Gənclərin mənəvi inkişafında sosial hüquqlarla bağlı maariflənmə önəmlidir

 

Gənclərin mənəvi inkişafı ilə bağlı aktual olan problemlərdən biri də onların sosial hüquqlar sahəsində xeyli dərəcədə az məlumatlı olmasıdır. Daha aktual məsələ odur ki, ölkədə öz sosial hüquqlarını elementar səviyyədə belə bilməyən kütləvi sayda gənclər hələ də qalmaqdadır.

Onlar məhz buna görə də hökumət qurumları, eləcə də digər qurumlarla münasibətlərdə, özlərinə aid sosial məsələlərin həllində müəyyən çətinliklər və maneələrlə üzləşmiş olurlar. Eləcə də gənclər sosial hüquqlarını daha ətraflı bimək və bu barədə məlumatlanmaq üçün ciddi səylər göstərməkdə həvəsli deyillər. Bu sahədə qanunvericiliklə tanış olmaq, buna əsasən qanuni haqlarına uyğun davranmaq həmin gənclərin sosial mənafelərinə uyğun olsa da, bu məsələ lazımi dərəcədə dərk edilmir.

Ümumi maariflənmənin zəif olduğu bir şəraitdə isə gənclərin vacib sosial hüquqları barədə maarifsizliyə düçar olması acınacaqlıdır, çünki sivil ictimai münasibətlər baxımından arzuolunmaz tendensiyaların yaranması təhlükəsini doğurur. Belə ki, sosial hüquqlarını bilməyən gənclərimiz müxtəlif sosial məsələləri ilə bağlı müvafiq qurumlara müraciətlər etdikdə, çox hallarda çətinliklərlə, qeyri-adekvat davranışlarla üzləşirlər. Nəticədə bürokratik əngəllər, süründürməçilik, rüşvət faktları və sair mənfi hallar baş vermiş olur. Bu məsələdə nəzərə alınmalıdır ki, belə neqativ halların baş verməsində birinci məsuliyyət vətəndaşların öz üzərinə düşür. Məhz belə bir məsuliyyət lazımınca dərk edilmədiyi üçün vətəndaşların sosial hüquqlarını bilməyən qismi mülki, kommunal xidmətlər, tibbi, təhsil, pensiya-müavinətlər, yerlərində işəgötürənlə münasibətlər və sair bu kimi sosial sahələrə aid məsələlərdə qeyd edilən çətinliklərə məruz qalırlar.

