Gənc nəslin fiziki-mənəvi
inkişafında məktəblərin rolu
Bu gün orta məktəblərdə təlim prosesində və məktəbdənkənar tədbirlərdə diqqət yetirilən əsas məsələlərdən biri milli-mənəvi tərbiyədir. Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə, musiqimizlə, ədəbiyyatımızla, tariximizlə bağlı çıxışlarına istinad olunaraq, məktəblilərlə bu istiqamətdə aparılan işin konsepsiyası işlənib.
“Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi”nin məzmunu, forması, metodları və yolları yeniləşdirilib. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət hissinin, məsuliyyət hissinin, hər an öz Vətəninin, öz xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşmasıdır. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi daha böyük aktuallıq tələb edir. Layihə çərçivəsində təqdim etdiyimiz yazı məktəblərdə bu istiqamətdə görülən işlərlə bağlıdır.
Məktəblərdə ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm respublika oyunları keçirilir.
Qloballaşan dünyamızda milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti məktəblilərə aşılanır. İlkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsiri olur. Bu məqsədlə məktəblərdə ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm respublika oyunları keçirilir. Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirdiyi bu tədbirlərə məktəblərdə böyük maraq yaradılıb. Uşaqların tərbiyəsində ailənin əsas rol oynadığı nəzərə alınaraq BMT, UNİCEF, İnsan Hüquqları üzrə Müvəkkilliklə birgə ailə tərbiyəsi sahəsində fəaliyyət planı hazırlanıb və müvəffəqiyyətlə yerinə yetirilir. Tərbiyə sahəsində millilik gücləndirilib, yeni variantlarda tərbiyə proqramlarının layihələri işlənib. Layihədə tərbiyə prosesinin bütün sahələri: fiziki, əqli, mənəvi, estetik, əmək, hərbi-vətənpərvərlik və s. əhatə olunub. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər. Məhz buna görə də ölkəmizdə çoxlu sayda Avropa, dünya birincilikləri, Olimpiya təsnifat turnirləri keçirilməkdədir. Ölkəmizdə idmanın ikaşafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Bu iki bir-birinə bağlı olan məsələnin arxasında Azərbaycan dövlətinin gördüyü nəhəng iş və əmək dayanır. Azərbaycan dövləti idmanın inkişafında nə qədər maraqlı olduğunu həyata keçirdiyi siyasət və bu sahəni prioritetlərindən biri elan etməsi ilə ortaya qoyub. Görülən işlərin nəticəsidir ki, bu gün Bakı, Avropanın idman mərkəzlərindən biri kimi qəbul edilir. 10-15 il əvvələ diqqət etsək bu sahədə nə qədər böyük işlər görüldüyünün mənzərəsi aydın şəkildə göz önündə canlanar. Adi beynəlxalq yarışın keçirilməsinin ev sahibliyi hüququnu Azərbaycana vermək istəməyən beynəlxalq idman federasiyları bu gün tamamilə əks mövqe tutaraq yarışlarının məhz Azərbaycanda, Bakıda keçirilməsini istəyirlər. Bakı, dövlətin həyata keçirdiyi siyasətin nəticəsi olaraq nəhəng idman və digər infrastrukturu ilə istənilən yarışı qəbul etmək iqtidarındadır və beynəlxalq federasiyaların seçimi zamanı bir addım öndədir. Bakıda bir-birini əvəzləyən dünya və Avropa çempionatları, nüfuzlu beynəlxalq yarışlar bir daha təsdiqləyir ki, beynəlxalq qurumlar ev sahibliyini Azərbaycana etibar etdikləri turnirlərin yüksək səviyyədə keçiriləcəyinə əmindirlər. Çünki Azərbaycan siyasi sabitliyi, iqtisadi inkişafı, idman və digər infrastrukturu ilə bu sahədə artıq böyük təcrübə qazanıb.
Fiziki tərbiyə və idman
Müəllimlərin, valideynlərin bu sahələrdə
maarifləndirilməsi əsas məsələlərdən
biridir. Fiziki tərbiyə və idman dövlət
üçün mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Məhz
bunun nəticəsidir ki, Azərbaycan xalqının
ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin respublikaya rəhərlik etdiyi
dövrlərdə ölkədə bədən tərbiyəsi
və idmanın inkişafına xüsusi dövlət
qayğısı olmuşdur. Hazırda Azərbaycan
Prezidentinin fəaliyyətində bu sistem prioritet sahələrdən
birini təşkil etməkdədir. Ümumi təhsil, orta
ixtisas və ali təhsil müəssisələrində yeniyetmə
və gənclərin idmanla məşğul olması
üçün əlverişli şərait yaradılıb,
futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
tədbirlər nəticəsində şagird və tələbələr
arasında idmanın bu növünə maraq xeyli artıb. Uşaq, yeniyetmə və gənclər arasında
futbol idman növünü təbliğ etmək, onların
ustalıqlarını artırmaq, perspektivli
futbolçuları üzə çıxarmaq məqsədilə
uşaq-gənclər idman məktəbləri, ümumtəhsil,
texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin
şagird və tələbələri arasında
mütəmadi olaraq müxtəlif yaş qrupları üzrə
məktəbdaxili, rayon, şəhər və respublika səviyyəli
yarış, birincilik və çempionatlar keçirilir. Eyni
zamanda uşaq, yeniyetmə və gənclər arasında il ərzində
futbol idman növü üzrə müxtəlif səviyyəli
yarış, birincilik və çempionatlar keçirilir.
