Ukrayna XİN-in Radasında yer alan
yeganə azərbaycanlı
Paşa Məmmədov: “Mənim
fəaliyyətim Ukraynada
yaşayan azərbaycanlıların
başını daha da uca etməkdən
ibarət olacaq”
Xəbər verildiyi kimi bugünlərdə Ukraynanın
yeni hökumətində
üç soydaşımıza
yüksək vəzifə
verilib. Onlardan biri olan Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb. Qeyd edək ki, o, XİN-in Radasında
yer alan
yeganə azərbaycanlıdır.
P. Məmmədovun qəzetimizə
müsahibəsini təqdim
edirik.
- Əvvəla, yeni
vəzifənizlə bağlı
sizi təbrik edirik. Öncə, özünüzü oxucularımıza tanıdın.
- Mən, dörd təhsilimdən ikisini Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında almışam.
2003-cü ildən Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Dövlət
Protokolu İdarəsində
müxtəlif vəzifələrdə,
o cümlədən nazirliyin
Həmkarlar İttifaqının
sədr müavini və Azərbaycanın Dubayda konsulu vəzifələrində çalışmışam.
Diplomatik fəaliyyətim
zamanı Azərbaycan
dövləti tərəfindən
bir sıra təltiflərə layiq görülmüş, eyni
zamanda GUAM və Bakı Enerji sammitlərinin, İslam Konfransının 33 sessiyasının
və Azərbaycan Respublikası Prezidentinin
2003 və 2008-ci illərdə
inauqurasiya mərasiminin
yüksək səviyyədə
təşkilinə görə
xüsusi təşəkkürnaməyə
layiq görülmüşəm.
Azərbaycan Respublikasının səfirlikləri və dövlət qurumlarının
istifadə etdiyi “Azərbaycanın dövlət
rəmzləri və atributları” ləvazimatının
müəllifi olmuşam.
- Yeni vəzifənizdə Azərbaycan-Ukrayna əlaqələrinin
inkişafı istiqamətində
hansı planlarınız
var?
- Mən peşəkar
diplomat kimi qeyd etmək istərdim ki, Azərbaycanla Ukrayna arasında əlaqələr çox
yüksək səviyyədədir.
Ukrayna-Azərbaycan münasibətlərinin dərin tarixi var. Dövlətlərimiz müstəqillik
qazandıqdan sonra, bu əlaqələr günbəgün daha da inkişaf edib. Ukraynanın çətin vaxtlarında
Azərbaycanın dəstəyi
hiss olunub. Hələ ötən əsrin
doxsanıncı illərinin
ortalarında Ukraynada yanacaq böhranı baş verəndə, ulu öndər Heydər Əliyevin qərarı ilə Ukraynaya kömək göstərilməsi nəticəsində,
Ukrayna baş verə biləcək iqtisadi böhranı adladı. Builki siyasi dəyişikliklərdən
sonra, burada siyasi böhran baş vermiş və bunun nəticəsində
ölkədə məlum
olan proseslər yer almışdır.
Ukraynanın belə bir çətin vəziyyətində
bu ölkədə yaşayan azərbaycanlıların
Ukraynanın milli maraqları çərçivəsində
çıxış etməsi
və Azərbaycan dövlətinin beynəlxalq
təşkilatlarda Ukraynanı
dəstəkləməsi bu
münasibətlərin hansı
səviyyədə olmasının
real təzahürüdür. Mənim də fəaliyyətim bu əlaqələrin daha da inkişaf
etdirilməsinə öz
töhfəmi vermək
və Ukraynada yaşayan azərbaycanlıların
başını daha da uca etməkdən
ibarət olacaq.
- Ukraynada gözlənilmədən
üç azərbaycanlının
irəli çəkilməsi
nə ilə bağlıdır?
- Üç azərbaycanlı
hələ azdır, inşallah yüz üç olmalıdır.
Ukraynanın çətin
vəziyyətində bu
ölkədə, əsasən
də şərq vilayətlərində yaşayan
soydaşlarımızın Ukrayna xalqına sadiq mövqedən çıxış etməsi,
Azərbaycan dövlətinin
Ukrayna ilə bağlı tutduğu mövqe , Ukrayna və Rusiya arasında baş vermiş siyasi anlaşılmazlıqla bağlı
apardığı incə
və düşünülmüş
siyasət nəticəsində,
bu ölkədə yaşayan azərbaycanlıların
nüfuzu yüksək
bir zirvəyə çıxdı. Belə bir
vəziyyətdə Ukraynada
vəzifələrə gətirilmiş
hər bir azərbaycanlı, Ukraynada
yaşayan soydaşlarımızın
tutduğu mövqeyə
və Azərbaycan dövlətinin yürütdüyü
xarici siyasətə borcludurlar. Şəxsən mən, Ukraynada
yaşayan hər bir azərbaycanlıya öz dərin minnətdarlığımı və təşəkkürümü
bildirirəm.
- Ukraynada Azərbaycan
diasporunun gücü və mövqeyi hansı səviyyədədir?
- Ukraynada azərbaycanlıların ümumukrayna və regional miqyasda bir çox cəmiyyəti fəaliyyət göstərir. Hər biri öz ətrafında cəmləşmiş soydaşlarımızı və bir-birilərini yüksək səviyyədə dəstəkləyirlər. Mən bu dəstəyi ictimai fəaliyyətimdə atdığım ilk addımlar zamanı hiss etdim. Təbii ki, bizim diasporumuzun nə qədər güclü olmasından asılı olmayaraq, mən bir azərbaycanlı kimi onun daha da güclü və nüfuzlu olmasını arzulayıram. Bizim diasporumuzun gücü, Ukraynada yaşayan hər bir azərbaycanlının gücüdür. Diasporumuzun güclü və nüfuzlu olması Ukraynada yaşayan hər bir azərbaycanlının fəallığından və diaspor təşkilatları ətrafında sıx birləşməsindən asılıdır. Bizim diaspor təşkilatlarının, yəni bizim güc və mövqeyimizi keçiriləcək regional və ümumukrayna seçkilərində əldə olunacaq nailiyyətlər göstərəcək. Bu nailiyyətlərin yüksək səviyyədə olması və baş verəcək seçkilərin nəticələrinin ürəyimizcə olması üçün biz hamımız bütün gücümüzü və imkanlarımızı səfərbər etməliyik. Artıq, “Kim nə edəcək?” sualını yox, “Mən ümumi məqsəd üçün nəyə qadir ola bilərəm?” sualını hər birimiz özümüzə verməliyik. Hər şey yalnız bizim fəallığımız və birliyimizdən asılıdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-13 iyun.-S.6.