Aləmzər Əlizadə: “Bizim balalarımız kompyuterin deyil, bizim olmalıdır”

 

“Əgər uşaqlar, biz yaxşı mənada arzuladığımız cizgi filmlərinə baxsa, gözəl nağıllarımızı, şeirlərimizi, laylalarımızı, bayatılarımızı eşidib sevsə, onların mənəvi dünyası daha zəngin, daha rəngarəng olar

 

Ədəbiyyatın uşaqların mənəvi inkişafında mühüm rolu var. Dünya uşaq ədəbiyyatı bir qayda olaraq yalnız maraqlı süjetləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətlər daşımaları ilə səciyyələnirlər. Uşaqlar üçün yazılmış əsərlərə gəldikdə isə o, mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi ilk növbədə söz sənəti olub bədii ədəbiyyata və şifahi xalq ədəbiyyatına xas olan keyfiyyətləri özündə birləşdirir. Ümumiyyətlə, uşaq ədəbiyyatı onların qəlbində nəcib hisslər oyadan, mənzum və mənsur əsərlərlə işıqlandıran, onların gələcəyi haqqında gözəl və ümidli arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Uşaq ədəbiyyatı uşaqları mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasını təmin edir. Uşaq ədəbiyyatı dünyanın yaratmış olduğu bütün maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bu sərvətin əsl varisi kimi tərbiyə etməlidir. Azərbaycanda professional uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Uşaq ədəbiyyatı tariximizdə M. Ə. Sabir, S.S.Axundov, A.Şaiq, A.Səhhət kimi ədiblərimiz öz əksini tapıb. Bu gün müasir uşaq ədəbiyyatının inkişafında öz xidmətləri olan bəzi yazıçı və şairlərimiz var. Müsahibimiz onlardan biri, yazıçı, dramaturq Aləmzər Əlizadədir:

- Ədəbiyyatın uşaqların mənəvi inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Ədəbiyyatın uşaqların mənəvi inkişafında rolu çox böyükdür. Ədəbiyyat uşaqların, hətta körpələrin həyatında məxsusi rol oynayır. Təkcə ədəbiyyat yox, valideynin, ailənin söhbəti, televiziyanın rolu da çox önəmlidir. Məsələn, mənim ailəmdə nəvələrim “Yumrucaq” kanalına baxdılar. Atanın, ananın, nənə və babanın onlara öyrətmək istədikləri bir yanda qaldı, uşaqlarKayukimi danışdılar. Ən pisio idi ki, uşaq ağzını “Kayukimi əyib danışırdı. Əgər uşaqlar, biz yaxşı mənada arzuladığımız cizgi filmlərinə baxsa, gözəl nağıllarımızı, şeirlərimizi, laylalarımızı, bayatılarımızı eşidib sevsə, onların mənəvi dünyası daha zəngin, daha rəngarəng olar. Ancaq bütün günü televiziyada döyüş səhnələrinə baxan, müxtəlif kompyuter oyunları ilə gününü başa vuran balalarımızın gələcəyini heç də yaxşı görmürəm. Mənim atam ziyalı olub. Elmə, biliyə, savada yüksək önəm verib. Qardaş bacılarımın və mənim ali təhsil almağımızda atamla birlikdə anamın da böyük əməyi olub. Anam savadlı olmasa da o qədər gözəl laylalar, nağıllar və s. bilirdi və bizlər bunlarla böyümüşük. Ancaq indi uşaqların çoxunun kompyuter dizinin üstündən düşmür. Onlar yalançı döyüş səhnələrindən, şüalardan başqa heç nə görmürlər. Körpələrimiz kitaba baxmır, şeiri, musiqini dinləmir. Çünki hövsələsi çatmır, dinləmək, qulaq asmaq vərdişinə yiyələnmirlər. Mən Ülvin nəvəmə bir yaşına kimi “Cəbinin cibişeirimi tez- tez oxuyurdum.

Gəlin sayaq uşaqlar,

Kimin çoxlu cibi var.

Hamı saydı cibini,

Birinin beş cibi var,

Birinin üç cibi var,

Cibi olmayan təkcə,

Balaca bir Cəbi var.

Bunu eşidən Cəbi,

Pa, niyə yoxdu dedi,

Bəs babamın cibləri ,

Mənim deyil kimindi?..

Bir dəfə şeiri söyləyəndə gördüm ki, nəvəm şeirin ritmi ilə irəli-geri yırğalanır bununla göstərir ki, şeiri bilir, artıq şeir yadında qalıb. Bu mənim çox xoşuma gəldi. O biri nəvələrim ən çox kompyuter istəyir, nəinki şeir. Bizim balalarımız kompyuterin deyil, bizim olmalıdır. Mən demək istəmirəm ki, uşaqlarımız xarici cizgi filmlərinə baxmasın, amma onların qəhrəmanları olmasın.

- Bugünkü uşaq poeziyası sizi qane edirmi?

- Bu günlərdə keçirilən Yazıçılar Birliyinin qurultayında çıxışı zamanı AMEA Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli təxminən belə bir fikir səsləndirdi ki, uşaq ədəbiyyatına daha ciddi fikir verilməlidir. Hazırda ölkəmizdə çoxlu sayda şeir, nəsr, dram əsərləri yazanlar var ki, onların əksəriyyəti lazımı səviyyədə deyil. O mənada lazımlı deyil ki, bu əsərlər bədii, yeni, təzə, maraqlıdır. Ancaq bizim layiqli uşaq yazarlarımız olub, indi var, yəqin ki, gələcəkdə olacaq. Mən misalı özümdən gətirirəm, “Arışeirimi uşaqların öyrənə biləcəyinə, onları maraqlandıracağına inanıram.