Futbolun inkişafına dair Dövlət Proqramının
icrası ilə əlaqədar yeni idman
meydançalarının salınması, futbolun yeniyetmələr
və gənclər arasında kütləviliyinə nail
olunması, onların ustalıqlarının
artırılması istiqamətində işlər davam etdirilir.
Təcrübə mübadiləsi aparmaq, məktəbli
şahmatçılara əməli və metodiki köməkliklər
göstərmək, eləcə də hakimlik etmək
üçün şahmat məktəblərinin əməkdaşlarının,
eyni zamanda beynəlxalq qrossmeysterlərin müxtəlif ölkələrdə
keçirilən Avropa, dünya birinciliklərində,
çempionatlarında və turnirlərdə
iştirakları təmin edilib. Naxçıvanda,
Ağstafada, İsmayıllıda, Kürdəmirdə, Beyləqanda,
Neftçalada, Dəvəçidə şahmat məktəbləri
komandalarının respublika komanda çempionatının zona
yarışları, Bakı şəhərində ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
respublika turniri, IX əsr dahi Azərbaycan
şahmatçısı Cəlaləddin Naxçıvaninin
xatirəsinə həsr olunmuş məktəblilərin
respublika çempionatı, Balakəndə Respublika
Gününə, Astarada Novruz bayramına, Gəncədə
“Uşaq ili”nə həsr olunmuş respublika turnirləri,
Zaqatalada Yeniyetmələrin respublika şahmat olimpiadası,
Qubada Təhsil Nazirliyinin açıq respublika birinciliyi
keçirilib. Aparılan işlərin, yaradılan şəraitin
nəticəsidir ki, məktəbli şahmatçılar
Avropa, dünya və beynəlxalq səviyyəli
yarışların mükafatçıları
sırasında olublar. Müvafiq bazası olan
şahmat məktəblərinin bina və yarış
zallarında təlim-məşq prosesindən kənar vaxtlarda
əhalinin bütün yaş təbəqələri
nümayəndələrinə yarışların və
şahmatla bağlı digər tədbirlərin keçirilməsi
üçün müvafiq şərait yaradılıb.
Belə ki, şahmat məktəblərində təlim-məşq
prosesindən kənar vaxtlarda əhalinin bütün yaş təbəqələri
nümayəndələri ilə yarışların və
şahmatla bağlı digər tədbirlərin keçirilməsi
üçün şahmat məktəblərində təşkilat
komitələri yaradılıb, bununla
bağlı məlumat-maarifçilik və təbliğat
işinin təşkili üzrə müxtəlif elanlar
hazırlanaraq şagird və valideynlər arasında
yayılıb. Şəraiti olan şahmat məktəblərində
həftənin bir neçə günü, müəyyən
olunmuş saatlarda “Açıq qapı” günləri təşkil
olunur, əhalinin müxtəlif yaş təbəqələrinin
iştirakı ilə “blits turnir”, “master klass” və s.
yarış, turnirlər keçirilir, şahmat ustaları,
qabaqcıl məşqçi-müəllimlər və hakimlərlə
görüşlər təşkil olunur. Eyni
zamanda məktəblilərin tətil günlərində əhalinin
bütün yaş təbəqələrindən olan
nümayəndələri ilə şahmat məktəblərinin
yetirmələri arasında turnir və yarışlar
keçirilir. Şahmat məktəblərinin maddi və tədris-texniki
bazalarının möhkəmləndirilməsi istiqamətində
müəyyən işlər görülür. Şahmat məktəbləri
kompyuter avadanlığı, eləcə də digər
lazımi inventar və avadanlıqlarla vaxtaşırı
olaraq təmin olunurlar. Naxçıvan Şəhər
Şahmat Məktəbi üçün yeni, dünya
standartları səviyyəsində, müasir inventar və
avadanlıqlarla təmin olunmuş bina tikilib istifadəyə
verilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbi, Goranboy,
Yardımlı, Neftçala, Ağstafa, Salyan, Quba, Qax, Astara,
Zaqatala, Yevlax, Bərdə, Xızı, Xaçmaz,
Şamaxı, Bakı şəhəri 1N-li
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbi və
Bakı şəhəri 2 N-li Uşaq-Gənclər Şahmat
Məktəbi əsaslı təmir olunub və lazımi
avadanlıqlarla təmin olunub. Qeyd edək ki, dövlətin həyata
keçirdiyi idman siyasətinin digər məqsədlərindən
biri sağlam nəsil yetişdirməkdir. İşin fiziki tərəfi
ilə yanaşı mənəvi məsələ də
ön planda tutulur. Deməli, idman cəmiyyətin ən aktiv təbəqsi
olan gəncləri öz ətrafına cəmləməklə
pis vərdişlərə meyillənməyin
qarşısını alır. Müasir
dövrümüzün tələbləri elədir ki, mənfi
vərdişlərin qarşısını almaq çox
çətinləşib. Xüsusilə gənclər
arasında müxtəlif mənfi vərdişlərin
yayılma arealı və təsir vasitələri çox
artıb. İnternetin həyatımıza bu qədər
sürətlə daxil olduğu, qloballaşmanın mənfi təsirlərindən
qorunmağın bu qədər çətin olduğu
bir zamanda idmanın inkişaf etdirilməsi çox
aktualdır. Belə ki, idmanı kütləviləşdirməklə,
bu sahəyə daha çox yeniyetmə və gənci
toplamaqla həm dünyada ölkəmizi təmsil edən
idmançılar yetişdirmək, həm də mənfi vərdişlərdən
uzaq sağlam gənc nəsil yetişdirmək
mümkündür.
Anar Miriyev
Palitra.-2014.-31 iyul.-S.11.