Uşaq-yeniyetmə futbol
məktəbləri şəbəkəsi yaradılır
Dövlət
proqramına əsasən, gənc nəslin fiziki-mənəvi
inkişafı, pis vərdişlərdən
uzaqlaşması və idmana, futbola yönəlməsi istiqamətində xeyli iş görülüb
Azərbaycan Respublikasında ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının "Neftçi", Gəncənin "Dinamo" komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib. Amma 1992-ci ildən etibarən Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində Azərbaycan milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənirdi.
Yeniyetmələrdən və gənclərdən
ibarət yığma komandalarımız da
beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil
edə bilmirdilər. Futbol bazalarının vəziyyəti, respublika
uşaq-yeniyetmə futbol məktəblərinin
maddi-texniki bazalarının
aşağı səviyyədə olması, yüksək
ixtisaslı məşqçi və müəllimlərin
çatışmazlığı əhalinin, xüsusilə
yeniyetmə və uşaqların futbol ilə
məşğul olmağa artan
tələbatınödəməyə imkan
vermirdi. Futbolçu ehtiyatı hazırlığı üçün
beynəlxalq standartlara cavab
verən mərkəzlərin olmaması, süni
örtüklü meydançaların yetərsizliyi,
futbolla bağlı xüsusi
metodik ədəbiyyatın
çatışmazlığı ölkədə futbolun inkişafına və futbolçu
ehtiyatı hazırlanmasına mənfi təsir göstərirdi.
Ümumiyyətlə, respublikada futbolun bu vəziyyəti idmanın bu
növünün kütləvi
inkişafı üçün təxirəsalınmaz
və konkret tədbirlərin
görülməsini, uşaq-yeniyetmə və gənclər
arasında işin
canlandırılmasını, futbol infrastrukturunun inkişafını, beynəlxalq
səviyyəli futbolçuların hazırlanmasını
zəruri edirdi. Bu mənada
Azərbaycan Respublikasında futbolun
inkişafı dövlət proqramı (2005-2015-ci illər) -
ölkədə futbolun inkişafına və
beynəlxalq yarışlarda uğurlar əldə
etməyə xidmət edir. Layihə
çərçivəsində təqdim etdiyimiz
yazıda dövlət proqramında nəzərdə tutulan tədbirlərin uşaq
və yeniyetmələrin fiziki-mənəvi inkişafında
oynadığı rola toxunacağıq. Qeyd edək ki, futbolun inkişafı
dövlət proqramının əsas məqsədi "Bədən
tərbiyəsi və idman haqqında"
qanununa, habelə bədən tərbiyəsi
və idmana aid digər
normativ hüquqi aktlara uyğun olaraq futbol sahəsində
dövlət siyasətinin həyata keçirilməsini,
ölkədə futbolun və
onun infrastrukturunun inkişaf etdirilməsini, futbol
ilə məşğul olmaq üçün müvafiq
şəraitin yaradılmasını, köhnə
stadionların bərpasını, yenilərinin layihələşdirilməsini
və tikintisini, beynəlxalq səviyyəli
futbolçuların, məşqçilərin, hakimlərin və
digər futbol mütəxəssislərinin
hazırlanmasını təmin etməkdən ibarətdir. Proqramın əsas vəzifələri
sırasında uşaq-yeniyetmə futbol məktəbləri
şəbəkəsini inkişaf etdirmək,
futbolda xüsusi
istedadı olan uşaqlar
üçün
ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat
futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq
da var. Gənc nəslin
fiziki-mənəvi inkişafı, pis vərdişlərdən
uzaqlaşması və idmana, futbola yönəlməsi istiqamətində xeyli iş görülüb.
