Milli Qurtuluş Gününün gənclərin mənəvi inkişafında rolu

 

Milli Qurtuluş Günü dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olub. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycan inkişafın böyük mərhələsini keçərək yüksələn, müasirləşən, yeniləşən bir ölkə kimi özünü tanıda bilib.

Müasir gənclərin isə bu tarixi dərindən öyrənməsi zəruridir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti ümumi dövlət siyasətinin mühüm tərkib hissəsidir ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb. Gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı yaradılan şərait, həyata keçirilən tədbirlər onların cəmiyyətdə özlərinə mühüm yer tutmalarına imkan verir. Məhz Milli Qurtuluş Günü bu gün gənclərimizin daha rahat, firavan həyat sürməsinə şərait yaradıb.

Bugünkü gənclərimiz, pedaqoqlarımız Milli Qurtuluş Gününün tariximizdə böyük rolu ilə yanaşı, onun gənclərimizin mənəvi inkişafında rolu ilə bağlı fikirlərini bildirdilər:

 

“İstərdim ki, gənclərimiz tarixə aid çoxlu kitablar oxusunlar

 

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində magistratura təhsili alan Fatimə Bayramova bildirdi ki, 15 İyun- Milli Qurtuluş Günü kimi tarixə düşüb: “Mənim fikrimcə, bir gənc kimi, bu gün gənclərə nümunə olacaq bir gündür. Gənclərin mənəvi inkişafına təsir edəcək amil isə odur ki, həmin Qurtuluş Gününün 15 İyun 1993 - ildə baş verən hadisələri öyrənməklə, ulu öndər Heydər Əliyevin siyasətini özlərinə örnək götürməlidirlər. Eyni zamanda nəinki 1993-cü ilə aid, o cümlədən 1988-89-cu ildən bəri, ermənilərlə olan münaqişələrimizi bilmələri, ermənilərin hiyləgər bir düşmən olduqlarını öyrənmək məhz biz gənclərin hərtərəfli bir şəxsiyyət kimi yetişməmizə təsir edəcək amillərdən biridir. Mənim fikrimcə, ulu öndər Heydər Əliyevin biz gənclərə ən çox təsiri onun natiqlik qabiliyyəti olub. Əvvəlcədən hazırlaşmadan etdiyi çıxışları hər zaman hər kəsin marağına səbəb olub. Məhz bu amilin gənclərə təsiri mənim fikrimcə, mühümdür. Bu natiqlik qabiliyyətinin daha da geniş şəkildə bir çox universitetlərdə tədris olunması tələbələrin natiqlik sahəsində biliklərinin artmasına təsir göstərir. O cümlədən, ulu öndər Heydər Əliyevin siyasəti dünyaya məlumdur. Siyasətlə məşğul olan insanlar üçün Heydər Əliyevin siyasəti əvəzsiz yardımdır. Tarixi öyrənmək üçün ən təsiredici kitablardır. İstərdim ki, gənclərimiz tarixə aid çoxlu kitablar oxusunlar. Heydər Əliyevin irsini yaşadan saysız kitablar var, onlara nəzər yetirsinlər. Tarix muzeylərinə, sərgilərə getsinlər. Hazırda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. O mərkəzdə tariximizə aid tez-tez sərgilər təşkil olunur. Tariximizi öyrənməsək mənəviyyatımız olmaz”.

 

Tariximizi qorumaq, yaşatmaq gənclərin üzərinə düşür

 

