Mərhum şair Akif Səmədin 55 illik yubileyi qeyd edilib
R.Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrında mərhum şair
Akif Səmədin 55 illik
yubileyi qeyd edilib. Tədbirdə Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd
Arslan çıxış edərək Akif Səmədi təkcə Azərbaycanın
deyil, həm də türk
dünyasının şairi, türkün söz
sevdalılarının yolunun yolçusu adlandırıb. Mərasimdə
Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir
Rüstəmxanlı, yazıçı-publisist Natəvan Dəmirçioğlu
və başqaları çıxış edərək Akif Səmədin şeirlərində insana və insanlığa böyük
sevgi olduğunu
vurğulayıblar. O, ilahi gözəlliyi
duya, ülvi hissləri
sözlə ifadə edə bilirdi. Akif Səmədi həm də ruh,
irfan şairi idi. Natiqlər onun “Qiblə
yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”,
“Özümə yol” kitablarının ədəbi
ictimaiyyət tərəfindən maraqla
qarşıladığını,
yaradıcılığının könüllərə yol tapdığını söyləyiblər.
Tədbirdə şairin ifasında xatirə
səs yazıları və şeirləri səsləndirilib.
Nigar
Palitra.-2014.-24 iyul.-S.13.