Elə tez ağlayıram məni vuranda arı

Çiçəklər heç ağlamır, hər gün vurur onları

Burada uşağın şeiriyyəti, düşüncəsi var. Bu poeziyadır.

Bir dəfə mən Gəncə şəhərində 4 nömrəli məktəbdə oldum, məktəbin direktoru dedi ki, mən uşaq şairi kimi 5-ci sinifdə 1 dərs keçim. Dərs mənimSarı eynəkseirimin uşaqlara yazdırıb öyrətməyimdən ibarət idi. Lövhədə şeiri yazdim, şagirdlər dəftərlərinə köçürdülər, öyrəndilər. Onlar şeiri mənə əzbərdən söylədilər. Bir uşaq da ayağa qalxıb bildirdi ki, müəllim mən şeirin şəklini çəkdim. O, eynək çəkib gözlüyünü sarı karandaşla rəngləmişdi. Onun çəkdiyi SARI EYNƏK bütün uşaqların da, mənim xoşuma gəldi. Demək, bu uşaq şeiri həm dərk edib, həm onun şəklini çəkib. Şeiri elə yazmaq lazımdır ki, şəklini çəkmək mümkün olsun. Elə şeirlər var ki, onların şəkli çəkilmir, məna-məzmunu yoxdur. Onda demək bu şeirin xidməti yoxdur.Sarı eynəkşeirini söyləyirəm:

Ay nənə, Bax mənə.

Taxmışam eynəyi gözümə.

Baxmışam güzgüdə özümə.

Hamımız-bacım da, Eşik , Pişik , Toplan da, Kuklam da, Özüm , Sarıyıq gözümdə.

Ümumiyyətlə, şeir oynaq, ritmik, axıcı, mənalı olmalıdır. Yaxud oradan isə götürməlisən. Məsələn, mən bir dəfə yuxuda gördüm ki, dənizdir orada balıq var. Yuxuda bu şeiri duydum:

Günəş suya düşəndə

Balıqlar heç çaşmırmı?

Kirpikləri də yoxdur

Gözləri qamaşmırmı?

Mən oyanıb şeiri köçürdüm. Həmin andaca da düşünməyə başladım ki, görəsən balığın kirpiyi varmı? Sonra bir zoologiya müəllimindən öyrəndim ki, balığın kirpiyi yoxdur. Bu şeiri eşidənlərin hamısı dərhal maraqlanırlar ki, görəsən balığın kirpiyi var, ya yox?. Yəni kiçik yaşlı bir uşaq da bunu eşidəndə öyrənmək istəyəcək. Bu mənada mən uşağa bir şeir verirəmsə çalışmalıyam ki, nə isə bir şey öyrənsin.

- Bu gün uşaq ədəbiyyatının azlığının səbəbi nə ilə bağlıdır?

- Ümumiyyətlə, ölkəmizdə uşaq ədəbiyyatı əvvəldən az olub. Bunun səbəbi də onunla bağlı olub ki, tarixən uşaq ədəbiyyatına kifayət qədər diqqət yetirilməyib. Yəni ədəbiyyat, teatr sözünün qabağında uşaq yazılırsa bu o deməkdir ki, böyük deyil. Hələ böyüyüb böyük ədəbiyyat, böyük teatr olmalıdır. Bu sahəyə “Eh uşaqlar nə qanır” kimi baxılmamalıdır. Uşaqların yeməyinə, gəzməyinə tərbiyəsinə necə ciddi diqqət yetirilirsə, onun mənəvi inkişafına da o dərəcədə diqqət gərəkdir. Bu məsələ istər dövlət, istər valideyn, istərsə də uşaq müəssisələri tərəfindən daim nəzarətdə saxlanmalı, hava kimi, su kimi vacib olmalıdır. Çalışmalıyıq bizim uşaqlar hamıdan yaxşı yaşasın, sağlam böyüsün. Bunun üçün kifayət qədər vəsait ayrılır. Ancaq çox vaxt belə düşünürük ki, bizim uşaqlara nə ədəbiyyat, nə teatr lazım deyil. Bu səhv fikirdir. Ölkəmizdə uşaq ədəbiyyatı barmaqla sayılır. Abdulla ŞaiqinKeçi”, M.Ə. SabirinUşaqbuz”, A.Səhhətin, M. Seyidzadə, X.Əlibəyli və digər şairlərimizi göstərmək olar. Bu gün elə dəyərli uşaq yazarlarımız var ki, onların özlərini də əsərlərini də özlərindən başqa heç kim tanımır. Bunları tanıtmaq , sevdirmək, əsərlərindən bəhrələnmək gözəl olardı. Səməd Vurğunu hamı tanıyır. Uşaq ədəbiyyatımızda bir “Cücələrim”, “Ay uzun saç, qara göz” şeirindən başqa kütləvi tanınan şeirimiz yoxdur.

 

Nigar Abdullayeva

Palitra.-2014.-24 iyun.-S.11.