Digər müsahibimiz Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər iqtisadiyyat fakültəsinin politologiya ixtisası üzrə təhsil alan Qulu Şıxaliyev isə bildirdi ki, Azərbaycan xalqının başına çox müsibətlər gəlib: “İstər 1990-cı il 20 Yanvar, istər 1992-ci il 26 fevral, istərsə , Dağlıq Qarabağ ətraf 7 rayonun ermənilər tərəfindən zəbt edilməsi tariximizə qanlı hərflərlə yazılıb. 1991-ci ilin 18 oktyabr tarixində müstəqil olduqdan sonra hakimiyyətdə özbaşınalıqların olması, hakimiyyətsizliyin yaranması bizim üçün çox pis nəticələndi yuxarıda sadaladığım hadisələr baş verdi. Qonşu ölkə olsa da, həmişə Azərbaycan torpaqlarında gözü olan ermənilər rusların köməkliyi ilə istədiklərini(torpaqlarımızı işğal etmək) etdilər. Azərbaycan xaricində torpağımıza göz dikən ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalmaq azmış kimi Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi yaranmışdı. 1993-cü ilin 4 iyun tarixində Surət Hüseynovun başçılığı ilə Gəncədə qiyam qaldırıldı. Bu qiyam təkcə Gəncə ərazisi ilə məhdudlaşmadı hətta bu qiyamın dalğası Bakıya doğru gəlirdi. Həmin dövrdə hakimiyyətdə olan insanlar tələsik tədbirlər görmək istəsələr , qiyamın qarşısını ala bilmədilər. Həmin tarixə aid kitabları oxuduqda bu tarixlə bağlı araşdırma apardıqda məlum olur ki, qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Aradakı çaxnaşma nəticəsində ölənlər yaralılar vardı ki, bu da qardaş qırğınına səbəb olmuşdu. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Heydər Əliyev Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisin sədri seçilir. 15 iyun 1993-cü il tarixi 1997-ci ildə Milli Məclis deputatlarının təklifi ilə Milli Qurtuluş Günü kimi bayram elan olundu 1998-ci ildə bu bayram dövlət statusu aldı hər il 15 İyun tarixi bayram kimi qeyd edilir”. Artıq son 4-5 il ərzində 15 İyun Milli Qurtuluş günü ölkə miqyasında təntənəli bir bayram kimi qeyd edildiyini deyən Q.Şıxalıyevin sözlərinə görə, Heydər Əliyev Azərbaycanın dünyada tanınması üçün çox işlər görüb. Belə ki, milli dövlətçilik ənənələrini inkişaf etdirib, həmin dövrdə xalqı pis vəziyyətdən çıxarıb ölkədə əmin - amanlıq yaradıb: “Xalqın sevimlisi olan bir şəxs xalq tərəfindən həmişə anılıb. Azərbaycan gəncləri öz ölkəsinin tarixini bilməlidir. Tariximizi qorumaq, yaşatmaq gənclərin üzərinə düşür. Məhz Milli Qurtuluş Günü gənclərin mənəvi inkişafında mühüm rol oynayır. Əslində belə əlamətdar günləri qeyd etmək dövlətlə yanaşı, həm gənclərin üzərinə düşür. 28 May, 15 İyun, 18 Oktyabr, 12 Noyabr s. kimi tarixi günlərimiz var, dövlət bu tarixi günlər üçün təkcə konsertlər təşkil etmir, hətta belə tarixi günlərin tarixi şəxsiyyətlərin yadda qalması üçün bir sıra tədbirlər, layihələr, yarışlar keçirir, çünki həmin tədbir, layihə yarışda iştirak edən gənclər öz tarixlərini biləcək ətrafdakılara da bu haqda məlumat verəcək beləliklə hər bir vətəndaş öz tarixini az da olsa biləcək. Gənclər isə öz tarixlərini araşdırmalıdır. Məmməd Arazın belə bir şeiri var: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Mən öz tariximizi daim öyrənirəm. Bir gənc olaraq mən 15 İyun Milli Qurtuluş Günü münasibətilə bütün azərbaycanlıları təbrik edirəm”.

