“Xaricdə təhsil alan tələbə kimi əsas məqsədimizdən biri Azərbaycanı təbliğ etməkdir”

 

Nərmin Quliyeva: “Vətəndən kənarda hər birimiz Azərbaycanın təmsilçiləriyik. Azərbaycanı layiqincə təmsil etmək hər birimizin borcudur

 

“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı növbəti müsahibi Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində yerləşən Kipr Beynəlxalq Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 2-ci kurs tələbəsi Nərmin

Quliyevadır:

- Mən 20 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakının Nərimanov rayonunda yerləşən 196 saylı orta məktəbdə təhsil almışam. Səhv etmirəmsə hazırda həmin məktəb lisey kimi fəaliyyət göstərir. İlk dəfə məktəbə 2000-2001-ci illərdə qədəm qoymuşam. Artıq 2010-cu ildən Aralıq dənizində yerləşən Kipr adasında təhsil alıram. Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində yerləşən Kipr Beynəlxalq Universitetində təhsil almağım mənim üçün həyata uğurlu addımlar atmağa kömək etdi. Artıq Beynəlxalq Əlaqələr fakültəsində 2-ci kursu bitirmək üzrəyəm. Mən təhsilimdəm çox məmnunam. Kiprə bəzən “təhsil adası” da deyirlər. Prezident Dərviş Əroğluda dəfələrlə çıxışlarında vurğulayır ki, Kiprə məhz “təhsil adası” statusu vermək lazımdır.

- Təhsil aldığınız ölkə, eləcə də Kipr Beynəlxalq Universiteti ilə bağlı ətraflı məlumat verərdiniz?

- Əvvəlcə qısa da olsa Kipr haqqında məlumat verim. Kipr 9.251 km²-lik ərazisi ilə Aralıq dənizinin SiciliyaSardiniya adalarından sonra üçüncü böyük adasıdır və Aralıq dənizinin şimal şərqində yerləşir. Ada Türkiyənin 64 km cənubunda, Suriyanın 96 km qərbində, Misirin 400 km şimalında və Yunanıstanın 770 km cənub şərqindədir. Sərhəd xəttinin uzunluğu 780km-dir. Kipr, Aralıq dənizinin şimal şərqində 34`33" və 35`41" coğrafi enliklər ilə 32`17" və 35`35" coğrafi uzunluqlar arasında yerləşir. Şimaldan Türkiyə, şərqdən SuriyaLivan, cənubdan İsrailMisir, qərbdən isə RodosGirit ilə əhatə olunub. Kipr bu mövqeyi səbəbindən böyük bir geostratejikgeopolitik əhəmiyyətə malikdir. Şərqi Aralıq dənizindəki ticarət yollarını, Anadolu sahillərini və Orta şərqi idarə edə biləcək vəziyyətdə olmağı tarix boyu bir çox dövlətlərin Kipri suverenliyi altına almaq istəməsinə səbəb olub. Kipr Aralıq dənizində yerləşən strateji məqsədlər üçün çox önəmli bir ölkədir. Bizim universitetbu adada yerləşir. Belə bir ölkəni tanımaq, hər şeydən öncə gəzib-görmək çox qürurvericidir. Bu adada çox sayda universitetlər var və hazırda dünyanın 92 ölkəsindən tələbələr bu ölkədəki ali təhsil ocaqlarında təhsil almaqdadırlar. Buradakı universitetlərdə tələbələr üçün yetərincə, hətta artıqlamasıyla şərait yaradılıb. Mənim təhsil aldığım universitet-paytaxt Lefkoşada yerləşən Kipr Beynəlxalq Universitetində tələbələr üçün yaradılan şərait xoşuma gəlir. Doğrusu universitet Kiprdəki ən kiçik universitetdir, amma təhsil sistemini çox bəyənirəm. Müəllimlər biliklidir müəyyən sistem altında dərs keçirlər. Dərslərin özünə gəldikdə, oxuduğumuz dil ingilis dili seçdiyimiz bütün dərslər ingiliscə olduğu üçün təbii ki, çətinlik yaradır. Universitet, adından göründüyü kimi Beynəlxalq universitetdir. Təhsil alan çox müxtəlif millətlər var. Onlarla əlaqə qurmaqla dilimizi möhkəmləndirməyə çalışırıq. Universitetin ərazisi bəlkə Azərbaycandakı bütün universitetləri toplasaq bunun ərazisi qədər etməz. Kampusun daxilində tələbələrin ehtiyacı olan hər bir şərait yaradılıb. Təhsillə bərabər təhsildənkənar aktivitilərə üstünlük verilir. Yay aylarında səhərdən axşama qədər konsertlər təşkil olunur. Konsertdə çıxış edənlər Türkiyənin digər ölkələrin məşhur muğənniləri idi. Müxtəlif növ əyləncələr təşkil olunur. Universitet tələbələri darıxmağa qoymur. Onlar üçün hər bir şəraiti yaradıb.

