“Excelsior Hotel Baku”da
“Yay mövsümünün
açılışı mərasimi” keçirildi
“Excelsior Hotel Baku” hotelinin açıq hovuzda yerləşən “Pool Bar” restoranında “Yay mövsümünün açılış” tədbiri keçirilib. Tədbirin proqramına canlı musiqi proqramı, hədiyyə lotoreyası, gecəyə qədər DJ musiqisi və rəqs daxil edilmişdi.
Tədbirdə paytaxtın qonaqları və
sakinləri, işgüzar dairələrin
nümayəndələri iştirak etdilər.
Açılış mərasimində çıxış
edən “Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyraz qonaqlara
yay hovuzunun yanında
şəraitə və göstərilən xidmətlərə
dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra
paytaxtımızın qonaqları və sakinləri şəhərdən
kənara çıxmadan qızmar yay
günlərində gözəl şəraitdə dincələ,
günəş şüaları qəbul edə, suyun yanında axşam
mehindən həzz ala biləcəklər.
Sərinləşdirici içkilər, ləzzətli təamlar
və canlı musiqi hovuz
ətrafında gözəl ab-hava
yaratdı. Estrada müğənniləri
Səbinə Babayeva və Diananın
ifalarında populyar milli
və xarici şlyagerlər hamının
ürəyincə olub. Tədbirdə
keçirilən lotoreyada qonaqlar
“AtaBank”, “AtaSığorta” və digər
şirkətlərdən hədiyyələr uddular.
Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45
“Heritage” - deluks, 9 “Duke” - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar,
“Aura” sağlamlıq mərkəzi
və s.-dən ibarətdir.
İlkin
Palitra.-2014.-18 iyun.-S.15.