Səlahəddin Xəlilov: “Filosoflarımız ortaq fəlsəfi dəyərlərin inkişafına töhfələr verirlər”

 

Azərbaycanda ictimai elmlərin, o cümlədən fəlsəfənin inkişafı barədə bizə fikirlərini bildirən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının idarə heyətinin sədri, AMEA müxbir üzvü, professor Səlahəddin Xəlilov qeyd etdi ki, ictimai elmlərin və fəlsəfənin inkişafına dəqiq elmlər üçün müəyyənləşdirilmiş meyarlar mövqeyindən yanaşmaq yolverilməzdir:

“Dəqiq elmlər sahəsində beynəlxalq elmi proseslərə inteqrasiya olunmaq, əlbəttə, çox mühüm bir vəzifədir. Çünki bu sahədə əldə olunmuş nəticələr öz əksini dünyanın qabaqcıl elmi jurnallarında tapmasa, beynəlxalq elmi ictimaiyyətin nəzərinə çatdırılmasa, onlar ümumbəşəri inkişafın tərkib hissəsinə çevrilə bilməz. Lakin ictimaihumanitar elmlərin öz spesifikası var. Burada ümumbəşəri problemlərlə yanaşı, hər bir xalqın özünüdərk istiqamətindəki elmi-nəzəri araşdırmaları çox vaxt milli miqyasda həyata keçir. Və bunun üçün hər bir ölkənin özü cavabdeh olmalı, bu tədqiqatların dəyərləndirilməsi və stimullaşdırılması sahəsində dövlət miqyasında tədbirlər görülməlidir. Və bütün bu tədbirlər müvafiq fəlsəfi təhlil tələb edir”.

 