Eyni zamanda, müşahidələr onu göstərir ki, vətəndaşların və aztəminatlı təbəqənin sosial hüquqlar sahəsində maariflənməsı, əhatəli şəkildə məlumatlanması üçün imkanlar lazımi səviyyədə deyil. Yəni bu barədə müvafiq qurumlar, KİV və ictimai təşkilatlar tərəfindən yetərincə aparılmır. Həmçinin bu barədə kifayət qədər dolğun, ictimaiyyət üçün informasiya almaq baxımından yetərincə əlverişli məlumat bazası və mexanizmi formalaşmayıb. Xüsusilə də gənc vətəndaşları sosial hüquqlarını bilməyə və onlara əsasən cəmiyyətdə davranmağa təşviq etməyə ciddi ehtiyac duyulur. Bu problemi nəzərə alaraq sosial hüquqlar barədə maariflənmək, gənclərin bu baxımdan mənəvi inkişafını təmin etmək üçün müxtəlif tipli layihələr həyata keçirilə bilər. Bu cür layihələrin həyata keçirilməsi sosial hüquqlarını yaxşı bilməyən vətəndaşların maariflənməsi və məlumatlanması, onlar üçün sosial hüquqlar sahəsində əlverişli məlumat resurslarının yaradılması üçün önəmli töhfə olardı. Bu cür layihələrin məqsədi sosial hüquqlarını yaxşı bilməyən və buna görə də hökumət qurumları, eləcə də digər təşkilatlarla münasibətlərdə müxtəlif maneələr və problemlərlə üzləşən gənc vətəndaşları sosial hüquqlar sahəsində maarifləndirmək, məlumatlandırmaq, bu sahədə əhalidə olan informasiya qıtlığını aradan qaldırmaq və bununla da sosial hüquqlarla bağlı problemlərin həll edilməsində yardımçı olmaqdır. Layiıhələr çərçivəsində aşağıdakı vəzifələrin reallaşması nəzərdə tutula bilər: Sosial hüquqlarını yaxşı bilməyən vətəndaşlara sosial hüquqların mahiyyəti və əhəmiyyətinin nə olduğunun əhatəli şəkildə çatdırılması; sosial hüquqlarını yaxşı bilməyən vətəndaşların yerlərdə sosial hüquqlarını tələb etməklə bağlı stimullaşdırılması; sosial hüquqlarını yaxşı bilməyən vətəndaşların müvafiq qanunvericiliklə bağlı əhatəli şəkildə məlumatlandırılması; sosial hüquqlarla bağlı ekspertlərin təklif və fikirlərinin öyrənilməsi və ictimaiyyətə, müvafiq qurumların diqqətinə çatdırılması; KİV-in diqqətinin sosial hüquqlarla bağlı cəlb edilməsi, KİV-in sosial hüquqlarla bağlı vətəndaşları əhatəli şəkildə, intensivgeniş miqyasda maarifləndirməsinə yardımçı olmaq; sosial hüquqlar sferasına aid qurumlar, bu sahə üzrə ixtisaslaşmış QHT-lər və ekspertlərlə sosial hüquqlarını yaxşı bilməyən vətəndaşlar, aztəminatlılar arasında normal və vətəndaşların sosial hüquqlarının reallaşmasına xidmət edən mütəmadi əlaqələr yaradılmasına yardımçı olmaq.

Layihələrin ünvanlandığı əhali qrupu sosial hüquqlarını yaxşı bilməyən və buna görə də hökumət qurumları, eləcə də digər təşkilatlarla münasibətlərdə müxtəlif çətinliklərlə üzləşən gənc vətəndaşlar ola bilər. Layihələrdən eyni zamanda sosial hüquqlarla bağlı əhatəli və dərindən maariflənmək istəyən Azərbaycan cəmiyyətinin bütün vətəndaşları, eləcə də QHT-lər və dövlət qurumlarının nümayəndələri yararlanmaq imkanı əldə edə bilərlər.

