Kəbutər Haqverdi:
“İstanbulda ilk işim milli dərnəkləri
birləşdirmək oldu”
Müsahibimiz Kəbutər Haqverdi Türkiyədə yaşayan həmkarlarımızdandır. O, sözün əsl mənasında qollarını çırmalayaraq Vətəndən kənarda Azərbaycan həqiqətlərinin təbliğini aparır. Əsasən də Qarabağ həqiqətləri, Xocalı soyqırımının Türkiyə ictimaiyyətinə tanıdılması yolunda cəfakeşcəsinə fəaliyyət göstərir. Bir diaspor jurnalisti olaraq bütün bu işləri tam fərqli, hədəfə vuracaq şəkildə edir. Nəzərə çatdıraq ki, Kəbutər xanım Biləsuvar rayonunda doğulub. İlk jurnalist fəaliyyətinə 1989-cu ildən başlayıb. Azərbaycandakı son iş yeri “Yeni Azərbaycan” qəzeti olub. Bu müddət ərzində həm də hekayəçi kimi özünü təsdiq edib. Bir qızı, bir oğlu var. Ailə vəziyyəti ilə bağlı 2011-ci ildən İstanbulda yaşayır.
-Hazırda
Türkiyədə hansı istiqamətlərdə fəaliyyət
göstərirsiz?
- Türkiyədə daha çox Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyət göstərirəm. 2012-ci ildə Xocalı hadisəsində sağlamlığını itirən əsir düşmüş 6 qadını İstanbula dəvət etdim. İstanbul, Adana, Ankara və İzmirdə təşkil olunmuş toplantılarda bu qadınların çıxışlarını təşkil etdim.
Bundan başqa Xocalı arxivini yaratmışam. Qarabağ hadisələrində zərər çəkən sıravi vətəndaşlar haqqında məlumatlar, əsir və girovlarımızın yaxınları və ailə üzvlərinin sənədləri, Xocalı faciəsində baş verənlər, eləcə də canlı şahidlərin videoya köçürülmüş söhbətləri toplanır.
Eyni zamanda şəriki olduğum yayım evi var və Azərbaycan ədəbiyyatından seçmələrlə Türkiyə oxucularını tanış etmək istəyirəm. Bu il aprelin 18-i İstanbul Böyük Şəhər bələdiyyəsinin və Azərbaycanın İstanbuldakı Konsulluğunun təşkilatçılığı ilə Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş tədbir keçirdim. Tədbir qısa vaxtda hazırlansa da, çox bəyənildi və biz İstanbul Böyük Şəhər bələdiyyəsindən müxtəlif təkliflər aldıq.
- Bu vaxta kimi hansı kitablarınız nəşr olunub?
- Türkiyədə 2 kitabım nəşr olunub. 2012-ci ildə “Qar qan rəngi idi o gecə” kitabını yazdım. Bu sənədli roman yuxarıda qeyd etdiyim qadınların ifadələri əsasında qələmə alınıb. 2-ci kitab redaktoru olduğum “Hocalı 92” kitabıdır ki, Oqtay Hacımusalının təqdimatı və “Azərsun Holding”in maliyyə dəstəyi ilə işıq üzü gördü.
Bu il “Cənnətdən
sürgün” adlı daha
bir romanım işıq üzü
görüb. Bu, bir az
avtobioqrafik romandır.
Söhbət Qarabağ hadisələrindən,
Azərbaycandakı kənd
həyatından gedir.
90-cı illərin dəhşətini yaşayan
bir azərbaycanlı qadının xoşbəxtlik
axtarışları və
İstanbula gəlişi,
orada qarşılaşdığı
çətinliklər və
sair.
- Daha hansı kitab üzərində işləyirsiz?
- Növbəti romanım məhəbbət üzərində
qurulmuş tarixi bir əsərdir. Haqqında danışmayım. Yazıb bitirmişəm.
Gələn ili
gözləyirəm. Bundan
başqa Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası
sədrinin yardımçısı
Metim Özərlə
birlikdə “Azərbaycan
və türk ədəbiyyatının izahlı
lüğəti” ni hazırlayırıq.
Mənim
redaktorluğumla Məhsətinin
qəzəlləri hazırlanır.
