Mürvət İsmayılov:
“Ukraynadakı gənclərimiz idmana çox üstünlük
verirlər”
Azərbaycan gənclərinin xaricdəki uğurları təkcə elmi kəşfləri ilə bitmir. Xaricdəki gənclərimiz eyni zamanda idman sahəsində də uğurlar əldə edərək Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Bu baxımdan son zamanlar Ukraynadakı gənclərimiz də bir sıra nailiyyətlər qazanıblar. Müsahibimiz Mürvət İsmayılov da Ukraynada idman sahəsində bir sıra uğurlara imza atıb. Qeyd edək ki, M .İsmayılov Xaçmaz şəhərində anadan olub. Ukraynada politologiya üzrə təhsil alıb. Uşaqlıqdan karate, boks, cüdo idman növləri ilə məşğul olub.
- Ukraynadakı gənclərimiz
əsasən hansı sahədə təhsil alırlar?
- Ukraynada gənclərimiz ən
çox hüquq və
iqtisadiyyat sahəsində təhsil
alırlar. Bu baxımdan biz
Ukraynaya gələn və gəlmək
istəyən gənclərimizə təhsil haqqında
anlayış veririk. Qeyd edim ki, bu
baxımdan bir çox problemlər də var. Bura təhsil almaq üçün gələn
bir sıra gənclərimiz bəzi işbazlar tərəfindən
aldadılaraq özəl
universitetlərə yönəldilirlər
və nəticədə
də savadsız kadrlar yetişir.
Ancaq Yeni Nəfəs Hərəkatı
Ukraynada formalaşdırılarkən
əsas məqsədin
gənclərin idman, təhsil və mədəniyyətimizə töhfə
verməsi olub.
Şəxsən mən təhsil və idman üzrə
qanuni təşkilat yaratdım və Ukraynada dövlət qeydiyyatından keçirərək
təhsil müəssisələri
və idman klubları ilə əlaqələr qurdum. Universitet dekanları
ilə şəxsən
təşkilatımız adından
danışaraq Azərbaycandan
gələn tələbələrə
xüsusi nəzarət
yetirmələrini xahiş
edirəm. Bizim nəinki
Ukraynada, eyni zamanda Polşa, Türkiyədəki universitetlərlə
də dövlət səviyyəsində yaxın
əlaqələrimiz var.
Burada təhsil
almaq istəyində olan gənclərə hər zaman dəstək göstərə
bilərik. Çünki Vətənimiz üçün
savadlı gənclik lazımdır.
-Ukraynadakı gənclərin idmana marağı hansı səviyyədədir?
- Bizim gənclərimizin idmana marağı həmişə olub. Təkcə Azərbaycandan Ukraynaya təhsil almağa gələn yox, burada doğulan və yaşayan gəclərimiz də idmana çox üstünlük verirlər.
Ona görə ki, açıq desək, Ukrayna həyatında idman daha populyardır.
Bizə gəldikdə isə azərbaycanlı gənclər
ən çox futbola və fərdi döyüş növlərinə maraq göstərirlər. Ancaq burada
fəaliyyət göstərən
bəzi formal təşkilatlar
əsasən professional olmayan
tələbələri idman
departamenti yaratmaq bahasına təhsildən
aralayaraq öz məqsədləri üçün
istifadə edirlər.
Onlar da hər hansı bir turnirdə iştirak edərkən
ilk döyüşdəcə uduzur və Azərbaycanın adını
qaldırmaq bir yana, hətta
Vətənimizin mənfi
təbliğini aparırlar.
Biz isə idmana marağı olan, əsasən burada yaşayan və eyni ilə tələbələri
də komandamıza, əsasən də departamentimizə cəlb edərək onlarla peşəkarcasına işləyirik. Ancaq bir az çətinliklər də
var. Gənclərimizi də
bir yerə toplamaq asan iş
deyil və ya onlarla əlaqə
saxlamaq da vaxt və tələbkarlıq
istəyir.
Bu vaxta kimi mənim yanımda yaxın dostum Fəxrəddin İskəndərov
və başqa azərbaycanlı idmançılar,
eləcə də çeçen və ukraynalı məşqçilər
olub. Yeni Nəfəs Hərəkatı
Ukrayna (YNH) Nümayəndəliyinin
İdman və Təhsil departamentini də birlikdə formalaşdırırıq. Bir yerdə fəaliyyət göstəririk. Bizim kollektivdə
sözün əsl mənasında səmimi dostluq var. F.İskəndərovu
Azərbaycanda yəqin
ki, bir çox
idman mütəxəssisləri
gözəl tanıyır.
O, Bədən Tərbiyəsi
və İdman Akademiyasında təhsil alıb və kik-boksinq üzrə dünya çempionu olub. Üç ildir ki, Kiyevdə yaşayır.
Bu yaxınlarda Fəxrəddin iki yarışda iştirak etdi. Hər iki döyüşü
qələbə ilə
başa vurdu. Mən onda özümü dünyanın sahibi sanırdım. Bayrağımızı yüksəklərə qaldırdı.
Bu belə uğurlarımız
qarşıda hələ
çox olacaq.
Bu yaxınlarda biz özümüz
istəyirik ki, Kiyevdə gənclərimiz
üçün idman
zalı acaq. Bura bizimlə
dostluq edən ukraynalı gəncləri
də dəvət edəcəyik. Azərbaycanı idman sahəsində də yüksək səviyyədə təmsil
etmək, düşmənlərimizə
gücümüzü göstərmək,
bayrağımızı həmişə
yüksəkdə dalğalandırmaq
istəyirik.
-Sizdə idmana maraq haradandır?