Təhsil müəssisələrində, əhalinin
yaşayış yerlərində futbol infrastrukturunun yaradılması, təhsil
müəssisələri üçün
futbol üzrə tədris proqramlarının
işlənib hazırlanması, ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol
bölmələrinin açılması, məhəllə
komandaları arasında futbol üzrə
yarışların keçirilməsi, mövcud və yeni
açılacaq uşaq-gənclər idman
və internat məktəblərində
qadın futbolu üzrə tədris
qruplarının yaradılması, ölkənin bütün bölgələrində
istedadlı uşaqlar üçün
futbol üzrə
ixtisaslaşdırılmış internat
məktəblərinin yaradılması nəzərdə tutulub. Ümumi təhsil, orta ixtisas və ali təhsil
müəssisələrində yeniyetmə və gənclərin
idmanla məşğul olması üçün əlverişli şərait
yaradılıb, futbolun inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
nəticəsində şagird və tələbələr
arasında idmanın bu növünə
maraq xeyli artıb. Uşaq,
yeniyetmə və gənclər arasında futbol
idman növünü
təbliğ etmək, onların ustalıqlarını
artırmaq, perspektivli futbolçuları
üzə çıxarmaq məqsədilə il
ərzində uşaq-gənclər idman məktəbləri,
ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri
arasında mütəmadi olaraq müxtəlif
yaş qrupları üzrə məktəbdaxili,
rayon, şəhər və respublika səviyyəli yarış, birincilik və çempionatlar
keçirilir. Dövlət
Proqramından irəli gələn vəzifələri yerinə
yetirmək məqsədilə universitet tələbələri
arasında futbol üzrə respublika çempionatı, uşaq-gənclər
idman məktəblərinin 13-14
yaşlı futbolçulardan ibarət
komandaları arasında respublika turniri keçirilib. Eyni zamanda təqvim
planına uyğun olaraq
uşaq, yeniyetmə və gənclər
arasında il ərzində futbol idman növü
üzrə müxtəlif səviyyəli yarış, birincilik və çempionatlar
keçirilir. Futbolun inkişafına dair Dövlət Proqramının icrası ilə
əlaqədar yeni idman
meydançalarının salınması, futbolun
yeniyetmələr və gənclər arasında kütləviliyinə
nail olunması, onların
ustalıqlarının artırılması istiqamətində
işlər davam etdirilir.
Gəncə şəhər 1 nömrəli əsas internat məktəbinin bazasında futbol təmayüllü internat
tipli gimnaziya
yaradılıb. “Təhsil” Respublika İdman Mərkəzinin Bakı
filialının bazasında uşaq-gənclər futbol məktəbinin yaradılması ilə
bağlı aidiyyəti dövlət qurumlarına rəsmi
müraciət edilib. Təhsil Nazirliyi və AFFA-nın birgə təşkilatçılığı
ilə Bakı şəhəri ümumtəhsil məktəblərinin
qabaqcıl fiziki tərbiyə müəllimləri
üçün seminarlar
keçirilib. Bakı şəhərinin
51, 171, 237, 239, 136 nömrəli orta, Makarenko adına internat, Füzuli rayonu 27 nömrəli
orta məktəblərində və “Təhsil”
Respublika İdman Mərkəzinin
Bakı filialında yeni süni
örtüklü futbol
meydançaları yaradılıb. Qeyd olunan ümumtəhsil məktəblərində
AFFA-nın mütəxəssislərini iştirakı ilə futbol dərsləri tədris olunur.
Dövlət Proqramına uyğun
olaraq, yeniyetmə və gənc
futbolçuların peşəkarlığının
artırılması məqsədilə Bakı şəhəri,
Tovuz, İmişli
rayonlarının ümumtəhsil məktəblərində təhsil
alan 19 nəfər məktəbli futbolçu seçilərək Türkiyənin
İstanbul şəhərində,
“Fənərbağça” klubunun
bazasında hazırlıq keçmələri təmin edilib. Həmin tədbirlərdən biri də Yaşar Məmmədzadə
adına Mingəçevir şəhər stadionunda
baş tutub. FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı
ilə qadın futbolunun kütləviliyinin
artırılması, qızların futbola
cəlb olunması, onların bu idman növü ilə
mütəmadi şəkildə məşğul olmasına zəmin
yaradılması məqsədilə “Live Your Goals” (“Öz
məqsədlərini yaşat”) tədbiri
keçirilib. Tədbirdə
AFFA-nın baş katibinin
müavini Sərxan Hacıyev, Şimal-Qərb
Futbol Federasiyasının prezidenti
Rövşən Əhmədov, Mingəçevir Şəhər
Gənclər və İdman İdarəsinin
rəisi Kamal Nəcəfli, futbol veteranı Rüstəm Rəhimov, Azərbaycan
milli komandasının məşqçisi
Mahmud Qurbanov, 19 yaşadək qızlardan ibarət Azərbaycan
yığmasının baş məşqçisi
Patrisiya Gonzales və
17 yaşadək qızlardan ibarət yığmamızın baş məşqçisi Siyasət Əsgərov,
U-17 qızlar yığmasının üzvləri Firəngiz
Teymurova və Manə Mollayeva
iştirak ediblər. Xatırladaq
ki, “Live Your Goals” (“Öz
məqsədlərini yaşat”) silsilə
tədbirləri daha əvvəl 2012-ci il martın 12-də "Dalğa
Arena"da, aprelin 30-da Zaqatala, iyunun 8-də Quba, iyulun 28-də Şəki, avqustun
30-da Masallı şəhərlərində, həmçinin
sentyabrın 18-də Bayıl stadionunda
müvəffəqiyyətlə keçirilib.
Bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri
ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli
Kruz və Şteffi Cons iştirak ediblər.
Anar Miriyev
Palitra.-2014.-23 iyul.-S.11.