Yeniyetmə və gənclərin inkişafında mədəniyyətin rolunu artırmaq lazımdır

 

Bu məqsədlə internetinsosial şəbəkələrin imkanlarından

geniş şəkildə yararlanmaq olar

 

Gənclər İKT texnologiyalarından getdikcə daha bol yararlanmaq imkanı qazanır. Bu isə gənclərin mənəvi və intellektual inkişafında önəmli yer tutur. Amma problem burasındadır ki, gənclər arasında interenetdən əyləncə, “vaxt öldürmək” məqsədilə səmərəsiz yararlananlar xeyli çoxdur.

Xüsusən də sosial şəbəkələr artıq bir çoxları üçün “laqqırtı” məkanına dönməkdədir. Məsələn, hazırda ən populyar olanFacebooku izləsək, orada əyləncə, laqqırtı, tanışlıq məqsədilə vaxt öldürənlərin çoxluq təşkil etdiyini yəqin etmək çətin deyil. Xarici dostlara Azərbaycanın qazandığı nailiyyətlər, mədəniyyətimiz, həqiqətlərimiz barədə informasiyalar ötürmək, Azərbaycanı hər cəhətdən təbliğ etmək və bu barədə vətənpərvərlik nümayiş etdirmək gənclərimizin sosial şəbəkələr və çat proqramlarında əsas fəaliyyət istiqamətlərindən olmalı idi. Bu, həm də mədəniyyət və kulturologiya baxımından maariflənmək, əldə etdikləri informasiyaları paylaşmaq baxımından da çox önəmlidir. Təəssüf ki, bu gün bir sıra hallarda bir qədər başqa mənzərənin şahidi oluruq. Belə ki, gənclər özlərinin və Azərbaycan cəmiyyətinin maraqları və ümummilli hədəflər naminə internetdən lazım olduğu qədər yararlanmırlar. Eyni vəziyyət daha çox dünya siyasiləri və diplomatlarının yer aldığı “Twitter” və digər sosial şəbəkələr və çat proqramlarında da müşahidə olunur. Buradan görünür ki, gənclərin bu yöndə maarifləndirilməsi və onlar arasında təşviqat aparılması xeyli aktualdır. Bu, onların inkişafı və mənəvi səviyyələrinin yüksəldilməsi üçünolduqca aktuallıq kəsb edir. Gənclər ölkənin qlobal mədəniyyət müstəvisində qazandığı nailiyyətlər barədə virtual dünyada təbliğat aparmaq sahəsində lazımi mütəşəkkillik və ardıcıllıq göstərmirlər. Bu barədə gənclərin informasiya qıtlığı, mədəniyyət məsələləri, eləcə də Azərbaycanın mədəniyyət kontekstində turizm imkanları, gerçəklikləri barədə lazımi bilgilərin olmaması da problemi daha da aktuallaşdırır. Gənclər bu barədə mövcud olan təbliğat materiallarından, internet resurslarından da əsasən xəbərsizdirlər. Bu da onların intellektual inkişafı yolunda əsas maneələrdəndir. Eləcə də xarici dillərdə bu barədə təbliğat materiallarının yetərincə olmaması, yaxud keyfiyyətcə qeyri-adekvatlıq da öz işini görür. Məlumdur ki, gələn il ölkəmizdə hər il böyük mədəniyyət tədbirləri, qlobal tədbirlər keçirilirdünya ölkələrindən qonaqlar ölkəmizə axışır. Ölkəmizin hərtərəfli təbliğatının aparılmasının lazım gəldiyi bu situasiyalarda gənclərin qeyd edilən məsələdə lazımi qədər aktiv və mütəşəkkil olmaması ümumi təbliğat işinin xeyrinə, eləcə də gənclərin ümumi inkişafı baxımından məqsədəuyğun olmazdı.

