Beynəlxalq musiqi
müsabiqələri yeniyetmələrin mənəvi
inkişafında böyük rol oynayır
Tofiq Quliyevin
adına 12 saylı Uşaq musiqi məktəbi yeniyetmələrin, gənclərin
mənəvi inkişafı, musiqi sahəsində
yüksək təhsil alması istiqamətində bir sıra yeniliklər tətbiq edir
Layihə çərçivəsində
yazımız Tofiq Quliyev
adına 12 saylı Uşaq musiqi məktəbi ilə bağlıdır.
Məktəbdən qəzetimizə bildiriblər ki, 1929-cu ildə yaradılan 12 saylı Uşaq musiqi məktəbi
2005- ci ildən Xalq artisti Tofiq Quliyevin
adını daşıyır. Vaxtı ilə görkəmli musiqiçi və bəstəkar Adil Gəray, Zülfi
Adıgözəlov, Ağabacı Rzayeva,
Nəriman Əliyev bu məktəbdə dərs
deyiblər.
Məktəbin şagirdləri respublika səviyyəli müsabiqələr,
baxışlar, festival və olimpiadalarda çıxış edirlər. 12
saylı Uşaq musiqi
məktəbinin yetirmələri arasında Xalq
artisti, professor Ağaverdi Paşayev, bəstəkar
Azər Dadaşov, Xalq
yazıçısı Çingiz Abdullayev, Heydər Əliyev Sarayının baş rejissoru Gülnarə Şəfiyeva, “İnci” qanunçalanlar
ansamblının rəhbəri, respublikanın Əməkdar artisti Təranə Əliyeva, Əməkdar artist, pianoçu Rəşad
Haşımov və digərlərinin adlarını çəkə
bilərəm. Məktəbin bir çox yetirməsi bu gün öz doğma məktəblərində gənc nəsli
tərbiyəsi ilə məşğul olurlar.
Fəaliyyət göstərdiyi illər ərzində məktəbin
şagirdləri hər zaman müxtəlif
səpkili müsabiqə və festivallarda
çıxışlar edərək yüksək nailiyyətlər
əldə ediblər. Məktəbin şagirdləri
respublika səviyyəli yarışlarda,
müsabiqələrdə uğurla təmsil
olunurlar. 2006-cı ildə Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət
göstərən məktəb studiyanın 25 illik
yubileyinə həsr olunmuş uşaq musiqi
festivalında məktəbimizin şagirdləri Tükəzban
Dadaşova və Zülalə Abduləzizova
müxtəlif dərəcəli dimlomlarla
təltif olunublar. Məktəbdə tədrisin
gücləndirilməsi, şagirdlərin hərtərəfli
estetik inkişafı üçün
rəngarəng tədbirlərin, müxtəlif səpkili
konsertlərin, müsabiqələrin, viktorinaların
keçirilməsi ənənəyə çevrilib.
Məktəbin daxili həyatını
canlandıran bu tədbirlərlə
yanaşı, respublika və Bakı şəhəri
üzrə keçirilən müxtəlif festival
və müsabiqələrdə, dövlət səviyyəli
tədbirlərdə şagirdlərimiz fəal iştirak edirlər. Son
illər ərzində məktəbdə 7 laureat
təhsil alıb. Məktəbin yetirməsi Günel
Sadıxova isə ilk Prezident
təqaüdçülərindəndir. Məktəbin
şagirdləri respublikanın ictimai həyatında
da fəal iştirak
edirlər. Məsələn, şagirdlər
Heydər Əliyev Fondunun təsis etdiyi “Heydər Əliyev” nişanının təqdim
olunma mərasimində, Beynəlxalq
Qadınlar Fondunun təşkil etdiyi xeyriyyə konsertlərində, Bəstəkarlar
İttifaqının 60 illik yubileyi ilə əlaqədar keçirilən
konsertdə, Xalq şairi
Rəsul Rzanın 100 illik yubileyi ilə
əlaqədar keçirilmiş dövlət
tədbirində, xarici ölkə səfirlərinin
respublikamızda keçirdiyi dəyirmi masalarda, “Bakı İslam
Paytaxtı” çərçivəsində keçirilən dünya din xadimlərinin forumuna həsr olunmuş tədbirlərdə
solo və ya Q.Qarayev adına dövlət kamera
orkestrinin müşayiəti ilə
çıxış ediblər. Ötən il Estoniyanın Narva şəhərində
İ.S.Bax adına VI Beynəlxalq festivalda məktəbin Fortepiano
şöbəsinin IV sinif şagirdi
Ayan Məmmədli Baxın əsərlərinin
ifasına görə I dərəcəli festivalda
iştirak etdiyinə görə III dərəcəli
diplomla təltif olunub.