 

Yaradıcı gənclərin kəşf olunması üçün çox işlər görüləcək

 

Rövşən Nəsirov adına 111 saylı Nəsimi rayonu tam orta məktəbin müəllimi Meliha Əsədova isə bildirdi ki, ölkəmizdə gedən islahatların səmərəli nəticəsi bir çox sahələrdə olduğu kimi təhsil sahəsində özünü büruzə verir: “Belə ki, ümummilli lider Heydər Əliyevin Prezidentimiz İlham Əliyevin ölkə daxilində, eləcə xaricdə gördüyü işlərin nəticəsi olaraq bu gün ölkəmiz dünyanın hər yerində müstəqil, inkişaf etməkdə olan ölkə kimi fəaliyyət göstərir. Azərbaycan bir çox aparıcı ölkələrin diqqətini cəlb edib. Müəllimə olaraq təhsil sahəsində bas verən yenilikləri, gənclərin fəaliyyətini, inkişafını da qeyd etmək istərdim .Düşünürəm ki, gələcəkdə yaradıcı gənclərin kəşf olunması üçün çox işlər görüləcək. Hazırda təhsildə baş verən yeniliklər bu işlərin gedişatından xəbər verir. Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edirəm. İnanıram ki, Milli Qurtuluş Günü uşaq gənclərin inkişafında hər zaman öz sözünü deyəcək. Onlar məhz bu günü hər zaman xatırlayaraq həmin günün dövlətçilik tariximizdə necə böyük rol oynadığını unutmayacaqlar. Bu günün uşaqları gəncləri mənəvi cəhətdən inkişaf etməlidirlər, çünki onlar sabahın yaradıcılarıdır”.

 

Qurtuluş Günü gənclərin dövlətə dövlətçiliyə etibarlılığının möhkəmlənməsində xüsusi rol oynayır

 

Azərbaycan Turizm İnstitutunun müəllimi Səbuhi Aslanov isə qeyd etdi ki, Milli Qurtuluş Günü gənclərin özünəinamının formalaşmasında, dövlətə və dövlətçiliyə etibarlılığının möhkəmlənməsində xüsusi rol oynayır: “Bu hadisə ən mürəkkəb ictimai-siyasi şəraitdə belə bu coğrafiyada dövlət təməllərinin sarsılmazlığı düşüncəsini bir daha bərqərar etdi. SSRİ tərkibində olduğu zamanlarda belə Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında geniş sosial- iqtisadi tədbirlərin həyata keçirildiyini xüsusilə vurğulamaq lazımdır. Elimizin bir atalar sözü var: “Xalqın gözü tərəzidir”. Xalqımız sovet dövründə ölkənin inkişafı istiqamətində Heydər Əliyevin göstərmiş olduğu effektiv ictimai-siyasi, həmçinin iqtisadi fəaliyyətləri unutmayıb, mürəkkəb siyasi şəraitdə alternativsiz bir liderin yolunu tutmağa yönəlib. Bu tarix əslində dəyişən situasiyada meydana çıxan yeni generasiya üçün bir çox üstünlükləri formalaşdırmağa yardımçı oldu. Belə ki, Azərbaycan milləti anlayışının meydana çıxması ilə yeni nəslin özünə kimlik axtarmağa, yaxud qoşmağa ehtiyac görülməməsi, dövlət və dövlətçiliyin bərqərar olması və möhkəmlənməsində xalqın son söz sahibi olması düşüncəsinə inamlılıq, inkişafda olan iqtisadi sektorların işsizlik problemini önləməkdə əldə etdiyi uğurlar, gənclərin təhsil və adekvat məşğulluğa olan etibarlılığın artması, qısa müddət içərisində demokratik düşüncə və əhval ruhiyyənin bərpa olunması, milli liderə olan inam, liderlik ruhuna sahib gəncliyin yaranması və formalaşması, tolerantlıq və qonaqpərvərlik düşüncəsinin stereotipə çevrilərək özünəməxsusluq yaratması və s. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasiryeni dövlətçilik təməllərinin qorunması və davamlılığının təmin olunması istiqamətində bu tarixin daim xatırlanması Azərbaycan xalqının, əsasən də gənclərin borcudur. Çünki Milli Qurtuluş Günü gənclərin mənəvi inkişafında hər zaman öz sözünü deyəcək”.

 

Nigar Abdullayeva

Palitra.-2014.-14 iyun.-S.7.