Fərhad Bədəlbəylinin rəhbərliyi
ilə “Moskva virtuozları”nın konserti olub
Rusiya paytaxtında Azərbaycanın məşhur pianoçusu və bəstəkarı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında “Moskva virtuozları” orkestrinin konserti keçirilib.
Konserti izləyənlər arasında Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu,
Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyi, Ümumrusiya Azərbaycan
Konqresi və Rusiya Azərbaycanlı
Gənclər təşkilatının nümayəndələri,
habelə paytaxt sakinləri olub. Paytaxt sakinlərinin
böyük maraqla izlədiyi
konsertdə Vaqif Mustafazadənin orkestr ilə fortepiano üçün konserti Fərhad
Bədəlbəylinin ifasında səsləndirilib. "Moskva virtuozları”nın “Şərq-Qərb”
layihəsi çərçivəsində Şərq və
Qərb bəstəkarlarının əsərləri səslənib.
Azərbaycan musiqisinin iki
məşhur nümunəsi proqramın “Şərq” hissəsinin
mərkəzində yer alıb. Milli klassikamızın şah
əsərlərindən olan Fikrət
Əmirovun Azərbaycan musiqi tarixində simli orkestr üçün
ilk simfoniya olan “Nizami” əsəri Fərhad
Bədəlbəylinin ifasında böyük
marağa səbəb olub.
Qeyd edək ki, “Moskva virtuozları” orkestrı məşhur dirijor və violonçel
ustası Dmitri Yablonskinin
rəhbərliyi altında çıxış edib. Bir çox
Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq
edən maestro Qəbələdə Beynəlxalq
Musiqi Festivalının təşkilatçılarından
biridir.
Palitra.-2014.-11
iyun.-S.13.