2013-cü ilin may
ayında Türkiyənin İstanbul şəhərində
keçirilən VIII Pera Beynəlxalq piano festivalında Fortepiano
şöbəsinin IV sinif şagirdi
Ayan Aslanova III dərəcəli
diploma nail olaraq "Laureat"
adını qazanıb. Həmin ilin avqust ayında İtaliyanın Rimini
şəhərində Rimini-star
müsabiqəsində Ayan Məmmədli
I dərəcəli diploma layiq
görülüb. Ayan
Məmmədli bu ilin fevral ayında isə Maltada
keçirilən fortepiano müsabiqəsində
III dərəcəli diplom qazanıb. Bu ilin fevral
ayında Serbiyanın Belqrad şəhərində
keçirilən Davorin Yenko
adına Beynəlxalq müsabiqədə Ayan
Aslanova I yerə layiq görülüb. May
ayında İstanbulda keçirilən IX Pera Beynəlxalq piano
müsabiqəsində məktəbin III sinif
şagirdi Ayla Həsənova
III dərəcəli diploma layiq görülüb, Nəzrin
İsayeva isə festivalda
uğurla çıxış edərək
sertifikat qazanıb. Belə beynəlxalq musiqi müsabiqələri yeniyetmə və gənclərin
mənəvi inkişafında böyük
rol oynayır. Musiqi məktəbinin Vokal şöbəsinin şagirdlərindən
Yasin Həsənov özünün
bəstələdiyi bir çox
mahnılarla yanaşı, görkəmli bəstəkarlar Tofiq Quliyev, Eldar Mansurov, Faiq Sücəddinovun və
başqalarının mahnılarına dönə-dönə
müraciət edir. "Vətənim",
"Dostuma məktub", "Ana", "Bakım", "Azərbaycanım",
"Mənim dünyam", "Sülh mesajı", "Bakı", "Dostlar" və s.adlı mahnılardır. Yasinin 20 mahnıdan ibarət olan
2 albomu və "Vətənim"
adlı klipi işıq üzü
görüb. Musiqi sahəsində bir çox uğurlara imza atan Y.Həsənov 2007-ci ildə Xətai Rayon Gənclər və İdman
İdarəsi tərəfindən peşəkar mahnı
ifaçılığına, həmçinin Gənclər
və İdman Nazirliyi
tərəfindən ümummilli lider Heydər Əliyevin doğum
gününə həsr olunmuş tədbirdə
uğurlu çıxışına
görə diplomlarla təltif olunub. Bundan başqa, Təhsil Nazirliyi
tərəfindən keçirilən yarışda da I yeri tutduğuna
görə diplom alıb. 2011-ci ildə
Heydər Əliyev Sarayında keçirilən konsertdə
canlı korifey Robertino
Loretti ilə duet
şəklində "Camayka"
mahnısını ifa edib.
Həmin ildə Belarusun Mozır şəhərində
beynəlxalq vokal müsabiqəsində 25
ölkədən olan 500-600 nəfər
iştirakçı arasında "Qran-pri"
mükafatına layiq görülüb
və Azərbaycan bayrağını ucaldıb. Bu müsabiqədə sözləri Nəbi Xəzrinin,
musiqisi isə Müslüm
Maqomayevin olan "Azərbaycan"
mahnısı böyük
alqışlarla qarşılanıb. Yasin Həsənov
Ukraynanın Krım şəhərində "Artek"də
keçirilən 4 mərhələdən ibarət olan "Novaya volna" Junor adlı V
Beynəlxalq Uşaq müsabiqəsinin təşkilat
komitəsi tərəfindən və münsiflər heyətinin
rəyi ilə 700 iştirakçı arasında finala vəsiqə qazanıb. Prezidentin müvafiq sərəncamına
əsasən Yasin Həsənovun adı
Azərbaycanın gənc istedadlarının "Qızıl
kitab"ına yazılaraq Prezident təqaüdünə
layiq görülüb.
Skripkaçı Emin Hüseynovun
da adı “Qızıl kitab”da qeyd olunaraq,
Prezident təqaüdünə layiq görülüb. Məktəbin
kollektivi respublikamızın müxtəlif
regionlarında yerləşən musiqi və
incəsənət məktəbləri ilə sıx əlaqə
yaradıb. Belə ki, kollektiv
Zaqatala, Şəki, Şamaxı, Quba rayonlarında səfərdə olub. Müəllimlər bu musiqi məktəblərində
ustad dərslər verib,
şagirdlərimiz rəngarəng konsert
proqramı ilə çıxış ediblər. Ötən
tədris ilində Şamaxı, Şəki, Quba
musiqi məktəblərinin müəllimləri
məktəbdə olub, müəllimlərin
dərslərində iştirak edib, yeni əsərlərlə
tanış olub, metodiki məsləhətlər
alıblar. Ötən tədris ilində xalq
çalğı alətləri üzrə keçirilən
müxtəlif müsabiqə və festivallarda
məktəbin şagirdləri Fidan
Əliyeva, Leyla Fərəcova (kamança), Rafiq Fərəcova
(tar), Ləman Əliyeva (qanun)
uğurla çıxış edərək
qalib adını qazanıblar. 2011-ci
ildə məktəb “İlin ən
yaxşı məktəbi” nominasiyasına layiq
görülərək diplomla təltif olunub. Məktəbdən bildirdilər ki, Tofiq Quliyevin
adına 12 saylı Uşaq musiqi məktəbi yeniyetmələrin, gənclərin
mənəvi inkişafı, musiqi sahəsində
yüksək təhsil alması istiqamətində bir sıra yeniliklər tətbiq edir. Bu yeniliklər məktəb
şagirdlərinin əldə etdiyi uğurlu nəticələrlə özünü təsdiqləyir.
Anar Miriyev
Palitra.-2014.-11 iyun.-S.11.