“Hamı məni azərbaycanlı alim kimi tanıyır”

 

Səid İrandoust: “Dünyanın məşhur jurnallarında çoxlu elmi məqalələrim dərc olunub

 

İnsanın xaricdə ömür-günü nə qədər xoş keçsə də, yenə də hər zaman içində Vətən həsrəti nisgilini yaşayır. Öz doğma torpağına qayıdıb Vətənə, soydaşlarına da xidmət etmək istəyirsən. 30 ildən çoxdur ki, Vətəndən kənarda yaşayan azərbaycanlı professor, hazırda İsveç-İndoneziya Universitetinin vitse-prezidenti olan Səid İrandoust da belə soydaşlarımızdandır. İsveç vətəndaşı olan Səid müəllim 1960-cı Təbriz şəhərində anadan olub.

-Siz uzun müddətdir ki, qəribçilik həyatı yaşayırsınız. Bu illərdə həyatınızda əlamətdar nələr olub?

- Ötən əsrin 70-ci illərinin sonunda tələbə mübadiləsi ilə İsveçə getdimingilis dilində kimya maşınqayırması sahəsi üzrə təhsil aldım. 1984-cü ildə Çalmer Texnologiya Universitetindən magistr dərəcəsi aldım və 1989-cu ildə həmin universitetdə monolit reaktorlar üzrə doktorluq dissertasiyası müdafiə etdim. 1990-cı ildə Çalmer Universitetində, assisent-professor, dörd ildən sonra isə Kimyəvi reaksiyalar şöbəsinə elmi rəhbər kimi təyin edildim. 1990-cı ildə Kanada Vaterlu Universitetində elmi tədqiqatları davam etdirdim, 1994-cü ildə Çalmerdə professor vəzifəsinə təyin olundum. 1998-ci ildə Çalmer Universitetinin nəzdindəki kimya maşınqayırması üzrə kollecin professoru təyin olundum və 1999-cu ilin yanvarından həmin universitetdə professor vəzifəsini tutdum.

1999 -2000-ci illərdə Çalmer Texnologiya Universitetinin prezident müavini təyin olundum.

2000 -2001-ci illərdə İsveç Beynəlxalq Elmi Tədqiqatlar Ali Təhsil üzrə əlaqələr Şurasının (STİNT) üzvü, 2001-ci ildə isə Bores Universitetinin nəzdindəki kollecin rektor müavini seçildim.

2001 -2003-cü illərdə Dünya Mühəndisləri Şurasının üzvü təyin olundum, 2002 -2004-cü illərdə Elmi kadrların hazırlanması üzrə İsveç Dövlət Komitəsinin üzvü, 2003 -2004-cü illərdə İsveç dövlətinin Riyaziyyatçılara Dəstək Komitəsinin sədri seçildim.

2003-cü ilin dekabrında Moskvadakı Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının fəxri doktoru adını layiq görüldüm. 2003-cü ildə VDstra GCtaland qraflığının (inzibati ərazisinin) üzvü, 2004-cü ilin avqustunda Abrahammission Cəmiyyətinə üzv seçildim. Bundan başqa, 2011-ci il Filippində keçirilən I Dünya Təhsil Konqresində təhsil üzrə xidmətlərimə görə mükafatlar almışam. 2004 -2013-cü illərdə Tailandda Asiya Texnologiya İnstitutunun prezidenti vəzifəsində çalışmışam.

- İsveç-İndoneziya Universiteti vaxtdan fəaliyyət göstərir?

- Bu universitet bir ildir ki, fəaliyyətə başlayıb. Məqsəd İsveçlə İndoneziya arasında münasibətləri daha da inkişaf etdirməkdir. Həmçinin bu universitetin məqsədi elmi fəaliyyətləri biznesə yönəltməkdir.

- Əldə etdiyiniz elmi nəticələr dünya Azərbaycan elmi üçün hansı yeniliklər gətirir?

- Mənim elmi axtarışlarım qaz-maye proseslərinin katalitikləşdirilməsinə, kinetika, həcmin ötürülməsi axının ölçülməsinə reaktorların modelləşdirilməsinə onların layihələşdirilməsinə həsr olunub. Uzun illər yeni monolit reaktorlar üzərində işlədim. Mən monolit reaktorları ilə işləməyə başlayanda heç kimin bundan xəbəri yox idi. Əməkdaşlarımla ilk olaraq biz bu işlərə başlamışıq. Bu digər məsələlərlə bağlı dünyanın məşhur jurnallarında çoxlu elmi məqalələrim dərc olunub. Çalışmışam elmi tədqiqatlarımı günün tələblərinə uyğunlaşdırım. Əldə etdiyim elmi nəticələrin tətbiqinə nail olmuşam. Həmçinin tədris sahəsində bir sıra sistemli araşdırmalar aparmışam. Avropa Asiya qitələrinin ali təhsil qəbulu üzrə işləmişəm. Məqsədim Qərb Asiyaya bilik təcrübə əsasında uyğunluq gətirməkdən ibarət olub. Bir sıra araşdırmalar nəticəsində tədris prosesinin intensivləşdirilməsi üzrə müxtəlif yeniliklər etmişəm. Məsələn, Çalmerin prezident müavini olarkən əvvəl ali təhsil sahəsində bir sıra layihələr hazırladım. Ali təhsil üzrə bir sıra mühüm ixtisas fənlərinin inkişafına dair planlar hazırladım. Bununla yanaşı Çalmerdə təhsilin inkişafına dair 5 illik layihənin müəllifiyəm.