Professorun fikrincə, XXI əsrdə Azərbaycan elmi-fəlsəfi fikrinin qarşısında duran vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar: fəlsəfənin dünyagörüşü funksiyasını inkişaf etdirməklə yanaşı, onun ideoloji funksiyasını yeni təməllər üzərinə keçirmək və mücərrəd tədqiqatlarda real ictimai-siyasi problemlərə doğru konkret addımlar atmaq. Digər tərəfdən, Azərbaycan fəlsəfi fikrinin milli düşüncə ənənələri üzərində yenidən qurulması vəzifəsini nəzərə almaqla yanaşı, milli fəlsəfi fikrin beynəlxalq miqyasa çıxması və ümumbəşəri fəlsəfi tədqiqatlar kontekstinə daxil edilməsi sahəsində genişmiqyaslı yaradıcılıq işləri aparmaq, Azərbaycan alimlərinin araşdırmalarının beynəlxalq elmi forumlarında təqdim olunmasına nail olmaq”. Alim onu da qeyd etdi ki, əlamətdar haldır ki, bu vəzifələrin yerinə yetirilməsinə ən çox xidmət edən və son onillikdə Azərbaycan fəlsəfi fikrinin inkişafında ən böyük rol oynayan təşkilat hansı isə bir dövlət qurumu olmayıb, fəlsəfi fikir adamlarının könüllü birliyi kimi fəaliyyət göstərən AFSEA - Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasıdır. Akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi bu təşkilat 2003-cü ildə yaradılıb və keçən 11 il ərzində Azərbaycanda fəlsəfi fikrin inkişafında və Azərbaycan filosoflarının beynəlxalq fəlsəfi məkana inteqrasiya olunmasında böyük rol oynayıb: “AFSEA-nın yaradılması qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə böyük təkan olmuşdur. Fəlsəfi fikir bir ölkə miqyasına sığmır. Ona görə də, coğrafi yaxınlığa görə deyil, fəlsəfi tədqiqat təcrübəsi və ənənəsi baxımından bizə yaxın olan Rusiya və Türkiyə Fəlsəfə Cəmiyyətlərinin AFSEA-nın təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq müşavirəsində birgə tədqiqat istiqamətləri müəyyənləşdirilmiş, əməkdaşlıq məsələləri müzakirə olunub. Vətəndaş cəmiyyəti quruculuğu şəraitində filosofların müstəqil şəkildə təşkilatlanması və bir ictimai qurum kimi daha operativ fəaliyyət göstərməsi əlavə bir imkan idi və AFSEA bu imkanın realizasiyası sahəsində bir sıra ciddi addımlar ata bilib”. AFSEA-nın fəaliyyət istiqamətləri içərisində ilk növbədə beynəlxalq elmi konfranslar keçirilməsini, müntəzəm fəaliyyət göstərən fəlsəfə seminarlarının təşkilini, Azərbaycan fəlsəfi fikrini dünya miqyasına çatdırmaq əzmində olan beynəlxalq elmi jurnalın çap olunmasını, görkəmli filosofların yubileylərinin qeyd olunmasını, ölkəmizdə fəlsəfi fikrin təbliği sahəsində səylərin səfərbər olunmasını və əlaqələndirilməsini, həm Qərb, həm də Şərq fəlsəfi fikrinin bir sıra klassik nümunələrinin dilimizə tərcümə olunmasını, fəlsəfi disputların keçirilməsini və s. göstərə bilərik. AFSEA yaradıldıqdan sonra onun təşəbbüsü ilə Azərbaycan fəlsəfi fikri Ümumdünya Fəlsəfə Konqreslərində mütəşəkkil şəkildə təmsil olunmağa başladı. 2003-cü ildə İstanbul Konqresində məndən başqa ancaq bir nəfər iştirak edirdi. 2008-ci ildə Seul Konqresində Azərbaycan 4 nəfərlə təmsil olundu, 2013-cü ildə Afinada keçirilən Konqresdə isə Azərbaycan nümayəndə heyəti artıq 10 nəfərdən ibarət idi. Həm də söhbət sadəcə kəmiyyət artımından getmir. Ümumdünya Fəlsəfə Konqreslərinin tarixində ilk dəfə olaraq müasir türk dünyasının nümayəndəsinə də yer ayrılıb, onun təliminin müzakirəsi keçirilib. Belə ki, Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi, ontologiya, epistemologiya, fəlsəfə tarixis. konkret sahələr üzrə bölmə iclaslarından əlavə, görkəmli filosofların təlimlərinə həsr olunmuş personal müzakirələr də keçirilib. Platon, Kant, Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, indi sağ olan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-Teresa Timiniçka, İoanna Kuçuradi) təlimlərinə ayrıca dəyirmi masalarseminarlar həsr edilib. Əlamətdar haldır ki, bizim yeni təlimimiz də ayrıca bölmədə müzakirə olundu. Belə ki, mənim Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığım yeni fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində