“İndiki gənclik daha şanslıdır”

 

Sərdar Yusifoğlu: “Biz intellektual gəncləri bir araya gətirməyə və onların ortaq yeni ideyalar tapmasına çalışırıq”

Son zamanlar gənclərin elmi, mədəni, ümumiyyətlə mənəvi və fiziki inkişafı istiqamətində ölkəmizdəki gənclər təşkilatlarının fəaliyyətində aktivlik özünü daha çox büruzə verir. Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyibu baxımdan fəallıq göstərir. Birliyin sədri Sərdar Yusifoğlu ilə həmsöhbət olub görülən işlərlə bağlı fikirlərini öyrəndik.

 

- Öncə təmsil etdiyiniz təşkilat haqda məlumat verərdiniz.

- 2007-ci ildən bir qrup gəncin təşəbbüsü ilə fəaliyyət göstərən birliyimiz Prezident İlham Əliyevin gənclər siyasətini tam dəstəkləyir və bu istiqamətdə atılan addımlara qoşulur. Qayəmiz dövlətinə, millətinə, bayrağına sadiq, milli-mənəvi dəyərlərini qoruyan, elmli, müasir və inanclı gəncliyin yetişməsində rol oynamaqdır. Məqsədlərimizə çatmaq üçün müxtəlif layihələr, seminarkonfranslar keçiririk. Həmçinin fəal gənclərin regionlara ekskursiyasını təşkil edirik. Bu ekskursiyalarda gənclər ölkəmizin bir sıra tarixiturizm əhəmiyyətli yerlərində olurlar. “Həm öyrənək, həm də istirahət edək” layihəsi çərçivəsində Yardımlı-Masallı, İsmayıllı-Qəbələ, Qubas. turları təşkil edilmişdi ki, bu turların hər birində regional şöbələrin fəalları da daxil olmaqla 50-70 arası gənc iştirak edib. Bütün bunlarla birlikdə xaricdə təhsil almaq istəyənlərə də yardımçı olmağa çalışırıq. Bir sıra yerlixarici təşkilatlar, o cümlədən dövlət qurumları ilə sıx əməkdaşlığımız mövcuddur.

- Dövlətin gənclər siyasətində gənclərin fiziki və mənəvi inkişafı məsələsinə nə dərəcə yer verilir?

- İndiki dövrümüzdə gənclərin arzularının reallaşması üçün daha əlverişli şərait yaranıb. Deyərdim ki, bütün bunlara görə indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Məsələn, keçmiş illərdə gənclərimiz üçün maddi baxımdan xaricdə təhsil almaq əngəl idisə indi isə gənclər, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsi ilə bundan yararlana bilərlər. Ümumiyyətlə, dövlət başçısı özü də dəfələrlə bildirib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər özünü dövlətin gənclər siyasətində də göstərir. Odur ki, bizbu siyasətə dəstək vermək üçün intellektual gəncləri bir araya gətirməyə və fikir mübadiləsi nəticəsində onların ortaq yeni ideyalar tapmasına çalışırıq. Elə bu yerdə qeyd etmək istərdim ki, Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasından sonra, gənclər təşkilatlarımız cəmiyyətə daha çoxdaha yaxşı xidmət göstərmək imkanları qazanıblar. Az müddətdə yüzlərlə irili-xırdalı layihəyə dəstək vermiş bu fond, Azərbaycanın gələcəyinə töhfələr verir. Unutmamalıyıq ki, dövlət maariflənməyə vəsait ayırırsa, bizo vəsaiti düzgün istiqamətə yönəltməliyik.

-Ümumiyyətlə, Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?

- Bildiyiniz kimi ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra yeni yaradılan ilk nazirlik Gənclər, İdmanTurizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) olub. Bu o demək idi ki, ulu öndər ölkəmizin inkişafını sağlam gənclikdə görürdü. Xüsusilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda ulu öndər Heydər Əliyev iştirak edib.

Ümummilli liderin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

İndiki dövrümüzdə gənclər üçün daha münbit şərait yaranıb. Gənclərimizin təşkilatı və fərdi layihələri üçün Prezident yanında Gənclər Fondunun zəhmətləri əvəzsizdir. Yaranmasından az bir vaxt keçməsinə baxmayaraq minlərlə gəncin fərdi təşəbbüslərinin dəstəklənməsində durmadan çalışır.

Xaricdə təhsil alan gənclərimiz dövlət proqramından yararlana bilir. Təbii ki, bu tip məqamları saymağa vaxtımız çatmaz.

-Gənclər təşkilatlarının ictimai-siyasi fəallığı hansı səviyyədədir?

- Təbii ki, gənclərin əlində olan resurslar, bilgilər artdıqca təşkilatlarda fəaliyyətlərini genişləndirərlər və bu təqdirəlayiq haldır. Ən əsası bu aktivliyin qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun stimul verməsi ilə bağlıdır. Yüksək səviyyəli hökumət nümayəndələri, gənclər və gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri ilə mütəmadi görüşlər də bu qəbildəndir.

