Müasir incəsənət əsərlərinin sərgisi

 

Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq

 

Layihə çərçivəsində yazımız Heydər Əliyev Mərkəzində keçiriləcək böyük mədəniyyət hadisəsi ilə bağlıdır.

Belə ki, aprelin 4-dən mayın 25-dək Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq. Sərginin kuratoru Dina Naseri-Xadividir. “YARAT” Müasir İncəsənət Məkanından bildiriblər ki, “Love Me, Love Me Not” Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən Azərbaycandan Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun, İrandan Əfruz Amiqi, Şoca Azəri, Mahmud Baxşi, Əli Bənisədr və Hərhad Moşirinin, Rusiyadan Taus Maxaçevanın, AvrasiyadanSlavyanlartatarlarqrupunun, Gürcüstandan İliko Zautaşvilinin əsərləri nümayiş etdiriləcək. Dina Naseri-Xadivinin dediyinə görə, bu sərgidə nümayiş olunan hər əsər tamaşaçılara pavilyonda təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir və əhatə olunan mövzular barədə daha dərin bilikləri paylaşmağa çalışır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdikləri işlərin nümayişi son nəticədə bizim hamımızın tarixi və coğrafiyanı nə dərəcədə düzgün qavradığımızı sorğu-sual edir. Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanan və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunacaq. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr də yer alacaq.

Əli Bənisədr sərgidə nümayiş olunmaq üçün özünün indiyədək yaratdığı ən böyük əsərini gətirəcək

Rəssam Faiq Əhmədin yaratdığı əsərlərin əsas mövzusu Azərbaycan xalçalarına xas süjetlərdir. O, həmin süjetləri, Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusi vurğulamaqla, yeni tərzdə əsərlər yaradır. Rəssamın 2012-ci ildə yaratdığı “Adsız” adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyasına olan baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir. İndiyədək yaratdığı ən iddialı əsərdə-xüsusi sifarişlə çəkilən filmdə-rəssam Şoca Azəri XII əsrdə Nizami Gəncəvinin “Həft peykər” (“Yeddi gözəl”) romantik poemasını yaddaşda canlandırır. Poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir. Rəssam Əli Bənisədr sərgidə nümayiş olunmaq üçün özünün indiyədək yaratdığı ən böyük əsərini gətirəcək. Əsər hər mövzunu əhatə edən, atəş və nur simvoluna əsaslanan triptixdir. Vaxtilə Azərbaycanda və İranda yayılmış bu ünsürlər, habelə fars dilində “atəşin keşikçiləri” mənasını verən “Azərbaycan” sözünün özü də zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərk etmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus və bəsirət gözü ilə görünən əlamətləri canlandırır. Əli Bənisədrin ərsəyə gətirdiyi əsərlər bir çox dövlət muzeylərinin, o cümlədən Nyu-YorkunMetropoliten” İncəsənət Muzeyinin, Los Anceles Müasir İncəsənət Muzeyinin, “Saatçi” sərgi salonununLondonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.

 

Böyüklər və uşaqlar üçünoyun meydançası”…

 

Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığı “Sahiblər” adlı əsərində keçmiş sovet məkanında geniş yayılmış, təmizlik aləti olan yüzlərlə süpürgə bir-birilə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edir. Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunanBöyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyniadlı filmi təqdim edəcək. Filmin qəhrəmanı rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır. “Slavyanlartatarlar” rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı “Molla Nəsrəddin-antimodernist” adlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofundan bəhs edir. Bu sənət əsəri həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada “oyun meydançası” rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan əlavə, XX əsrin əvvəllərinə aid Azərbaycanın satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir edib, həmçinin mətbuatın gücünün nümayişinə müvəffəq olub. Yaratdıqları “Love Me, Love Me Notinstalyasiyada müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü biruzə verən təkamülü izhar edən və uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir. Bu məsələ keçirilən sərginin əsas mövzusunu təşkil edir. Azərbaycanın və qonşu ölkələrin rəssamlarının əsərlərini bir sərgidə toplayanLove Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni baxışları təqdim edir. Sərginin kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasında “Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropoliten” İncəsənət Muzeyinin müasirmodern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, yazıçı, “Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi AsiyaQafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis, yazıçı Suad Qarayeva və “Slavyanlartatarlarqrupu yaxından iştirak ediblər.

Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Məkanının layihəsidir.

Anar Miriyev

Palitra.-2014.-4 mart.-S.11.