İdmanla məşğul olmaq insana həm fiziki, həm mənəvi güc
və əminlik verir
Azərbaycan Prezidenti:
“Bizdə gənc nəsil yetişir, tələbə idmançılar, uşaqlar. İndi mən mütəmadi qaydada müxtəlif bölgələrdə olarkən görürəm ki, uşaqlar, balaca uşaqlar idmanla necə həvəslə məşğul olurlar”
Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən siyasətin nəticəsi olaraq qarşıya qoyulan hədəflərin miqyası bir qədər də genişlənib. Əgər bir müddət əvvəl əsas məqsəd idmanı dirçəltmək, bu sahəyə daha çox insanı cəlb etmək və infrastruktur yaratmaq idisə, artıq bu gün məqsədimiz dünyanın ən böyük idman yarışı olan Olimpiya Oyunlarını qəbul etməkdir. Layihə çərçivəsində təqdim etdiyimiz yazı da bu məsələlərin uşaq və gənclərin fiziki-mənəvi inkişafında oynadığı rola həsr olunub.
Ölkə daxilində idmanın
inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük
uğurların əldə edilməsinə səbəb olub. Yəni, bu gün idman sahəsində
böyük yeniyetmə və gənclər
ordusu cəmləşib ki,
bu, dövlətin həyata keçirdiyi idman siyasətinin
ana xəttini təşkil edir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri
olan İlham Əliyevin
idman sahəsində həyata keçirdiyi siyasətdə sağlam
nəsil yetişdirmək, yeniyetmələri, gəncləri pis vərdişlərdən
uzaqlaşdırmaq, onları idmana cəlb
etmək çox mühüm
yer tutur.
Planlı şəkildə həyata keçirilmiş,
düşünülmüş idman siyasətinin hədəfinə
çatması bu sahədə böyük işlərin həyata
keçirilməsi ilə mümkün olub. Dövlət
başçısının idman sahəsində
həyata keçirdiyi siyasət o qədər dəqiqliklə hesablanıb ki, bir hədəfin daxilində
bir çox məqsədlərə
çatılması nəzərdə tutulub
və biz indi bunu daha yaxşı başa düşürük.
Sağlam nəsil yetişdirmək, gələcək
üçün sağlam,
pis vərdişlərdən uzaq olan Azərbaycan vətəndaşı
formalaşdırmaq hədəfi ölkə daxilində böyük infrastrukturun
yaradılmasını təmin edib. Bu gün ölkəmizin hər
bir bölgəsi idman
və digər infrastrukturla təmin olunub. Yəni, idmanı inkişaf
etdirmək əslində bölgələrin
inkişafını təmin edib. Kompleks şəkildə həyata keçirilən
və bir-biri ilə sıx bağlı olan işləri bütövlükdə
ölkəmizin inkişafını təmin edib.
Hər hansı bir bölgəmizdə
beynəlxalq idman yarışını
keçirmək üçün lazım
olan müasir idman arenası, otel, yol-nəqliyyat
infrastrukturu yaradılıb. Digər tərəfdən
idmanın inkişafı ölkənin nüfuzu,
beynəlxalq aləmdə tanınmasıdır. Azərbaycan
idmançıları qazandıqları nailiyyətlərlə
ölkəmizin dünyada idman
ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir.
Dövlət idmanın inkişafı üçün
lazım olan bütün
tədbirləri həyata keçirərək ölkədə
sağlam həyat tərzinin təbliğinə
çalışır. Bunun üçün bütün
mümkün vasitələrdən istifadə
edilir. Şübhəsiz ki,
bu uğurların arxasında Azərbaycanda
dövlət başçısının rəhbərliyi
altında həyata keçirilən idman
siyasəti dayanır. Hansı ki, həmin
siyasət həm ölkəmizin idman
ölkəsi kimi tanınmasını təmin
edib, həm də ölkədə idman ətrafında böyük
gənclik ordusu toplayıb. Bu məsələdə bölgələrdə
inşa edilərək yerli
sakinlərin istifadəsinə verilən müasir
Olimpiya Kompleksləri böyük
rol oynayır. Dünyada
az belə ölkə tapıla bilər ki, qısa müddət ərzində demək
olar ki, bütün bölgələrini müasir idman
qurğuları ilə təmin edə bilsin.
Azərbaycada dövlət
başçısının həyata keçirdiyi
siyasətin əsas özəlliklərindən biri də ondan ibarətdir
ki, müasir idman qurğuları inşa
edilərkən kompleks şəkildə
işlər həyata keçirilərək müasir
infrastruktur yaradılır. Bu amillər isə yeniyetmə və gəncləri
idmana istiqamətləndirir. Azərbaycan Prezdentinin qeyd etdiyi kimi ölkəmizdə
güclü nəsil yetişib:
“İdman hər bir cəmiyyətin
ümumi inkişafını göstərir.
Bir daha demək istəyirəm
ki, idman arenalarında
ən böyük uğurları inkişaf etmiş ölkələr
qazanır. Bu da təbiidir.
