“Astraxanda Bakını
çox yaxşı tanıyırlar”
Samirə
Allahverdizadə: “Orada insanlar
kitab oxumağı sevirlər. Hətta avtobusda, metroda, yolda gedəndə görürsən ki, hamı kitab oxuyur”
“Palitra”nın
xaricdə təhsil alan tələbələrlə
bağlı layihəsi çərçivəsində
növbəti müsahibi Astraxan
Dövlət Universitetinin tələbəsi
Samirə Allahverdizadədir:
-Mən 1992-ci ildə anadan
olmuşam, Bakıdakı 177 saylı orta məktəbdə təhsil almışam.
Orta məktəbdə yaxşı oxumuşam. Bütün fənlərdən
beş almışam. Məktəbi
bitirdikdən sonra xaricdə təhsil almaq üçün imtahan verdim. Birincisi burada 400-dən
aşağı bal toplamamalısan. Həmçinin
həmin ali məktəbin özlərinin
təşkil etdiyi imtahandan
keçəsən, sonra orada
imtahan verəsən. Xaricdə təhsil almaqla bağlı valideynlərimlə də məsləhətləşdim.
Onlar da razılıq
verdikdən sonra gedib orada` digər bir imtahan, inşa yazdım. Bir də ingilis dilindən
imtahan verdim və bütün bunlardan
keçdikdən sonra Jurnalistika
fakültəsinə qəbul oldum.
Hazırda da Astraxan
Dövlət Universitetində Beynəlxalq jurnalistika
fakültəsində təhsil alıram. Birinci kursu bitirdim. Hər zaman
humanitar fənlərə
böyük həvəsim
olub. Bizim ailəmiz əvvəllər
Rusiyada yaşayıb.
Mən Bakıda rus bölməsində təhsil
almışam. Xaricdə ona
görə təhsil almaq istəyirdim ki, orada Azərbaycanı
təmsil edim. Orada oxumaq çox çətindir. Müəllimlər çox tələbkardırlar.
Dərsi
çox yaxşı keçirlər. Azərbaycan universitetlərində
tələbələr hər
semestr 6-7 imtahan verirlər. Ancaq orada 14 imtahan
veririk. Qiyabi olanda çalışmaq
daha da çətindir.
Orada tələbə
ilə müəllim arasında başqa heç bir münasibət ola
bilməz. Yəni, ancaq biliyə
əsaslanır. Hər şey
çox ciddidir.
Dərs vəsaitlərinə gəldikdə
isə hər biri kitabxanada var. İnternet vəsaitlərini
də tələbələr
pulsuz əldə edə bilirlər. Ümumiyyətlə, tələbələrə bir çox sahələrdə güzəştlər
var. Məsələn, şəkil
çəkdirəndə, tələbə
bileti alanda və s. Müəllimlər
çox yaxşı dərs keçirlər.
Orada xoşuma gələn odur ki, hər
dərsin öz korpusu var. Orada əgər dərsə gəlmədinsə, mütləq
sağlamlıq kağızı
gətirməlisən. İndiyədək mən heç
bir dərsi buraxmamışam. Mən qiyabi
oxuduğuma görə,
ildə üç dəfə bir ay müddətinə gedirəm.
Burada hələ ki, heç bir fəaliyyətlə məşğul
olmuram. Ancaq dərslərimi oxuyuram.
Çünki çətindir. Orada bir imtahanı verə bilmədinsə, onu öyrənənədək
dəfələrlə imtahan
verəcəksən. Kulturologiya, tarix,
politologiya və bir çox dərslər keçirik.
“Bir istəyim də odur ki,
radioda çalışım. Ancaq istərdim
ki, daha çox problemli məsələlər qabardılsın.
Bu gün bəzi radio
kanallarında mənasız
verilişlərə daha
çox rast gəlmək olur”
Hazırda mən I kurs olduğuma görə, ancaq nəzəriyyə keçirəm. Ancaq II kursdan başqa
cür olacaq. Əslində praktikanı xarici
ölkələrdə keçirlər.
Valideynlərim deyir ki, Azərbaycanda keçsəm
daha yaxşıdır.
Orada təhsil alan azərbaycanlı
tələbə vardı
ki, o Almaniyada praktika keçmişdi. Universitetdə baxırlar ki,
tələbənin hansı
sahəyə bacarığı
varsa, o istiqamətə
yönəldirlər. Çox istəsəm praktikaya başqa xarici ölkəyə də gedə bilərəm, çünki orada imkanlar genişdir, daha çox təcrübə toplaya bilərəm. Bizim universitetdə
hər bir tələbənin gələcəyini
düşünürlər. Xarici dillərdən ingilis, rus dillərini bilirəm.
- Bu gün gənclər boş vaxtlarında sosial şəbəkələrdən daha çox istifadə edirlər. Siz boş vaxtlarınızı
nəyə sərf edirsiniz?
- Mən boş vaxtlarımda əvvəllər
tennislə məşğul
olurdum. Hazırda ancaq dərs
oxuyuram. Sosial şəbəkələr
ancaq vaxt itkisidir. Məncə orada heç
bir müsbət şey qazanmaq olmaz. Mənim ətrafımda olan
tanışlarım, rəfiqələrim
demək olar günün 90 faizini sosial şəbəkələrdə
keçirir. Bir əlində
yemək yeyərkən,
bir əlində telefon olur. Onlarda alışqanlıq yaranıb.
Çölə çıxmaq istəmirlər
və bütün gününü sosial şəbəkələrdə keçirirlər. Real həyatdan uzaqlaşırlar.
Onları artıq sosial
şəbəkədən ayırmaq da mümkün deyil.
- Tələbə
yoldaşlarının Bakı
barədə məlumatları
necədir?
