Narınc Rüstəmova: “Uşaqdan böyük olmasını tələb etməyin”

 

Layihə çərçivəsində müsahibimiz “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovadır.

- Bəzən uşaqlar valideynlərini “idarə etməyə” çalışırlar. Uşaqların psixoloji inkişafında bu məqama necə fikir verməliyik və bunun qarşısını necə almaq olar?

- Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.

Qızcığaza ananın dodaq boyası ilə oynamağa icazə verilmir - uşaq hirslənir, döşəməyə yıxılıb qışqıra-qışqıra “ana pisdir, nifrət edirəm!” deyərək ağlayır. Belə situasiyalarda ilkin olaraq valideynlər uşağı sakitləşdirmək və isterikanı kəsmək istəyirlər. Lakin uşaq istədiyini alan kimi göz yaşından əsər-əlamət qalmır. Zaman keçdikcə, təcrübə qazandıqca uşaq məqsədinə nail olmaq üçün valideynlərinin “zəif damar”ından daha geniş istifadə edir. Uşaqlar yaxşı bilirlər ki, böyüklərdən kimə göz yaşı, qışqırıq və aqressiya, kimə yaltaqlıqla təsir göstərmək olar. Uşaqların bu cür davranışına valideynlərin nə qədər çevik reaksiya verirlərsə, uşaqlar bu üsullardan daha çox istifadə edirlər. Uşaq manipulyasiyalarının bir neçə növünü ayırırlar. “Kiçik diktator” inadkarlıq göstərərək ətrafdakılara hər zaman qəzəblə yanaşır. İsterika çıxararaq böyüklərin onun tələbini ödəməyə məcbur edir.

Uşaq manipulyasiyası ilə mübarizə aparmağın yeganə yolu tərbiyədə ardıcıllıq və uşağa davranış qaydalarının öyrədilməsində daimilik prinsipinin gözlənilməsidir. Belə situasiyalarda əgər fikir verməsəniz, uşaq isterikanı tez dayandıracaq. Uşaq görsə ki, onun nümayişkaranə davranışı və göz yaşları lazımi effekt vermir, ağlamayacaq və valideynləri ilə ünsiyyət qurmaq üçün başqa yol axtaracaq. Əgər siz hövsələnizi bassanız və üstündə dursanız, “bağlanmaq istəməyən” iplər əvvəl-axır bağlanacaq. Əgər ana, nənə və ya evdəki digər böyüklər “nəyi etmək olar və nəyi etmək olmaz” baxımından eyni mövqedə dursalar, uşaq davranış qaydalarına daha yaxşı riayət edəcək. Valideynlərlə aparılan buuşaq oyun”larından böyüyəndə manipulyatorlar yetişir. Uşaqlıqdan arzularının həyata keçirilməsinə öyrəşən insan ətrafdakılardan tələbatlarının ödənilməsi vasitəsi kimi istifadə edir. İnsanlara hörmət və məhəbbət bəsləmək əvəzinə, onları öz mənfəətinə uyğun idarə edəcəyi obyektlər timsalında görür. Uşağın insan kimi böyüməsi üçün insan cəmiyyəti və insan tərbiyəsinin olması lazımdır. Psixoloqların fikrincə, insan mühiti yalnız uşağın inkişaf şərti deyil, inkişaf mənbəyidir. Hər bir ailənin özünəməxsus “ruhu” “iqlimivar. Bütün bunlar uşaqların davranış xüsusiyyətlərində, sabit şəxsiyyət keyfiyyətlərində ifadə olunur. Əgər uşaq qarşılıqlı hörmət, məhəbbət və mərhəmət şəraitində böyüyürsə, davranışında bu keyfiyyətləri təzahür etdirir.

Əgər uşaq dava-dalaş, ixtilaflar olan ailədə böyüyürsə, onun davranışı gec tez analoji olacaq. Məlumdur ki, uşaq problemləri ailənin “güzgüsüdür. Uşaq evdə, ailədə gördüklərini oyunlarında, yaşıdları və yaşlılarla ünsiyyətində əks etdirir. Uşaq üçün onun ailəsi dünyadır. Bu ailəni necə görürsə, onun ətraf aləmə münasibəti də elə olacaq. Erkən yaşlarından sevildiyini, valideynlərinə lazım olduğunu bilən uşaq böyük aləmdən qorxmur, çünki yaxınlarının dəstəyini hiss edir. Uşaqlıqdan sevilməyən, valideynlərində qəzəb və narazılıq yaradan uşaqlar özlərini sevilməyə layiq bilmir, insanlardan qorxurlar. Qorxu həmişə aqressiya yaradır, ən yaxşı müdafiə isə hücumdur.

- Uşaqların psixoloji inkişafında musiqininkimi rolu ola bilər?

-Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq. Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o, immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhvali-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill Universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaqonu müalicə məqsədləri ilə istifadə etmək lazımdır. Təhlil müəllifləri Mona Liza ÇandaDaniel Levitin qeyd edir ki, musiqi bəzi xəstəxanalarda səhhətin gücləndirilməsi, xəstələrin halının yaxşılaşdırılması, həmçinin ağrı hissinin azaldılması üçün istifadə olunur. Bunu həkimlər intuitiv anlayır, lakin, bu günə qədər bu, elmi təsdiqini tapmayıb. Buna görə də ÇandaLevitin 400-dən çox musiqi və neyrokimyəvi proseslərin bağlılığını öyrənən tədqiqatların meta-təhlilini aparıblar. Bu meta-təhlilin nəticəsində musiqinin köməyi dəyə biləcək dörd istiqamət tapılıb: Mükafat, motivasiya və həzz - məsələn, qida qəbulunda yaşanan problemlərlə mübarizə kimi; stresscoşma - həyəcanı azaltmaq üçün; immunitet - musiqi vasitəsilə immun sistemi gücləndirmək, qocalma prosseslərini yavaşlatmaq olar; sosial adaptasiya - musiqi güvənliyi və sosial bağların gücünü artıra bilər. İş ondadır ki, musiqi ilkin dörd neyrokimyəvi sistemə təsir göstərir və dofaminin, apioidlərin, kortizolun, serotonininoksitosinin qana işləməsində kömək edir. Alimlər ümid edir ki, klinikalarda həyata keçirilən əvvəlcədən düşünülmüş musiqi terapiyası bu istiqamətdə növbəti addım olacaq.

- Ailədə uşaqların bir-birinə qısqanclığı məsələləri barədə hansı psixoloji yanaşmalar var?

- Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur.Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hisslər artıq 2 yaşından etibarən baş qaldırır. Uşaq, hər kəsin özündən daha yaxşı olduğunuözünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hisslər daha da gərginləşir. Ailəyə yeni bir qardaşya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaşya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və sair bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığının tamamilə qarşısı alına bilməz.Çünki bu qisqanclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın sağlam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz. Əgər uşağınız yeni doğulmuş körpəyə müraciətlə “kaş ki heç olmasaydın”, “sənə nifrət edirəm” və sair bu kimi ifadələr işlədirsə, deməli, artıq qısqanclıq baş qaldırıb. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi əmzik əmmək,yatağını islatmaq, təkbaşına yemək yeməmək və s. kimi davranışlar göstərirlər. Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atmas).Uşağınızda bu cür halları müşahidə edirsinizsə, deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.

- Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı varsa, nə etmək lazımdır?

- Əvvəlcə bunu unutmayın ki, əgər uşağınızda qısqanclıq müşahidə edirsinizsə, onu buna görə cəzalandırmamalı, duyğularının haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Uşaqdan böyük olmasını tələb etməyin. Ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləməyin. Çünki bunu tələb edirsinizsə, uşağınıza əvvəlkindən daha çox diqqət və sevgi göstərməlisiniz. Amma artıq ailəyə ikinci uşaq gəlib və onun da diqqət,qayğı və sevgiyə ehtiyacı var. Bu vəziyyətdə böyük uşağa əvvəlkindən daha cox vaxt ayırmaq çox çətin olur. Uşaq artıq qarşılığında daha yorğun, onun nazı ilə daha az oynayan bir ana, daha az diqqət ayıran bir ata görür. Eyni şərtlər bizə də təqdim olunsaydı, bizbu dəyişikliklərdən narazı olardıq. Bunun səbəbkarını yeni ailəyə gələn uşaqda görürlər. Bu zaman onunla çox ünsiyyət qurunonun halını anladığınızı göstərin:"Başa düşürəm, səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir.","Balaca qardaşın (bacın) çox ağlayır, deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan, qardaşının (bacının) böyüdüyünü görəcəksən və o, səninlə oynaya biləcək".

Uşağınızın körpəni rəqib görməməsi üçün bəzən analar “sən böyüksən”, “o balacadı” və s. bu kimi ifadələr işlədirlər. Amma bunu sözlə deməklə uşağı özündən kiçik bacı və ya qardaşının başa düşəcəyini gözləməyin. Bunun əvəzinə onun böyük olduğunu əməldə göstərməsinə kömək edin. Balacanın altını təmizləməsində, onu yedizdirməsində və s. bu kimi hərəkətləri etməklə uşağınız balacanın ondan asılı olduğunu görəcək və bu qısqanclıq duyğusu azalacaq. Arada böyük uşağınızla təkbətək zamanda bir az gəzintiyə çıxın. Onunla körpə oyuncaqlarına,geyimlərinə birlikdə baxın, onunla necə oynadığınızı danışın.

Unutmayın ki, qardaş-bacı qısqanclığı hər uşağın yaşayacağı normal bir duyğudur. Əsası odur ki, siz öz uşağınızı anlamalı və ona bu hisslərini düzgün istiqamətlənməsi üçün kömək etməlisiniz.

 

İlkin AĞAYEV

Palitra.-2014.-4 iyun.-S.11.