Rövşən Muradov:
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
ən nüfuzlu təşkilatlarda
etibarlı strateji tərəfdaş kimi qəbul olunur”
Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox vacib və böyük rol oynamağa başlayıb. Mərkəz dünya liderləri, siyasi xadimlərini bir araya gətirməklə, onların diqqət və fəaliyyətini Azərbaycanın dünya siyasi-mədəni xəzinəsinə öz töhfələrini verməsi məsələlərinə yönəldib. Təsadüfi deyil ki, bu məqsədlə Mərkəzdə dünyanın ən görkəmli liderləri, tanınmış şəxsiyyətləri təmsil olunur. Onlar Azərbaycan mədəniyyəti, dini və milli tolerantlığı, zəngin və qədim dövlətçilik, birgəyaşayış və humanizm ənənələri ilə bağlı faktları bütün dünyaya çatdırmaqdadırlar. Bu isə Mərkəzin dünya və Azərbaycan üçün oynadığı rolun önəmini bir daha göz önünə gətirmiş olur.
İndi isə bir qədər ətraflı qeyd edək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci ildə Latviya Respublikasının sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru dr. İsmail Serageldinin təşəbbüsü ilə təsis olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşımağa layiq olmaq, o cümlədən Azərbaycan və dünya üçün qürur mənbəyi ola biləcək mərkəzə çevrilməkdir. Mərkəzin fəaliyyəti ilə bağlı dünya liderləri və tanınmışlarının fikirləri də maraqlıdır. “Bu, bizim bəşəriyyətdə müxtəlif mədəniyyətlərdən olan insanları dostluq ideyası ətrafında birləşdirəcək ən gözəl simvoldur”. Qeyd edək ki, bunu ABŞ sabiq Prezidenti Bill Klinton Nizami Mükafatı alması münasibətilə bildirib. UNESCO-nun xüsusi müraciətində isə belə bildirilir: “Xüsusi olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə tolerantlıq və qarşılıqlı anlaşmanın təbliğindəki fəaliyyətinə görə minnətdarlığımızı bildirmək istərdik. Biz əminik ki, böyük şair Nizami Gəncəvinin irsinin qorunaraq araşdırılması və gələcək nəsillərə çatdırılması ilə Mərkəz, türk, fars, ərəb, yunan, hind və kürd xalqları arasında konstruktiv anlaşmanın qurulmasında çox önəmli rol oynamaqdadır”.
Bizə açıqlamasında Mərkəzin baş katibi Rövşən Muradov qeyd etdi ki, təsis olunmasından iki ildən az zaman keçməsinə baxmayaraq, Mərkəz artıq önəmli beynəlxalq simaların iştirakı ilə Bakı, Gəncə, Afina, İsgəndəriyyə, Vaşınqton, Madrid, Stokholm, Oslo, Vyana, Brisbane, Ankara və Bişkekdə önəmli tədbirlər keçirib. Hazırda Mərkəzin üzvləri sırasına dünyanın 27 ölkəsindən 43 sabiq prezident və baş nazirlər daxildir. Bunlardan Latviyanın sabiq prezidentləri Vaira Vike-Freiberga və Valdis Zatlers, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Polşadan sabiq Prezident Aleksandr Kvasnievski, Estoniyanın sabiq Prezidenti Arnold Rüütel, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov, Jelyu Jelev və Giorgi Pırvanov, Albaniyanın sabiq prezidentləri Slai Berişa, Rexhep Meidani, Bamir Topini, İsrailin sabiq Baş naziri Ehud Barakı misal göstərmək olar. Ümumiyyətlə, indiyə kimi Mərkəzin toplantılarında 80-dən çox qlobal lider iştirak edib.
R.Muradov dedi ki, qısa zaman ərzində yaranan Mərkəz qürurla dünyanın ən nüfuzlu təşkilatlarında etibarlı və strateji tərəfdaş kimi qəbul olunur, bu əməkdaşlıqlar sırasında İsgəndəriyyə Kitabxanası, Madrid Klubu, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Smitsonian İnstitutu, Böyük Britaniya Kral Akademiyası, Metropolitan Muzeyi, Rumınya Demokratiya Fondunun adını sadalamaq olar: “Mərkəzin əsas qərarverici qurumu idarə heyətidir ki, onun üzvləri sabiq Latviya Prezidenti Vaira Vike-Freiberga - həmsədr, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin – həmsədr, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Emil Constantinescu - Rumıniyanın sabiq Prezidenti, Boris Tadic - Serbiyanın sabiq prezidenti, Petar Stoyanov - Bolqarıstanın sabiq prezidenti, səfir, UNESCO komissarı Valter Füst, Marianna V. Vardinoyannis - UNESCO-nun xoşməramlı səfiri, Giuli Alasania - Gürcüstan Universiteti Qəyyumlar Şurasının sədri, Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı, Farida Allaghi - Beynəlxalq insan hüquqları müdafiəçisi, Naseem Ahmad Şah - İslam Araşdırmalar İnstitutunun direktorudur (Kəşmir Universiteti).
Mərkəz təsis olunduğu gündən, Diasporla İş üzrə Dövlət Komitəsi ən önəmli tərəfdaşı kimi onun bütün təşəbbüslərinə dəstək göstərir.