- Mənim dayılarım güləş üzrə
bir neçə dəfə çempion olublar. Vaxtilə SSRİ-də tanınırdılar.
Yaxşı idmançı olduqlarına
görə indiyəcən
Azərbaycanda çox
hörmətləri qalıb.
İdmançı olmağımda dayılarımın
böyük rolu olub. Mən hətta yorulub
dayananda çox qoymazdılar məşqi buraxım. Deyərdilər ki, əsl güc idmançının
son gücündə olur.
Hazırda mən Ukraynada
da peşəkarcasına
məşq edirəm.
Balaca vaxtdan həmişə arzum olub ki,
Azərbaycanı həm
təhsil, həm də idman sahəsində
xarici ölkələrdə
təmsil edim. Demək olar ki, arzularıma
çatıram.
- Bu vaxta kimi Ukraynada idman sahəsində hansı uğurlarınız
olub?
- Bu vaxtda
kimi mən idman
üzrə Azərbaycanı Ukraynada bir neçə dəfə təmsil etmişəm.
Özüm boksla ciddi məşqə başlamışdım.
Bir neçə il
Ukraynanın Dnepropetrovsk şəhərində
dayımın yanında qalmışam. Orada “Tayson” adına kluba
gedirdim. İndi o klub “Dnipro”
adlanır. Çox tanınmış
bir zaldır. Orada demək olar ki, bütün professional boksçular olub. Müəllimlərim də Ukrayna
çempionu olublar.
Mən
Dnepropetrovsk üzrə bir
neçə dəfə
yerlər almışam.
Bəlkə də daha çox
nailiyyətlərim olardı,
ancaq mən heç nədən narazı deyiləm. Mənim atam
ikinci qrup Çernobl əlilidir.
Ailəmin yanında olmuşam,
atamın müalicəsinə
vaxtımı sərf
etmişəm. Amma özümün
edə bilmədiyimi başqa gənclərimizdə
görmək istəyirəm.
Axı niyə də olmasın. Vətənimiz buna qadirdir.
İstedadlı gənclər də
var.
Mən gənclərimizə
demək istərdim ki, ilk gündən “bu gün məşq
edim, sabah çempion olub nailiyyət qazanım” fikrinə düşməsinlər. Bunun üçün
çox çalışmaq
lazımdır. Bir məqsədə
gəldikdə birdən-birə
on addım atmaq olmaz.
Tədricən biz də bütün
dünyada istəyimizə
nail olacağıq. Biz yeniyik, amma etdiyimiz
işlər və uğurlarımız bizə
sevinməyə imkan verir. Mən buna həmişə əmin olmuşam və olacağam da!
-Azərbaycanın
təbliği işində
idmandan nə kimi istifadə edirsiniz?
- Bizim bir çox
planlarımız var. Hazırda
Ukraynada stabil həyat höküm sürür. Biz Ukrayna
və digər Avropa ölkələri təşkilatları ilə
əlaqə yaratmışıq.
Bugünlərdə Birləşmiş Ukrayna Azərbaycanlıları
Diasporunun maliyyə dəstəyi ilə Ukrayna Tələbə Gənclər Birliyi ilə birgə futbolla bağlı Kiyevdə dostluq turniri təşkil etmişdik.
Fəxrəddinlə birgə bir çox idman növləri üzrə Ukraynada turnirlər keçirəcəyik. Hazırda idmanla
bağlı planlar, layihələr fikirləşirik.
Gələcəkdə şahmat, futbol
və əlbəyaxa döyüş idman növləri üzrə turnirlər keçirmək
fikrimiz var. Bu baxımdan
mən ukraynalı və türk dostlarımıza öz minnətdarlığımı bildirirəm.
Başda Türkiyənin Ukraynadakı
səfirliyi, Ukrayna dövlət orqanları olmaqla onlar da
həmişə bizə
dəstək olub. Bir də
Birləşmiş Ukrayna
Azərbaycanlıları Diasporuna,
əsasən də təşkilatın sədri
Hikmət Cavadova öz minnətdarlığımı
bildirirəm. Bizə yüksək
dərəcədə dəstək
verir. Gələcəkdə bu təşkilatla
da birlikdə layihələrimiz olacaq.
-Bir idmançı olaraq Azərbaycan bayrağını
və adını xaricdə ucaldarkən hansı hisslər keçirirsiniz?
- Birinci növbədə mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam. Həmişə arzum budur ki, bayrağımız yüksəklərdə olsun.
Azərbaycan onsuz da öz elmi, iqtisadi
və siyasi nailiyyətləri ilə bayrağımızı dünyanın
söz sahibi olan ölkələrinin bayraqlarının yanında
dalğalandırır.
Prezidentimiz İlham Əliyev Azərbaycan gənclərinə
hər zaman diqqət göstərir. Düzdür, mən aktiv siyasətçi olmasam da, bu ixtisas
üzrə təhsil almışam. Dövlət başçısının hər
zaman açıqcasına
türk dövlətlərinin
haqlarını dəstəkləməsi
məni qürurlandırır.
Bu yaxınlarda Praqa şəhərində
keçirilən sammitdə
cənab Prezidentin çıxış edərək
Ermənistan prezidenti Serj Sərkisiyana verdiyi cavab türk
qardaşlarımız qədər
məni də sevindirdi.
Bayrağımız, torpaqlarımız işğaldan azad olunandan sonra daha da fəxrlə dalğalanacaq. Amma biz də Vətəndən uzaqda
bayrağımızı dalğalandırmağa
hazırıq.
Fuad Hüseynzadə
Palitra.-2014.-6 iyun.-S.11.