Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
nümayəndəsi Albaniyada
görüşlər keçirib
Bu
ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
və Madrid Klubunun təşkilatçılığı ilə
keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər
Forumunun qiymətləndirilməsi məqsədilə
Albaniyanın paytaxtı Tiranada rəsmi görüşlər
keçirilib. Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin icraçı direktoru
Rövşən Muradov Albaniyanın üç sabiq prezidenti – Sali Berişa (1992-1997), Recep Meydani (1997-2002) və Bamir
Topi (2007-2012) ilə görüşüb.
Prezident Bamir Topi və Meydani Bakıda keçirilmiş Forumu
yüksək qiymətləndiriblər və növbəti təşəbbüslərdə
iştirakdan məmnun olacaqlarını
vurğulayıblar. Qeyd edək ki, 2015-ci il və ondan sonrakı mərhələdə
dünyanın davamlı inkişafı proqramına həsr olunmuş II Qlobal
Açıq Cəmiyyətlər Forumunda
57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edib ki, onların
arasında 32 ölkənin sabiq dövlət
və hökumət başçısı da
var idi.
Nigar
Palitra.-2014.-11 iyun.-S.10.