İdarə Heyətinin sonuncu toplantısında idarə heyətinin üzvləri tərəfindən xüsusi olaraq qeyd olunub ki, Mərkəzin qısa zaman ərzində bu miqyasda uğur qazanaraq, reallaşdırdığı beynəlxalq əməkdaşlıqda önəmli tərəfdaşa çevrilməsində Azərbaycan Respublikası Prezidentinin inam və etimadı, göstərdiyi dəstək əsas rol oynayıb“.
Onu da qeyd edək ki, Mərkəz haqqında xarici mətbuatda məqalə yazılıb. İngiliscə yazılmış məqalənin müəllifi Kəşmir Universitetinin İslam Araşdırmalar İnstitutunun direktoru Naseem Ahmad Şahdır. Məqalədə bildirilir ki,
Azərbaycanın, mədəniyyətlərin
birləşməsi və dini harmoniya ilə bağlı zəngin və qürurverici tarixi var. Bu birləşmə və
harmoniya isə heç
şübhəsiz ki, Azərbaycan idarəçilərinin
siyasi patronajlığı altında zaman-zaman daha da güclənib və konsolidasiya
olunub: “Yerli Qafqaz ənənələri ilə fars-ərəb
və Mərkəzi Asiya ənənələrini
təmsil edən İslam irsi
Azərbaycana güclü tolerantlıq dəyərlərini,
inanc və insan
qardaşlığının birliyini bəxş
edib. Bu xalqın mədəniyyət
tarixi mənfi fikirlərdən,
qeyri-tolerantlıqdan tamamilə uzaq olub. Azərbaycan rəhbərləri,
filosofları, şairləri, sufiləri və alimləri dini tolerantlığın və horizontal insani dəyərlərin
böyük müdafiəçiləri və
təmsilçiləri olublar. Bu gün müxtəlif dini inanclar, xüsusən də xristianlıq və
islam arasında səmimi münasibətlərin
qurulmasının müzakirə edildiyi bir zamanda, biz
“sivilizasiyaların toqquşması” kimi təhlükələrlə,
planetin müxtəlif yerlərində dini ekstremizmin qalxması
halları ilə qarşılaşırıq. Belə hallarda böyük Azərbaycan
şair-filosofu Nizami Gəncəvinin
sivilizasiyaların sintezi, mədəni adaptasiya, dini tolerantlıq
və birgə mövcudluq, dünyanın
müxtəlif cəmiyyətləri arasında bənzərliklərin
tapılması barədə mesajları yada
düşür. Böyük
mədəni qütblər və ideoloji fikir ayrılıqları şəraitində,
biz yenidən Nizamiyə və onun poeziyasının ruhunu
öyrənməyə ehtiyac duyuruq. O, universal ədaləti
axtarır və adi insanın haqlarına istinad edir, həqiqəti
qeyd-şərtsiz zərurət kimi
göstərir. Dünyadakı müsəlman cəmiyyətləri
hazırda texnologiyanın təzyiqi və dini
gərginlik arasında dərin tərəddüddə
qalmış insanlar kimi
xarakterizə edilirlər. Onlar modern elmin və
texnologiyanın hücumundan yaranan problem və məsələlər
barədə danışıqlar aparmaq üçün zəruri intellektə malik olmayan xalqlar
hesab edilirlər. Onlarla
rasional və müstəqil seçim edə bilməyən insanlar kimi
davranılır. Onlar sözü
hərfi mənada anlayan, təriqətçi
və fundamentalist kimi
qəbul edilirlər. Dünya müsəlmanları
bu barədə modern çağırışlara ən
yüksək intellektual
fərasət, ən dərin dini müdriklik, ideoloji dərinlik və ən gözəl diplomatik üsullarla cavab verməlidirlər”.
Daha sonra məqalədə qeyd edilir ki,
bütün bu faktların işığında
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həlledici aktuallığı
tamamilə aydın görünür: “Bu mərkəz
bütün dünyaya
Nizaminin mesajlarını
yaymaqla sübut etməyə qabildir ki, Azərbaycan siyasi anarxiya, ekstremizm, nifrət, iqtisadi disbalansdan uzaq dəyərlərin və prinsiplərin dünyaya çatdırılmasında,
onların müdafiəsində
və təbliğində
qlobal aktor ola bilər.
Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,
təkcə Azərbaycan
və region üçün
yox, eyni zamanda və daha çox dünya üçün olduqca önəmlidir”.
O da qeyd edilir ki,
son iki ildə
sözügedən dünya məsələləri
barəsində Mərkəz dünya
liderlərinin diqqətini cəlb edə bilib,
onlar Bakıda Mərkəzə baş çəkiblər və bu minvalla dünya
liderləri ilə Azərbaycanın arasında
qarşılıqlı və səmərəli anlaşma qurulub. Bütün bu dünya liderləri məmnuniyyətlə Mərkəzin
üzvü olmağa
qərar veriblər. Onlar Mərkəzin
dünyanın anlaşma, tolerantlıq və
dialoq mərkəzi olmasına öz dəstəklərini də məmnuniyyətlə
təklif ediblər. Mərkəz həm də dünya
liderləri qrupunun öz
idarə heyətində təmsil olunmasından uğur qazanıb.
İlkin AĞAYEV
Palitra.-2014.-19 iyul.-S.5.