KİVDF Şəmkirdə konfrans
keçirib
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Şəmkir şəhərində Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans
keçirilib.
Konfransda bölgəyə daxil olan rayonlarda fəaliyyət göstərən elektron və çap KİV-lərin təmsilçiləri, eləcə də, yerli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Şəmkir rayon ictimaiyyəti və ziyalılarının nümayəndələri daxil olmaqla 300 nəfər iştirak edib. Konfrans “İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilib. Fondun İcraçı direktoru Vüqar Səfərli və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov konfransda açılış nitqi ilə çıxış edərək, KİV-lərlə yerli icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bölüşüblər. Bundan sonra
KİVDF-nin ekspertləri “İnformasiya əldə etmək haqqında” qanun, ona əlavə və
dəyişikliklər barədə məruzə ilə
çıxış edərək, informasiya
əldə etmək haqqında qanunun
medianın fəaliyyəti üçün
yaratdığı üstünlüklərdən bəhs
ediblər. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
“Trend” İnformasiya Agentliyinin baş redaktoru İlqar Hüseynov, “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru
Hikmət Babaoğlu, Jurnalistlərin Həmkarlar
İttifaqının sədri, Mətbuat Şurasının sədr
müavini Müşfiq
Ələsgərli çıxış edərək
“İnformasiya əldə etmək
haqında” qanunun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan
danışıblar. “Şəmkir” qəzetinin baş redaktoru İlyas Qasımov, Qazax rayonunda nəşr edilən “Göyəzən”
qəzetinin baş redaktoru
Elçin İsmayılov, Gədəbəy
rayonunda nəşr edilən “Qızıl Gədəbəy” qəzetinin baş redaktoru Əsədulla
Cəfərov, Şəmkir Regional QHT təlim
və resurs mərkəzi İB-nin
sədri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Şəmkir Rayon təşkilatının sədri Fəxrəddin
Vəliyev mövzu ətrafında fikirlərini
bölüşərək belə hüquqi
maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini
vurğulayıblar. Sonda Fondun
icraçı direktoru Vüqar
Səfərli regional KİV-lərin
inkişafı üçün Fondun nəzərdə tutuduğu
layihələr barədə məlumat verib.
Palitra.-2014.-31 may.-S.5.