarların AYB-yə
üzv olması, Prezident təqaüdlərinin
verilməsi, gənclərin
kitabların dərci,
kitab müəlliflərinin
oxucularla görüşünün
keçirilməsi və
s. bunlar hamısı gəncliyin inkişafı,
uğuru deyilmi? Ötən il dekabr ayının 11-də
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə DGTYB-nin təşkil etdiyi “ Bölgələrarası
Gənc Yazarların Bakı Görüşü
” adlı müsabiqə
adından da göründüyü kimi,
sırf gənclər
üçün düzənlənmişdi.
Hətta
birinci yerin qalibinə xüsusi pul mükafatı da verildi. Bütün bunlar Azərbaycan gəncliyinin hazırkı
durumunun bariz nümunəsidir. Yəni nə
qədər gənclərə
dövlət böyük
qayğı göstərirsə,
gəncliyimizin durumu da o qədər yüksək səviyyədə
olur. Azərbaycan nadir ölkələrdəndir ki, burada gənclərə
xüsusi dövlət
qayğısı var və bütün bu diqqət və qayğı təbii ki, biz gəncləri də yaradıcılıq və
digər işlərdə
ruhlandırır. Artıq 90-cı illərdə olduğu kimi, gənclərimiz küçələrdə, kafe
və çayxanalarda
kütləvi şəkildə
vaxt keçirib gələcəyini məhv
etmir. Əksinə, bugünkü gənclik
vaxtını səmərəli
keçirmək üçün
idmana, təhsilə və yaradıcılıq
işlərinə böyük
diqqət ayırır
və heç şübhəsiz ki, ölkədə yaradılan
şərait buna zəmin yaradıb.
- Bəs, aktiv gənc kimi həmyaşıdlarınıza
hansı məsləhətləri
verərdiniz?
- Əlbəttə ki,
səmərəli işlərlə
məşğul olmağı. Elə sosial şəbəkələrdən
də səmərəli
şəkildə, az vaxt itirərək
daha çox oxumaq, maksimum məlumatlanmaq lazımdır.
Bunlara məsləhət
deməzdim, amma Vətənə layiqli oğul olmalarını, hər zaman damarlarından türk qanı axdığına
görə qürur duymalarını, Babəkin,
Koroğlunun, Nəbinin
kökündən gəldiklərini
unutmamalarını, bir
olmalarını, ürəklərinin
Qarabağ intiqamı ilə döyünməsini,
bayrağımızı daim
zirvələrdə dalğalandırmağını,
bu şərəfə
nail olmalarını özüm
də daxil olmaqla bütün Azərbaycan gənclərinə
arzulayıram. Hər birimizə uğur olsun!
-Qarşıdakı
illərdə hansı
planlarınız var?
- Hələ gəncəm. Potensialımdan maksimum istifadə
edib enerjimi səmərəli işlərə
sərf etməyi düşünürəm. Beş il
boyunca Qazaxıstanda təhsil alıb, yenidən vətənə
dönməyi, xalqıma
xidmət etmək, ölkəmin inkişafında
bəlli bir rol oynamaq, öz
işimi qurmaq, yararlı bir vətəndaş olmağı
düşünürəm. Sizə və redaksiya rəhbərliyinə də
xüsusi təşəkkürümü
çatdırıram ki,
ölkədə gənclərə
xüsusi yer ayıran media orqanlarından
biri olmağa qərar vermisiniz. Bu işdə sizlərə
uğurlar və düşünürəm ki,
belə diqqətiniz gənclər tərəfindən
də cavabsız qalmamalı və onların uğurları sıralanmalıdır ki,
sizlər də daha böyük diqqətlə bu uğurları işıqlandırasınız.
Tural Tağıyev
Palitra.-2014.-18 iyul.-S.6.