- Siz hazırda alim kimi hansı araşdırmalarla məşğulsunuz?

- Mən İsveçdə bir professor kimi elmi tədqiqat işləri aparırdım. Amma Bankoka gələndən sonra ancaq administrasiya işlərinə baxırdım. İndi İndoneziyada ancaq administrasiya işləri ilə məşğul oluram.

- Sizin hazırda işlədiyiniz universitetlə Azərbaycan universitetləri arasında tələbə mübadiləsi etmək mümkündürmü?

- Mən 4 aydır ki, bu universitetdə fəaliyyətə başlamışam. Əlbəttə, çox istərdim azərbaycanlılar gəlib burada təhsil alsınlar. Biz bu işləri görməliyik. Bu istiqamətdə planımız var. Burada Azərbaycan səfirliyi fəaliyyət göstərir. Onlarla görüşlərimiz olur. Çalışırıq ki, onların köməkliyi, himayəsi ilə Azərbaycana yaxşı get-gəlimiz olsun.

- Yaşadığınız ölkələrdə Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsünüz?

- Biz Tailandda bu istiqamətdə çox işlər gördük. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu Tailanda dəvət etdik. Keçən il noyabr ayında Tailandda Beynəlxalq Telekommunikasiya İttifaqının ənənəvi illik "İTU Telecom World" sərgi-konfransı keçirildi. Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti təmsil edirdi. Orda Azərbaycanla da bağlı sərgi təşkil edilmişdi. Mən orada gedib cənab nazirlə görüşdüm. Biz istəyirik ki, Azərbaycanla Tailandın müxtəlif sahələr üzrə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün effektiv bir forma tapaq. Bu axtarışlar ikitərəfli aparılmalıdır.

Biz hər işimizi Azərbaycan adına edirik. Hamı məni azərbaycanlı alim kimi tanıyır. Əlimizdən nə gəlirsə Azərbaycan üçün etməyə hazırıq. Harada olursaq olaq, azərbaycanlı olduğumuzu yaddan çıxarmamalıyıq

- Ümumiyyətlə, Azərbaycan haqda indoneziyalılarda hər hansı məlumat varmı?

- Təəssüf ki, Tailandda Azərbaycan haqda çox az məlumatları var. Amma İndoneziyada Azərbaycanı tanıyırlar. Özünüz bilirsiniz ki, 250 milyonluq bir ölkədir. Burada çox ölkələrin nümayəndələri fəaliyyət göstərir. Azərbaycanı bu regionda daha artıq tanıda bilmək üçün çox-çox fəaliyyətlər göstərmək lazımdır. Hamımızın borcudur ki, bu işi layiqli şəkildə edək. Gərək elə edək ki, burada Azərbaycan diasporunu formalaşdıraq.

- Azərbaycanla əlaqəniz varmı? Burada baş verənlər sizi maraqlandırırmı?

- Xəzər Universitetində çoxlu tanışlarımız var. Bir Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə sıx əlaqələrimiz var.

Mən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. 2006-cı ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında iştirak etmişəm. Həmin zaman Prezident İlham Əliyev tərəfindənTərəqqimedalı ilə təltif olunmuşam.

- Öz elmi potensialınızı gəlib Azərbaycana sərf etmək istərdinizmi?

- Məqsədim bundan sonrakı həyatımı Azərbaycana sərf etmək təcrübəmi daha yeni perspektivli qurmaq, Azərbaycan Respublikasının inkişafı naminə xidmət etməkdir. Biz azərbaycanlıyıq. Azərbaycan bizim Vətənimizdir. Hər insanın böyük arzudur ki, gec ya tez qayıdıb öz ana yurduna xidmət etsin. Buradakı işləri öz ölkəsinə edə bilsin. Əlbəttə, bu, mənim xaricdəki hər bir insanın böyük arzusudur. qədər xaricdə olsaq, insana öz Vətəninin yerini vermir. İnşallah tez-gec biz qismət olacaq ki, gəlib öz Azərbaycanımızda xidmət göstərə bilək. İmkan düşsə yüzdə yüz Azərbaycana gələcəyəm. 30 ildən artıqdır ki, xaricdəyəm. Geniş elmi, biznes s. əlaqələrim var. İstərdim ki, bunları gətirib öz Azərbaycanımızda istifadə edək. Bu 30 illik təcrübəmizlə Azərbaycanımıza işlər gömək istəyirəm. Məncə, bu işləri etmək heç zaman gec deyil.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-5 mart.-S.11.