Çünki bu
ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir,
həm maddi-texniki baza
möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil
dövlətdir, biz də öz
gücümüzü artırırıq
və idmana olan
dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə
edilməsində öz rolunu
oynamışdır. Əlbəttə ki,
məşqçilərin, idman mütəxəssislərinin
çox peşəkar fəaliyyəti və
idmançıların fədakarlığı bu ümumi inkişafa
öz töhfəsini vermişdir.
Azərbaycanda idman ümummilli
məsələdir. İdman cəmiyyətimizin
ayrılmaz hissəsidir. Mən idmanla
bağlı olan bütün
tədbirlərdə qeyd edirəm ki, hər bir insan, xüsusilə, hər bir
gənc mütləq idmanla məşğul
olmalıdır. Lap idmançı olmasa belə, idmanla məşğul
olmaq insana həm fiziki, həm mənəvi güc
və əminlik verir. İdman
mədəniyyətdir. Hesab edirəm ki, dövlət tərəfindən
aparılan siyasət bu istiqamətdə
müsbət nəticələrə gətirib
çıxarmışdır. Eyni zamanda, gənc idmançıların
yetişdirilməsi üçün əlavə
hansı tədbir görülməlidir, bunu
da biz daim
diqqətdə saxlayırıq. İdmanın uğurlu
və ardıcıl şəkildə inkişafı artıq
təmin edilibdir. Bizdə gənc nəsil
yetişir, tələbə
idmançılar, uşaqlar. İndi mən mütəmadi qaydada
müxtəlif bölgələrdə olarkən görürəm
ki, uşaqlar, balaca uşaqlar idmanla necə həvəslə məşğul
olurlar. Onu da qeyd etməliyəm ki, cəmiyyətdə artıq
idmançıların uğurlarına bir
vərdiş yaranıbdır. Yəni, sanki
bu, belə də olmalıdır. Əvvəlki
illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu.
Ancaq bu da təbiidir. Çünki
qələbələrin sayı artdıqca insanlar
buna öyrəşir və elə gəlir
ki, bu qələbələri
əldə etmək çox asandır. Siz idmançılar və idmanla
məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər
nə qədər böyük zəhmət
hesabına əldə edilir.
İdmançılar nəyin bahasına öz
dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər,
xəsarət alırlar, yorulurlar. Bütün bu işlər,
necə deyərlər, diqqətdən bir
qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki
belə mötəbər yarışlarda böyük
qələbəni əldə etmək üçün
mütləq çox böyük
fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər
vətənpərvərlik ruhunda tərbiyə
alırlar, Vətənə, xalqa
bağlıdırlar. Onların ən böyük
mükafatı xalqın sevgisi və qiymətidir”.
Bu gün Azərbaycan
ulu öndərin gənclər və idman siyasətinin davamı olaraq
istənilən səviyyəli dünya
miqyaslı beynəlxalq yarışlara ev sahibliyi edə bilir. Bunun üçün
ölkəmiz ayrı-ayrı beynəlxalq federasiyalar,
Olimpiya komitələri, Avropa
Olimpiya Komitəsi ilə çox
sıx əməkdaşılq edir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan 2015-ci il şahmat üzrə dünya
çempionatına, 2016-cı il şahmat üzrə Olimpiya
oyunlarına, 2015-ci il Birinci
Avropa İdman
Oyunlarına, 2017-ci il İslam
Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək. Bunlar hamısı ölkə
Prezidentinin, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyevin daim
idmana olan
qayğısının nəticəsidir. İnfrastrukturu
güclü, insan
potensialı zəngin olan, maliyyə
resursları daim artan,
maddi-texniki bazası beynəlxalq standartlara cavab verən, hakim, məşqçi və idmançı
kateqoriyasını yetişdirən dövlət yalnız bunu edə bilər. Respublikamızda
keçiriləcək Birinci Avropa İdman Oyunlarına
hazırlığın gedişinə baxış üçün gələn beynəlxalq
ekspertlərin və mütəxəssislərin verdikləri rəy
bir daha onu göstərir ki,
qısa zaman kəsiyində ölkəmizdə
idman sahəsində əldə olunmuş nailiyyətlər onilliklərə bərabərdir.
İdmanda hər zaman
uğurlar qazanılıb. Amma
bugünkü nəticələr həm kəmiyyət,
keyfiyyət, həm də idman növlərinin
coğrafiyası baxımından əvvəlkilərdən köklü surətdə fərqlənir. Ona nail olmuşuq ki, Azərbaycan medalların sayına və əyarına
görə dünyanın aparıcı idman
dövlətləri ilə rəqabət aparır.
Şübhəsiz ki, ölkəmizdə
idmanın belə inkişafı gənc nəslin, uşaq və yeniyetmələrin idmana olan həvəsini
artırmaqla onları bədən tərbiyəsi və idmana istiqamətləndirir. Bu
amil isə gələcəyimiz üçün vacib olan gənc nəslin fiziki
və mənəvi baxımdan sağlam
yetişməsində müstəsna rol
oynayır.
Anar Miriyev
Palitra.-2014.-26 iyun.-S.11.