oldu. Prof.Dr. Françesko Alfieri (Vatikan) mənim ingilis dilində nəşr olunmuş “Həyat fenomenologiyası və İdeyanın həyatı” kitabında irəli sürdüyüm yeni ideyalar barədə məruzə ilə çıxış etdi. Prof. Dr. Daniela Verduççi (İtaliya), Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof.Dr. Maija Kule (Latviya) və başqaları müzakirələrə qatılaraq bu yeni təlimi fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş fərqli istiqaməti kimi dəyərləndirdilər. Ümumiyyətlə, Azərbaycan filosoflarının ən müasir fəlsəfi cərəyanlardan biri olan həyat fenomenologiyası üzrə əsərləri dünya fəlsəfi ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Hər il keçirilən Ümumdünya Fenomenologiya Konqreslərində 2003-cü ildən bəri (Oksford Universitetində, daha sonra Romada, İstanbulda, Antvependə, Bergendə, Bostonda, Parisdə) ölkəmizin filosofları iştirak etmiş və onların əsərləri fenomenologiya üzrə ən mötəbər jurnallarda, o cümlədən, “Analetika Husserlianada çap olunub”. Alim bildirdi ki, AFSEA alimlərimizin buya digər konkret mövzular üzrə keçirilən beynəlxalq konfranslara qatılmasına həmişə dəstək verib: “Filosoflarımız habelə üç ildən bir İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Beynəlxalq Metafizika Konqresində də müntəzəm surətdə iştirak etmişlər. Lakin ölkəmizdə fəlsəfənin inkişafı təkcə alimlərimizin xarici ölkələrdə keçirilən konfranslarda iştirakı ilə təmin edilə bilməz. Bunun üçün Bakıda da mötəbər fəlsəfə konfranslarının keçirilməsinə böyük ehtiyac vardır. AFSEA bunu nəzərə alaraq Bakı şəhərində bir-neçə dəfə beynəlxalq fəlsəfi konfranslar təşkil etmişdir ki, bunların sırasında biz AFSEA-nın Rusiya Fəlsəfə Cəmiyyəti və Türkiyənin Fəlsəfə Dərnəyi ilə birgə keçirdiyi simpoziumu, 2004-cü ildə Ş.Y.Sührəvərdinin 850-illiyinə həsr olunmuş beynəlxalq konfransı, 2008-ci və 2011-ci illərdə türk dünyası filosoflarının Bakı toplantılarını və burada keçirilən səmərəli diskursu xüsusi qeyd edə bilərik”. AFSEA-nın fəaliyyət istiqamətləri içərisində ən mühüm olanlardan biri fəlsəfi nəşrlərdir: “Bu sırada 2003-cü ildən nəşr olunmağa başlayan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının xüsusi yeri var. Bu jurnal ictimai elmlər sahəsində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq miqyasda tanınmaqla yanaşı, beynəlxalq “The Philosopher`s İndexreferativ fəlsəfə jurnalında təmsil olunmaq hüququ da qazanıb. Jurnalda nəşr olunan məqalələrin xülasəsi ABŞ-da ingilis dilində çap olunub bütün dünyanın qabaqcıl elm mərkəzlərinə göndərilir. Yaxın vaxtlara qədər ictimai elmlər sahəsində çalışan alimlərin dünyanın tanınmış nəşriyyatlarında və jurnallarında çap olunmaması ölkəmizdə həmin sahənin dəqiq elmlərə nisbətən geri qalması təsəvvürünü yaradırdı. Lakin son onillikdə Azərbaycan filosoflarının əsərlərinin xarici ölkələrdə nəşrləri çoxalmış, həm sanballı monoqrafiyaların, həm də nüfuzlu jurnallarda çap olunan məqalələrin sayı artıb. Ramiz Mehdiyevin qloballaşmamilli varlıq probleminin tədqiqinə həsr olunmuş əsərləri təkcə Azərbaycan üçün deyil, bir tərəfdən bütün MDB ölkələri üçün, digər tərəfdən də türk cümhuriyyətləri üçün böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, onun bu mövzudakı kitabları Türkiyədə və digər türk cümhuriyyətlərində də geniş yayılıb. İstanbulda nəşr olunan «Azerbaycan: küreselleşmenin talepleri. Geçmişten dersler, bugünün gerçekleri ve geleceğin perspektifleri.» (İstanbul, «Da» yayıncılıq, 2005); “Geçmişin işığında. Demokrasiyə gedən yolDa» yayıncılıq, 2008) kitabları Türkiyənin elmi ictimaiyyəti və siyasi dairələri tərəfindən böyük maraqla qarşılanıb. Bu sətirlərin müəllifinin də Moskvada, İstanbuldaStokholmda 10-dan artıq kitabı nəşr olunmuş və həmin ölkələrin nüfuzlu jurnallarında bu kitablara müsbət rəylər çıxmışdır. Moskvada - Rusiya Elmlər Akademiyasında və Parisdə - Ümumdünya Fenomenologiya Kongresi çərçivəsində mənim kitablarımın təqdimat mərasimi keçirilmişdir. Gənc fəlsəfə