Bilirsiniz ki, ötən il
Azərbaycan Prezidenti İlham Əliyev Məhsətinin 900 illik yubileyi ilə bağlı silsilə tədbirlərin həyata
keçirilməsi üçün
qərar verdi. Məncə,
bu kitabın işıq üzü görməsi həmin çərçivədə görülən
ən böyük işlərdən biri olacaq.
- Türkiyədəki
milli dərnəklərimiz
arasında vahid koordinasiya əlaqələri
varmı, yoxsa hər biri ayrı-ayrılıqda
fəaliyyət göstərməyə
üstünlük verirlər?
- Bu sual mənim yaralı yerimdir. Kənardan nə qədər böyük və təmtəraqlı görünsə
də bu dərnəklərin heç
biri öz ətrafında 50-dən artıq
adamı birləşdirmir.
Türkiyədə 50-dən artıq Azərbaycan dərnəyi var. Amma baxın görün, hansının bir KİV orqanı var. Üstəlik
bu 50 adam
da birinci yer uğrunda öndə getmək üstündə daim savaşdadırlar. Hətta mənə
elə gəlir ki, Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası
belə, sadəcə
adı olan bir qurumdur. Gördüyü iş hanı? Hesabatda rəqəmləri yan-yana düzmək başqa, reallıq başqa. Üstünə-üstlük özünü müxalifətçi
kimi qələmə verib, Azərbaycan hökumətinə düşmənçilik
mövqeyi sərgiləyib
xalq qəhrəmanı
olmağa çalışanlar
da ümumi işə ciddi zərbə vurur. Xocalı faciəsi kimi ağır bir problemimiz belə, bizi Türkiyədə vahid güc kimi birləşdirə bilmədi. Bununla belə, bir
neçə dərnək
var ki, böyük
işlərə imza atmaqdadır. Bunlardan biri
İstanbul Türkiyə-Azərbaycan
Dərnəyi (İST-TAD), digəri
Əsgişəhir ƏSAZDƏR-dir (Cavid Əliyev). Amma erməni diasporunun çox güclü və gizli fəaliyyət
göstərdiyi Türkiyədə
bu, çox azdır. Necə deyərlər, bir
güllə bahar olmaz.
İstanbula gəldikdən 3 ay sonra ictimai fəaliyyətə
başladım və
ilk işim hərəsi
bir evdə məskunlaşıb, 6-7 heyətlə
fəaliyyət göstərən
dərnəkləri birləşdirmək
üçün qollarımı
çırmalamaq oldu. Amma elə
bir reaksiya və əks-təsirlə
üzləşdim ki,
bunun heç zaman mümkün olmayacağını anladım.
Proqramsız, ideologiya
olmadan, ayda bir dəfə toplanıb çalıb-oynamağı,
çay içib söhbət etməyi dərnək fəaliyyəti
sanan soydaşlarıma
yaşadıqlarımızı, problemlərimizi anlatmaq bir yana
dursun, vəzifələrimizin
nədən ibarət
olduğunu belə, anlada bilmədim. O dərnəklərdə hər
kəs siyasətçi,
hər kəs yazar, hər kəs tarixçi və hər kəs də Milli qəhrəmandır.
Burada özlərini Qarabağ qazisi kimi qələmə
verib Xocalı soyqırımının ildönümlərində
konfranslar verən, cibində Azərbaycanın
vətəndaşlıq sənədini
daşıyanlarla rastlaşdım.
Amma o adamların Qarabağın
doğru-dürüst harada
yerləşməsindən belə, xəbəri yoxdur. Bir nəfər mənə “qatıldığı döyüşləri”
belə anlatdı: “Mən komandir idim və CİP maşınımla döyüş
bölgəsinə getdim.
Məqsədim cəbhədən qaçan əsgərləri
bir yerə yığmaq idi, çünki simsiz rabitə ilə xəbər vermişdilər
ki, Füzuli rayonuna ermənilər hücum edib və əsgərlərimiz
də qaçır.
Amma məni cəbhə bölgəsində görəndə
geri qayıtdılar.
Sonra komandir əmr verdi,
mənə quzu kəsdilər və kabab bişirdilər”. Bunu danışan adam indi
bütün tədbirlərin
başında oturub, sinəsinə döyür
ki, Qarabağ qazisidir. O gecə mən sabaha qədər ağladım.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq
edirsinizmi? Onların işinə hansı
formada köməklik göstərə bilirsiniz?
