Heykəltəraşlıqda incə notlar: Qızbacı Nağıyeva

 

İncə, zərif və sevgi dolu obrazlar, onların insanlara verdiyi emosional hisslər, dərin duyğular. Bütün bunları Qızbacı Nağıyeva öz əsərlərində qurduğu obrazlarla incəsənət dünyasına çatdırmağa çalışır.

Nağıyeva Qızbacı Mehdi qızı 1990-cı il 21 fevralda Bakı şəhərində dünyaya göz açıb. 76 nömrəli orta məktəbi bitirdikdən sonra, 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil olub. Hazırda isə magistr pilləsində təhsil alır.

Qızbacının istedadının arxasında onun ailəsindən gələn dayaqfitri istedadını qeyd etməliyik. Qızbacının atası Nağıyev Mehdi Mehdi oğlu 1961-ci ildə Bakıda anadan olub. Lvov Dekorativ Tətbiqi Sənət İnstitutunu bitirib, hazırda Mədəniyyət Nazirliyində baş elmi işçi vəzifəsində çalışır. Gənc rəssamın anası Nağıyeva Sonaxanım Emin qızı 1960-cı ildə Bakıda anadan olub. Muxina adına Ali Rəssamlıq Məktəbini bitirib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət kafedrasında baş müəllim vəzifəsində çalışır. Qardaşı Nağı Nağıyev isə İnteryer Dizayn fakültəsində təhsil alıb.

Qızbacı Nağıyeva heykəllərində insan bədəninin zərifliyini və incəliyini dərin hissiyyatı ilə əks etdirir. Onun sevimli obrazları olan qadın obrazlarında, zərif cinsin nümayəndələrinin məhz 21-35 yaş dövründə heykəllərdə hazırladığını görürük. Bir qızılgülün üzərində olan şehdən əks olunan Günəş şüası kimi müəllifin obrazlarında özlərinin ən kəskin və duyğu dolu duruşunu görə bilərik. Bəzi heykəllərində mülayim keçidlərə üstünlük versə də, digər əsərlərində kəskin kontrast əldə edə bilib.

Böyük ölçülü heykəllərində qadın obrazını müxtəlif formalarda ərsəyə gətirmiş gənc rəssam, əsasən rəqqasə qadınları öz əsərlərində əks etdirib. Müxtəlif əhvalda düzəldilmiş obrazların xarakterlərini tamaşaçılara çatdırmağı bacarıb. Rəqs etməyə hazırlaşan gənc xanımlar, məşq edən zaman və müxtəlif formalarda düzəldilib.

Daha çox əsərlərində impressionizimə xas olan cizgiləri əks etdirsə də, şüşə işlərində daha çox romantizm ünsürlərini özündə cəm etdiyinin şahidi oluruq. Şüşə əsərlərini çox dərin məharətlə ifadə edə bilən Qızbacı hər bir fiqurun axıcılığını şüşə materiallının verdiyi imkanlardan düzgün istifadə edərək tamaşaçılara çatdıra bilib. Şüşə sənətinin sirlərini ustad Həyyas Hoseini tərəfindən öyrənən rəssam çoxlu sayda dekorativ şüşə heykəlciklərin müəllifidir.

Bu heykəlciklərdə həm qadın obrazları, həm də kompozisiyaların müəllifi olan gənc rəssamın əsərlərində estetik zövqün yüksək temperamentini görə bilərik. Çox maraqlıdır ki, heykəl işlərindən daha çox öz hiss və düşüncələrini ortaya qoyan Qızbacı şüşə materiallından istifadə etdiyi zaman istedadını göstərmək üçün ona daha böyük pəncərələr açıldığının şahidi oluruq .

Əlbəttə, hər bir rəssamın olduğu kimi Qızbacının da xarakterinə ən yaxın olan materialın məhz şüşə olduğunu qeyd edə bilərik. Dediklərimizin təsdiqi kimi, onun müxtəlif işlərini nəzərdən keçirməyimiz kifayətdir. Buna misal olaraq “Dəniz” kompozisiyasında düzəldilmiş hər bir detal diqqət çəkir. Dəniz kompozisiyasında Qızbacı balıqları düzəldərkən müxtəlif rənglərdən istifadə edərək harmonik kolorit əldə edib.

Şüşədən hazırladığı qadın heykəlcikləri insan obrazının həssaslığını tamaşaçıya çatdıra bilib. Bir çox kiçik heykəlcikləri düzəldən Qızbacının işləri sırasında dekorativ bəzək motivli boyunbağıları, qolbaqlar da mövcuddur.

Qızbacının əsərləri sırasında batik əsərlərdə xüsusi yer tutur. Bunlardan ən çox diqqəti cəlb edən böyük ölçülüAtlar” əsəridir. Atlar əsərində rəssam kompozisiyanın mərkəzində kontrast əldə edib. Mavi və qırmız koloritdə həll olunmuş əsər insanda müxtəlif emosional hissləri doğurur. İki gücün kəskin mübarizəsi kimi bu əsəri qiymətləndirmək olar. Lakin bu leytmotivdə olan digər əsərlərdən fərqli olaraq, hər iki at obrazını müsbət obraz kimi qələmə verib. Sanki rəssam müxtəlif iki məfhumun qarşılıqlı mübarizəsi ilə yanaşı, hər ikisinin - biri olmadan digərinin mövcud olmayacağına işarə edib. Bunu biz şərti olaraq ağıl və hisslərin mübarizəsi kimi qiymətləndirə bilərik. Rəng seçimiçox maraqlı həll edilib. Burada soyuqisti rənglər bir-birinə zidd şəkildə parça üzərində əksini tapıb.

Başqa bir batik əsərində balıqları təsvir edən Qızbacı burada ekzotik hissləri əks etdirə bilib. Bura da istifadə olunan ahəng öz ecazkarlığı ilə digər batik təsvirlərdən fərqlənir.

Qızbacı Nağıyeva bir çox sərgilərdə iştirak edib, müxtəlif diplomsertifikatlara layiq görülüb. Bunlardan ən məşhurları Four Season Hotel Baku tərəfindən keçirilən “Blue water” rəsm sərgisində aldığı sertifikatı, Azərbaycan İncəsənət Konsulluğu tərəfindən keçirilən “Potensial” adlı dekorativ tətbiqi sənət sərgisində aldığı diplom və Azərbaycan Dövlət Neft Akademiyasının təşkil etdiyi sərgidə aldığı fərqlənməni qeyd etmək olar.

Heç şübhəsiz ki, ailəsindən gələn incəsənət əhval-ruhiyyəsi Qızbacının həyatında labüd rolunu oynayıb. Ailəsinin onun həyatında müsbət rol oynayaraq ona arxa olması alqışa layiqdir. Günümüzdə əvvəlki illərdən fərqli olaraq “qızların təhsil alması düz deyil ” sədlərinin qırılması məhz bu ailələrin dik duruşu ilə hasil olub. Bu isə Qızbacı simasında minlərlə qızlarımızın incəsənətin müxtəlif sahələrinə yollanmasına şərait yaradıb. Belə alicənab insanların mübarizəsinin cəmiyyətimizdə mövcud olan neqativ xüsusiyyətlərin aradan qalxmasında əvəzsiz töhfəsi var.

Həsən Mehdiyev

sənətşünas

Palitra.-2014.-4 mart.-S.12.