Masallıda III Beynəlxalq Folklor Festivalı

 

12-16 iyun 2014-cü il tarixlərdə Masallı şəhərində ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalı keçiriləcək. Rayonda keçirilən festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya və Rusiya-Dağıstan ölkələrinin folklor qrupları iştirak edəcək. 13 iyun tarixində rayon İcra Hakimiyyəti qarşısındakı meydanda açılış mərasimi olacaq. Açılışın sonunda rayon İcra Hakimiyyətinin qarşısındakı meydandan Nizami Gəncəvi adına parka parad yürüşü təşkil ediləcək, parkda tədbir iştirakçıları xalq sənətkarlığı və milli mətbəx sərgisi ilə tanış olacaqlar. Axşam saat 20:00-da Heydər Əliyev parkında III Beynəlxalq Folklor Festivalının açılış konsert proqramı təşkil olunacaq. 14 iyun tarixində saat 12:00-da Masallı rayonunun Qızılağac və Tüklə kəndlərində folklor qruplarının çıxışları olacaq. Axşam 20:00-da Folklor Festivalının iştirakçıları üçün ziyafət təşkil olunacaq. 15 iyun saat 20:00-da Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalı yekun konserti təşkil olunacaq.

 

İlkin

Palitra.-2014.-10 iyun.-S.15.