- Konkret İST-TAD sədri Səfər Karakoyunlu ilə çalışıram.
Ona Xocalı arxivi yaratmaq istədiyimi, amma otaq tutmaq imkanında
olmadığımı deyən
kimi dərnəyin yerləşdiyi binanın
zirzəmi qatını
bütünlüklə mənim
ixtiyarıma verdi.
İndi ən azından əlimizin altında Qarabağla olmasa da, Xocalı ilə bağlı bir xeyli sənədlər
var və bizə bir TV və ya qəzet
müraciət edəndə,
müxtəlif tədbirlərdə
ortaya sənədlər,
filmlər və kitablar qoya bilirik.
- Ermənilər
dünyanı qondarma erməni soyqırımının
tanınmasına cəlb
edir. Bəzən elə hiss olunur ki, Türkiyə buna susqun yanaşır.
Sizcə,
bunun səbəbi nədir?
- Əvvəla, onu
deyim ki, Ermənistan dövlətinin
yaranma tarixini həmişə nəzərimizdə
saxlamalıyıq. Yanlış düşüncə var ki, Ermənistan, ermənilərin “dənizdən
dənizə” arzusunu reallaşdırmaq üçün
yaranıb. Elə deyil.
Bu cırtdan dövləti
böyük türk dövlətlərini parçalayıb
bir-birindən ayrı
salmaq üçün
yaratdılar... Tam bir əsrdir ki, bu cırtdan
dövlət çıxıb
oturub ABŞ kimi bir dövlətin boynunda və zəli kimi sümürməklə məşğuldur.
90-cı illərdə əgər Azərbaycanın
Ermənistan deyə bir dərdi olmasaydı belə, milli münaqişə yolu ilə müharibə
ocaqları yaradacaqdılar.
Amma ən yaxşı onlara sərf edən variant ermənilər
olduğu üçün
bu kartı ortaya atdılar. ABŞ iqtisadiyyatının yavaş-yavaş gerilədiyi
məlumdur. Rusiya isə
heç vaxt ermənilərin “Allahdan buyruq, ağzıma quyruq” prinsipini dəstəkləməz. Bunu son vaxtlar
rus siyasilərinin aqressiv açıqlamalarından
da görmək mümkündür. O zaman
yerdə qalır Türkiyə. O Türkiyə
ki, ermənilər həmişə özlərini
bu ölkədə suda balıq kimi hiss ediblər. İlk kilsələrini də bu ölkədə qurublar. Birinci Dünya müharibəsindəki
durumdan istifadə edib yerli xalqa
hücum edib və əsl soyqırımı törədiblər.
Amma bu etdiklərinə baxmayaraq, Türkiyənin qurtuluş günəşi
Atatürk belə, yaradılmış Türk
Dil Qurumuna rəhbər kimi Akop Dilaçarı təyin edib. Bu Dilaçar türk
dilinin başına bir oyun gətirib
ki, yaranmış problemləri hələ həll edib qurtara bilməyiblər.
Türkiyə belə Türkiyədir.
Və ağrılısı da odur ki, kimliklərini
kürd kimi yazdıran, adını, familiyasını dəyişən
türk vətəndaşı
olan ermənilər ölkənin çox önəmli postlarında
vəzifələr tuturlar.
Apardıqları təbliğat nəticəsində
də toplumu soyqırımını qəbul
etməyə hazırlayırlar.
Avropa ölkələri, Amerika və Rusiya həmişəki kimi soyqırımı Türkiyəyə
əl birliyi ilə tanıdıb təzminatı reallaşdıracaq
və bir əsrdir bəslədiyi Ermənistanı Türkiyənin
üstünə atacaq.
Əsas məsələ budur.
Türkiyə səssiz qalınca
da, biz-Türkiyədəki
Azərbaycan toplumu bu proseslərə seyrçi qalmırıq.
Artıq
ABŞ senatına ingilis
və türk dillərində müraciət
hazırlamışıq. Qapı-qapı gəzib imza
toplayırıq. Məqsədimiz 5 milyon imzanı Xocalı soyqırımını
əks etdirən sənədlərlə birlikdə
ABŞ senatına göndərməkdir.
Fuad Hüseynzadə
Palitra.-2014.-20 iyun.-S.6.