tədqiqatçıları f.e.d. Könül Bünyadzadə, dos. Əbülfəz Süleymanlı, dos. Roida Rzayevanın da kitabları İstanbulda işıq üzü görüb. Son 10 ildə Azərbaycan filosoflarının əsərlərinin “Springer” nəşriyyatında və ABŞ-ın nüfuzlu jurnallarında çap olunması, beynəlxalq konfranslarda onların nəinki sadəcə iştirakı, habelə elmi təşkilat komitəsinə və Rəyasət Heyətinə seçilməsi, dünyada tanınmış jurnalların Redaksiya Heyətinə üzv seçilməsi bu yanlış təsəvvürləri aradan qaldırdı. İndi hətta gənc filosoflarımız da dünya miqyasında uğurlara imza atırlar. Parisdə nəşr olunan “Yaradıcı Qadınlar” Ensiklopediyasında gənc fəlsəfə elmləri doktoru Könül Bünyadzadə haqqında oçerk daxil edilməsi də təsadüfi deyil. Rusiya fəlsəfi məkanı ilə əlaqələr də uğurla davam etdirilir. Akademik Ramiz Mehdiyev, fəlsəfə elmləri doktorları Zümrüd Quluzadə, İlham Məmmədzadə, Rəfiqə Əzimova, dos. Roida Rzayevabu sətirlərin müəllifi və s. Rusiya mətbuatında dəfələrlə çıxış etmiş və Azərbaycan fəlsəfə fikrini qonşu ölkədə keçirilən forumlarda yüksək səviyyədə təmsil ediblər”. Professor deyir ki, Azərbaycanın coğrafi baxımdan Şərq və Qərb arasında mərkəzi mövqe tutmaqla yanaşı, həm də Şimal və Cənub arasında oynadığı strateji rolun ideolojiideya-siyasi aspektlərdə də təsbit olunması üçün mühüm addımlar atılıb:Buna qədər bir-birindən, demək olar ki, xəbərsiz olan rustürk filosofları bundan sonra məhz Azərbaycan Fəlsəfə cəmiyyətinin köməyi və iştirakı ilə müəyyən əlaqə qura bildilər. Bu əlaqələr Azərbaycan fəlsəfi fikrinin sonrakı inkişafı üçün mühüm şərt idi. Belə ki, uzun müddət SSRİ məkanında rus filosofları ilə əməkdaşlıq etmiş və düşüncə, habelə tədqiqat ənənələri baxımından rus fəlsəfi məktəbinə daha yaxın olan müasir Azərbaycan fəlsəfə tədqiqatçıları həm öz tədqiqat problematikasını genişləndirmək, həm də türk fəlsəfi fikri vasitəsilə, bir tərəfdən, Qərb fəlsəfəsinə, digər tərəfdən də, orta əsr türk islam fəlsəfi düşüncə tarixinə yeni qapılar açmaq imkanı əldə edir. Şərq-Qərb problematikası üzrə dünyada tanınmış mütəxəssislər çoxdur. Lakin 2004-cü ildə S.Xəlilovun “Şərq və Qərb” monoqrafiyası əvvəlcə Bakıda, daha sonra xarici ölkələrdə çap olunduqdan sonra beynəlxalq miqyasda onun bu sahədə aparıcı mütəxəssis kimi tanınması sayəsində Nyu-Yorkda çap olunanGlobal Studies Encyclopedia” və Moskvada çıxan “Qlobalistika” ensiklopediyalarında “Şərq və Qərb” mövzusu mənim tərəfimdən yazılıb”. Azərbaycan dünya fəlsəfi fikrinin mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi addımlar atır: “2004-cü ildə AFSEA-nın təşkilatçılığı və Almaniyadan olan qonaqların iştirakı ilə İ.Kantın vəfatının və L.Feyerbaxın anadan olmasının 200 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans da Azərbaycan fəlsəfi fikir məkanının genişləndiyindən xəbər verirdi. AFSEA-da bu ənənənin davamı olaraq elə həmin ildə Jan-Pol Sartrın 100 illik yubileyiCon Lokkun vəfatının 300 illiyi qeyd edilmiş və “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalında bu filosofların həyat və fəaliyyətinə dair məqalələr çap edilmişdir. David Yumun, Moris Merlo-Pontinin, Karl Popperin, A.N.Uaythedin və digər görkəmli Qərb filosoflarının yubileylərinin qeyd olunması Azərbaycanda Qərb fəlsəfi fikrinin təbliğinə xidmət etmişdir. Şərqin böyük filosofları İbn Sina, Sührəvərdi, İbn Ərəbi, Mövlana, Molla Sədra, Cəmaləddin Əfqani, Məhəmməd İqbal, Cübrans.-in də yubileylərinin qeyd edilməsi, onların əsərlərinin tərcüməsi və haqqında konfransseminarlar təşkil olunması Azərbaycan fəlsəfi fikir məkanının həm Şərq, həm də Qərb fəlsəfə məktəbləri hesabına daha da zənginləşməsi üçün şərait yaradıb”. Filosofun fikrincə, Azərbaycan filosofları beynəlxalq konfranslarda ancaq milli fəlsəfi fikirlə bağlı mövzularda deyil, həm də dünya klassiklərinin yaradıcılığına həsr olunmuş mövzularda çıxış etməklə ortaq fəlsəfi dəyərlərin inkişafına öz töhfələrini vermiş olurlar.    

 

İlkin AĞAYEV

Palitra.-2014.-1 mart.-S.11.