- Tələbə yoldaşlarımın
demək olar ki, hamısı rusdur. Yalnız bir müsəlman
qız təhsil alır. Onlar Bakını çox
yaxşı tanıyır.
“Bakı çox
gözəl şəhərdir”
- deyirlər. Ümumiyyətlə, İslam dini onlara maraqlı gəlir. Çoxlu suallar verirlər.
Onlar elə düşünürlər
ki, Bakıda qadınların hüququ yoxdur, sözü keçmir. Ancaq mən onlara
başa salıram ki, yox, bu
heç də belə deyil. Elə bilirlər ki, ölkəmizdə hələ
də qədimdəki
kimidir. Astraxan Bakıdan fərqli
olaraq soyuq şəhərdir, heç
nə görmək olmur. Onlara deyirəm ki,
Azərbaycanda başqa
cürdür. Hər gün
Günəş işıq
saçır. Azərbaycanda insanlar mehribandırlar.
Şəndirlər, amma orada insanlar da soyuqdurlar.
Orada azərbaycanlılar çoxdur.
Hamısı sıx şəkildə
bir-birinə bağlıdır.
Azərbaycanın iqlimi, mədəniyyəti,
yeməkləri haqqında
danışıram. Hətta qardaşımla
birgə Azərbaycanla
bağlı şəkilli
təqdimat hazırlamışdım.
- Gənc kimi orada gənclərin
təhsilə marağını
necə qiymətləndirirsən?
- Təhsil aldığım universitetdə azərbaycanlı
tələbələrlə əlaqə saxlaya
bilmirəm. Oradakı tələbə yoldaşlarımın əksəriyyətinin
demək olar ki, II, III
təhsilidir. Müxtəlif ixtisaslar, ingilis dili, xoreoqrafiya
müəllimi, mühəndis və s.
üzrə təhsil alırlar. Onlar yaşca məndən böyükdürlər.
Maraqlı odur ki, orada yaşından asılı olmayaraq hər kəs oxumağa
həvəslidir. Xarici tələbələr
də çoxdur. Məsələn,
Türkmənistan və digər ölkələrdən olan tələbələr var.
Orada çox sayda tələbələrin təhsil
almasının səbəbi odur ki, universitetin prestiji var. Həm də yaranma tarixinə görə də daha qədimdir. Ancaq, təhsil
ödənişlidir. Bəzən deyirlər ki,
xaricdə oxumaq asandır, mən deyərdim
ki, əksinə, çox
çətindir. Qəbul imtahanı da
çətindir. Oraya yerli
tələbələr qəbul olmadıqda ağlayırlar. İmtahan prosesi testlə deyil. Semestrdə imtahan bilet üsulu
ilə aparılır.
Deyirlər ki, test, biliyi
daha yaxşı müəyyənləşdirmir. Bütün proqramı oxuyuruq. Müəllimə mütləq danışmalısan.
Universitetdə dərslərdə telefonlar mütləq yığışdırılır və dərs vaxtı telefondan istifadə etməyə qətiyyən icazə vermirlər. Tələbələrin də müəllimlərə
qarşı hörmətləri
var. Ümumiyyətlə, orada
insanlar kitab oxumağı sevirlər.
Hətta
avtobusda, metroda, yolda gedəndə görürsən ki, hamı kitab oxuyur. Ancaq onu da deyim ki, əsasən
yaşlılar, orta nəsil daha çox oxuyur.
-Gələcəkdə
ixtisasın üzrə
çalışmaq istərdinmi?
- Uşaq vaxtı şeirlər yazırdım.
Deyirdim böyüyəndə Puşkin
olacam. Ancaq indi xaricdə
çalışmaq istərdim.
Rusiyada çalışmaq çətindir.
Amma istək olandan sonra alınar. Siyasət sahəsində çalışmaq
istərdim. Hazırda əsas
məqsədim yaxşı
oxumaqdır. Peşələri qadınlar kişilər arasında bölmək düzgün deyil. Hər ikisi bərabərhüquqludur.
Orada Jurnalistika fakültəsi çox qiymətləndirilir.
Bütün fakültələrdən üstün tuturlar. Jurnalistlərə də çox
hörmət var. Sözün
həqiqi mənasında
jurnalistikanı “dördüncü
hakimiyyət” adlandırırlar.
Bir istəyim
də odur ki, radioda çalışım. Ancaq istərdim
ki, daha çox problemli məsələlər qabardılsın.
Bu gün bəzi
radio kanallarında mənasız
verilişlərə daha
çox rast gəlmək olur.
-Başqa ölkədə təhsil almaq hansısa problemlər yaradırmı?
- Xarici tələbələrə
bir qədər fərq qoyurlar.
Amma görəndə
rus dilində normal danışırsan, onu dəyərləndirirlər. Orada deyəndə
ki, Azərbaycanda rus bölümü var, onlar təəccüblənirlər.
Ancaq bəziləri elə bilir ki, bizdə
dövlət dili rus dilidir. Mən deyirəm ki, yox, bizim ölkəmizdə
dövlət dili Azərbaycan dilidir. Orada Qazaxıstandan olan tələbə deyir ki, onlarda həm
rus, həm də qazax dilidir.
Mən deyirəm ki, əksinə, biz hazırda
öz milli himnimizi oxuyuruq, başqasının tarixini
yox, öz tariximizi oxuyuruq. Məncə önəmli olan budur. Ümumiyyətlə, gənclərin xaricdə
təhsil alması çox yaxşıdır.
Xarici ölkələrdə Azərbaycan
barədə bəlkə
də fərqli düşüncə formalaşıb,
amma indi görürlər ki, bu belə deyil.
Nigar Abdullayeva
Palitra.-2014.-23 yiul.-S.7.