Bu cür layihələr üçün hazırlıq mərhələsində layihə sənədlərinin, ümumi icra-praktiki strategiyasının hazırlanması və sosial hüquqlarla bağlı maarifləndirici, məlumatlandırıcı yazıların yazılması üçün yazı ekspertlərinin, eləcə də sosial hüquqlarla bağlı qurumların, QHT-lərin müəyyənləşdirilməsi həyata keçirilməlidir. Layihələr müddətində yeni sosial hüquqlarla bağlı maarifləndirici saytlar formalaşdırıla bilər. Bu saytlarda sosial hüquqlara aid maariflənməyə, məlumatlanmağa və bu sahədə mövcud problemlərin araşdırılmasına həsr edilmiş yazılar yerləşdrilməlidir. Məqalələrin hamısında ekspert fikir və təklifləri, eləcə də müvafiq qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məqamlar əksini tapmalıdır. Bu məqalələr eyni zamanda, geniş şəkildə ölkə KİV-lərində,yeni media resurslarında da yayıla bilər. Hər yazının altında vətəndaşların sosial hüquqlarla bağlı suallar və təkliflər ünvanlandırması və onların layihə çərçivəsində cavablandırılması, işıqlandırılması üçün anons verilə və burada layihə icraçıları, eləcə də layihə çərçivəsində yaradılmış saytforumun koordinatları qeyd oluna bilər. Bundan başqa, gənclərin sosial hüquqlarını bilməkdə çətinlik çəkən və buna görə də maneələr, bürokratik əngəllərlə üzləşən təbəqəsi, həmçinin aztəminatlı təbəqələri məlumatlandırmaq və maarifləndirmək satlarda mülki hüquqlar, təhsil, təqaüd, kommunal xidmətlərlə bağlı istehlakçı hüquqları, imtiyazlı təbəqələrin, əlillərin, kimsəsiz və qayğıdan məhrum uşaqların hüquqları, tibbi hüquqlar, aztəminatlılar üçün ünvanlı sosial yardım və sair bu kimi sosial hüquq sahələrinə aid məsələlərin işıqlandırılması, eləcə də müvafiq qanunvericiliyin işıqlandırılması, şərh olunması və bu sahədə mövcud problemlərin göstərilməsi, araşdırılmasına və müvafiq qurumların diqqətinə çatdırılması təmin edilməlidir. Saytlarda vətəndaşları sosial hüquqlar barədə maarifləndirən, ekspert və digər ictimaiyyət nümayəndələrinin, jurnalistlərin, layihə iştirakçılarının məqalələri mütəmadi yerləşdirilməlidir. Bu cür saytlar hesabat xarakteri daşımamalı, Azərbaycanda sosial hüquqlarla bağlı maarifləndirmə və bilgiləndirmədə töhfə vermək istəyən, eləcə də məlumatlanmaq istəyən hər bir vətəndaşın tribunasına çevrilməlidir. Həmçinin əhalinin sosial hüquqlarla bağlı maarifləndirilməsi, sosial hüquqlarla əlaqədar vətəndaşların rast gəldiyi çətinliklərə aid problemləri müzakirə etmək və bununla bağlı təklifləri müvafiq qurumların diqqətinə çatdırmaq üçün “Vətəndaşların sosial hüquqlarla bağlı maarifləndirilməsi və bu sahədə maneələrin aradan qaldırılması yolları” kimi mövzularda dəyirmi masalardebatlar da keçirilə bilər. Bu cür tədbirlərə sahə ekspertləri, müvafiq dövlət qurumlarının, QHT və KİV-lərin nümayəndələri dəvət olunmalıdır. Həmçinin gənclərin sosial hüquqlarla bağlı bilgərini gücləndirmək, Azərbaycan mətbuatında sosial hüquqlarla bağlı geniş təbliğat və maariflənmə işi aparmaq, ictimaiyyəti məlumatlandırmaq, bu sahədə informasiya qıtlığını aradan qaldırmaq, ayrı-ayrı sosial problemlərin işıqlandırılması ilə yanaşı, KİV-də sırf sosial hüquqlarla bağlı yazı tendensiyası və vərdişi formalaşdırmaq, gənclərin diqqətini sosial hüquqlara spesifik yanaşmaya cəlb etmək üçünSosial hüquqlarımızı bilməli və onlara əsasən davranmalı” kimi mövzularda yazı müsabiqəsi keçirilə bilər.Bundan başqa, fikirləri layihə çərçivəsində öyrənilmiş ekspertlərlə müsahibələr, keçirilmiş dəyirmi masaların, debatların məzmunu və gənclərin müsabiqə yazıları, müvafiq qanunvericilik və araşdırma yazılardan ibarət virtual kitabçalar hazırlana və internetdə yayıla bilər. Bu cür kitabçalarda həmçinin əhaliyə hüquqi xidmət göstərən qurum və QHT-lərin, sosial hüquqlara müvafiq sferada ixtisaslaşmış ekspertlərin koordinatları qeyd oluna bilər.

Bu kimi layihələrin intensiv reallaşdırılması gənclərin mənəvi inkişafına, sosial hüquqlarla bağlı bilgilərinin zənginləşməsinə səbəb olacaq.

 

İlkin AĞAYEV

Palitra.-2014.-24 iyul.-S.11.