Eləcə də Azərbaycanın ən aktual problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu barədə həqiqətlərin həm də mədəniyyət kontekstində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işində gənclərin iştirakı hələ də qənaətbəxş deyil. Müşahidələr göstərir ki, sosial şəbəkələrə qoşulan gənclərimizin - xaricdə və ölkədə təhsil alan tələbələr, digər kateqoriyalı gənclər, diaspor nümayəndələri, elm adamları, sair insanlarımızın hər birinin bir çox hallarda minlərlə əcnəbi virtual dostu olduğu halda, bu dostlar arasında Azərbaycan mədəniyyəti və həqiqətləri barədə məqsədli və ciddi təbliğat aparılmır. Sosial şəbəkələrdə Azərbaycan mədəniyyəti və həqiqətlərini təbliğ edən və yayan qrupların sayı hələ də azdır. Xüsusilə bu məqsədlə gənclər arasında bloqçuluğun təşviq edilməsi, bloqlardan Azərbaycan mədəniyyəti və həqiqətlərinin təbliği vasitəsilə yararlanma səviyyəsi xeyli dərəcədə aşağıdır. “Facebook”, “Myspace”, “Twitterkimi şəbəkələrdə, ümumiyyətlə internetdə aktiv olan gənclər demək olar ki, bloqsuz çıxış edirlər, əcnəbilərə həqiqətlərimizlə bağlı müfəssəl, əsaslandırlmış məlumatlar təqdim etməkdə çətinlik çəkirlər. Belə olduğu halda, Azərbaycan gənclərinin milli mənafelər naminə yeni media vasitələrindən yararlanmaq təcrübəsinin xeyli az olduğu qənaəti yaranır. Həmçinin sırf Azərbaycan mədəniyyəti, həqiqətləri, Qarabağla bağlı yaranan saytlarda da ciddi effekt verməyən ənənəviçilik var. Əksər hallarda bu saytlarda canlı, eksklüziv müsahibələr, xaricilərin, beynəlxalq təşkilatların təmsilçilərinin, diplomatların, diasporumuzunsairin xeyrimizə fikir və arqumentləri verilmir. Belə saytlar əsasən hazır, köhnə materialların yerləşdirilməsi ilə kifayətlənir. Həmçinin bu saytlarda Azərbaycan mədəniyyəti tamdolğun təqdim edilmir. İstisnaları çıxmaq şərtilə, sözügedən sahədə vəziyyət qənaətbəxş deyil. Azərbaycan mədəniyyətini daha effektli formada beynəlxalq aləmdə tətbiq etmək üçün yeni üslub və keyfiyyətdə saytların yaradılması da vacibdir.İncə bir məqam Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğ edilməsində taktiki yanaşmanın olmamasıdır. Çox vaxt təbliğat işinə həvəsi olan gənclər yeknəsəq məlumatlarla xarici dostları, tanışları usandırırlar. Gənclər Azərbaycan mədəniyyəti barədə ən maraqlı məqamları verəndən və əcnəbilərdə maraq oyadandan sonra sırf Qarabağ probleminə aid məlumatları ötürsələr, daha məqsədəuyğundur. Bu məqsədlə bütün mədəniyyət, mətbəx, dəyərlər və sair elementlərdən yararlanıb Azərbaycanı tanıdandan sonra sırf Qarabağ məsələsinə keçəndə daha çox effekt əldə olunar ki, bu da təlimlər vasitəsilə gənclərə aşılanmalı olan məsələlərdəndir.

Qeyd edilənləri nəzərə alaraq gəncliyin inkişafında mədəniyyətin təbliği və rolundan geniş istifadəyə ehtiyac var. Bu çərçivədə gənclərin intellektualkulturoloji inkişafına yönəlik layihələr intensivləşdirilməli və daha effektiv şəkildə həyata keçirilməlidir.

Məsələn, gənclərin İKT-dən daha səmərəli istifadə etməsilə Azərbaycanın internetdə hərtərəfli təbliğinə, gənclərin bu məqsədlə təşviq edilməsinə, onların bu sahədə bacarıqlarının təkmilləşdirilməsinə, bilgilərinin artırılmasına və mütəşəkkilləşməsinə yardımçı olmaqla, bu sahədə xeyli nailiyyətlər qazanmaq olar. Bu sıradan Azərbaycan mədəniyyətinin, qlobal mədəniyyət müstəvisində qazanılan uğurların beynəlxalq aləmə çatdırılmasında sosial şəbəkələrdə aktiv olan gəncləri səfərbər etmək, təşkilatlandırmaq, Azərbaycanın müasir ölkə imiciturizm imkanlarının beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı gənclərin imkanlarını virtual məkanda səfərbər etmək, Azərbaycan mədəniyyəti və həqiqətləri ilə bağlı internet resurslarının və onlardan istifadə keyfiyyətinin artırılmasında, Azərbaycan mədəniyyəti ilə bağolaraq gənclərin maarifləndirilməsi və mövcud resurslarla səfərbər edilməsində, Azərbaycan həqiqətləri və Qarabağ məsələsi ilə bağlı dünyaya dolğun məlumat çatdırılmasında gənclərin gücündən lazımi şəkildə yararlanmağa, ümummilli hədəflərə çatmaq işində gənclərin aktivləşməsinə yardımçı olmaq, mədəniyyətimizlə bağlı dolğun informasiyaların beynəlxalq sferada yayılması ilə bağlı sosial şəbəkələrdə aktiv olan gəncləri, tələbələri taktiki baxımdan hazırlamaq, onların təbliğat metodlarını təkmilləşdirmək, müvafiq dövlət qurumları və QHT-lərlə sosial şəbəkələrdə aktiv olan gənclər arasında internetdən milli məsələlər naminə istifadəyə aid koordinasiyanın qurulmasına töhfə vermək və sair məsələlər reallaşa bilər.

 

İlkin AĞAYEV

Palitra.-2014.-2 iyul.-S.11.