- GEMİ olaraq öz fəaliyyətinizdə gənclərin fiziki və mənəvi inkişafı məsələsinə hansı formada yer ayırıbsız?

- Bizim əsas işimiz elm və təhsilə töhfə verməkdir. Bu istiqamətdə çoxlu layihələr həyata keçirmişik. Məsələn, 2012-ci ildə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyimizLiderlik və mən məktəbi” layihəsini götürək. Bu layihə Şəki və ətraf rayonları əhatə etmişdi. Burada xüsusi təlimlər keçirildi. Təlimlərə müxtəlif sahələrdən olan mütəxəssislər dəvət olunmuşdu. Gənclər o layihədən liderlik xüsusiyyət və bacarıqlarını öyrəndilər.

Ötən il isə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə iki layihə həyata keçirmişik. Bunlardan biriRegion gənclərinin müasir bilik akademiyası” layihəsidir. Bu layihə çərçivəsində Bakıda yaşayan, təhsil alan 40 dan çox gəncə rusingilis dili tədris olundu.

Digəri isə “Bakı və Abşeron gəncləri üçün müasir marketinq məktəbi” layihəsidir. Bu layihədə 30 nəfər gənc iştirak edirdi. Təlim xaricdə təhsil almış, bu sahədə kifayət qədər təcrübəyə malik müəllim tərəfindən aparılırdı. Biz, gənclərin tapmaları üçün marketinq üzrə nəzəri və praktiki biliklərin və bacarıqların inkişaf etdirilməsini hədəf seçmişik. Layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsi idi. Bununla da gənclərin peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstək göstərməyə çalışırdıq. Biz istəyirik ki, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu artsın, gənclərimiz müsbət dəyişikliyə doğru irəliləməkdə daha əzmli olsun.

Gənclərin əcnəbi dilləri öyrənmələri ilə bağlı daha bir fəaliyyətiniz “Bakı Linqvistika Məktəbi” proqramının icrasıdır. Proqram çərçivəsində ilkin olaraq linqvistika elminin araşdırıcısı və 25 dil bilən Emin Quliyevin "Linqvistikanın sirləri" adlı seminarları keçirilib. Proqramın məqsəd və məramları gənclərə asan dil öyrətməyin yolunu göstərməkdir. Növbəti mərhələdə bizim fikrimiz var ki, bu işi daha akademik səviyyədə həyata keçirək.

Yeri gəlmişkən, iyul ayında GEMİ-nin üzvləri Əli İsgəndərovun “Gənclərin turizm sektorunda xidmət bacarıqlarının artırılması”, Taleh İbadovun isə “UniCup-Universitetlərarası 1-ci futbol yarışması” layihələrinə start veriləcək. Hər iki layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq.

- Bu kimi layihələrin gənclərimizin mənəvi inkişafına nə dərəcədə köməyi olur?

- Hesab edirəm ki, paytaxta böyük ümidlərlə gələn bölgə gənclərimizin mənəvi-fiziki inkişafı, eləcə də yeni bacarıqlarını açmaq, onları yönəltmək naminə hər bir təşkilat müəyyən qədər görməyə çalışmalıdır. Bölgələrdən gələn gənclərin problemləri Bakıda yaşayan gənclərə nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və müxtəlif vasitələrlə aradan qaldırmağa çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz layihə, Bakıda təhsil alan bölgə gənclərində dil bilgisinə olan real tələbatın çox cüzi bir hissəsini ödəyir.

-Gənclərin əsasən hansı sahədə maariflənməsinə ehtiyac var?

- Ekologiya, hüquqi maariflənmə, sağlamlıq, kulutrologiya, milli-mədəni irsimizin tarixi, ulu öndərimizin müasir Azərbaycanın quruculuğunda verdiyi töhfələrlə xüsusi maariflənməyə ehtiyac vardır.

-Gənclər mənəvi inkişafları üçün əsas nəyə üstünlük verməlidirlər?

- İnformasiya insan oğlunun sahib olduğu ən güclü kapitaldır. Təhsil almaqla da bu formalaşır. Bunun üçün oxumaq, oxumaq, yenə oxumaq lazımdır. İnsan özünə vardığı zaman daha çox özünü inkişaf etdirə bilər. Özünə varmanın da yolu yaxşı təhsil almaqdan keçir. Gənclərin özünə inamı olmalıdır. Təslim olmamalıdırlar. İstəklərini nəticələndirməlidirlər. Həmçinin optimist olmaları gərəkdir. Hər şey yaxşılığa doğru olur”, düşüncəsinə sahiblənməli, inadcıl olmalıdırlar.

-Bu gün gənclərdə öz potensiallarını istədikləri kimi üzə çıxarmaq imkanı varmı?

- Əlbəttə. Əslində bu sualın cavabını qismən olsa da bir az öncə cavablandırdım. Amma problemlər qaçılmazdır. Bəzən gənclər ailələri tərəfindən qadağalarla üzləşdiklərini bildirirlər. Amma unutmamalıdırlar ki, istedad xəmirə bənzəyir. Onu qədər sıxışdırsalar da barmaqların arasından sürüşüb çıxar.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-28 iyun.-S.11.