- Azərbaycanlı tələbələr tərəfindən təşkil olunan tədbirlərdə yerli əhali iştirak edirmi?

- Dünyanın hər bir ölkəsində azərbaycanlılar yaşayır təhsil alır. Bizdə Azərbaycanla bağlı bütün həqiqətləri, o cümlədən Xocalı soyqırımını dünyaya tanıtmaq üçün əlimizdən gələni edirik. 25-26 fevral paytaxt Lefkoşa şəhərinin mərkəzi olan Girnə qapısı deyilən yerdə hər il etdiyimiz kimi yenidən yürüş təşkil etdik. Bu yürüşə burada təhsil alan bütün azərbaycanlılarla yanaşı, bizə dəstək olan diğər millətlər qatıldılar. Ümumiyyətlə, bu tədbirlərdə yerli əhali, Kipr türkləri bizə öz dəstəklərini göstərirlər. Kiprin millət vəkilləri, Prezident Administrasiyasının əməkdaşları Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş qazilər qatılır media vasitəsilə bu acını dünyaya çatdırmağa köməklik göstərirlər.

- Oradakı tələbələrə Azərbaycan haqqında yetərincə məlumat verirsinizmi?

- Buradakı tələbələrə Azərbaycan haqqında yetərincə məlumat veririk. Tanıtımlar edirik, videoçarxlar hazırlayırıq digər tanıtım məqsədli fəaliyyətlər göstəririk. Əsasən Afrika qitəsi ölkələrinin Azərbaycan haqqında məlumatları azdır. Bəzən haralı olduğumuzu soruşanda azərbaycanlıyam deyirsən, amma tanımırlar. Xaricdə təhsil alan tələbə kimi əsas məqsədimizdən biri Azərbaycanı təbliğ etməkdir. Ən önəmlisi ingiliscə dərslərdə təqdimatlar olur hər bir tələbə öz ölkəsini təmsil edir, məlumatlar verir. Neftimizdən, bayrağımızdan, mədəniyyətimizdən, millətimizdən, bir sözlə hər şeydən məlumat veririk. Bununla da bilməyənlər Azərbaycanı daha da dərindən tanımış olur. Burada Azərbaycanın bütün bayramlarını qeyd edirik. Ən önəmlisi universitetdə milli tədbirlər keçirilir ki, hər bir millət öz ölkəsi ilə bağlı mahnı, teatr, rəqslər ölkəsinə aid maraqlı isə hazırlayır hər kəsə nümayiş etdirir. Biz- Vətəndən kənarda hər birimiz Azərbaycanın təmsilçiləriyik. Azərbaycanı layiqincə təmsil etmək hər birimizin borcudur.

Nəzərinizə çatdırım ki, Kiprdə 1200-dən çox azərbaycanlı tələbə təhsil alır. Bu yaxınlarda İctimai televiziyanınAçıq dərsverlişinə Azərbaycan Kıbrıs Dostluq cəmiyyətinin rəhbəri, eyni zamanda Doğu Akdeniz Universitetinin Asiya ölkələri üzrə rəhbəri Orxan Həsənoğlu rektorluğunun əməkdaşları qonaq olublar. Onlar Kipr haqqında yetərincə məlumat verdilər. Hətta Kipr, Azərbaycan tələbələrinin üstünlük verdiyi ən birinci ölkə oduğunu dedikdə bu qədər çox azərbaycanlının burada təhsil aldığını söylədikdə maraqla qarşılandı. Bu uğurların davamlı olmasını bizim oxuyub layiqincə Vətənə dönməyimizi vurğuladılar.

-Təhsildən əlavə maraq göstərdiyin sahələr varmı?

- Bəli, əlbəttə ki, var. Mən idmana jurnalistikaya çox önəm verən biriyəm. Ən önəmlisi isə qeyd etdiyim kimi, tələbəyəm mənim üçün ilk öncə önəmli olan təhsilimdir. Amma bununla yanaşı, Türkiyənin şəhərlərindən biri olan Mərsində Kipri təmsil edirəm. Belə ki, mən Türkiyənin ən çox oxununan qəzeti saytı olan ‘’Mersin times" da jurnalist yazar olaraq çalışıram. Bundan başqa Kiprdə tərcüməçi bu kimi fəaliyyətlərim var. Təhsil almaqla yanaşı, çalışmaq çox önəmlidir. Çünki insan oxuduğunu tətbiq etmək üçün indidən nələrsə etməlidir, həyata baxışını daha da gücləndirməlidir. Bundan başqa dediyim kimi idmana da dərindən önəm verirəm. Ən çox önəm verdiyim karate, street dance and fight, handball, football kimi idman növləridir. Onlara marağım böyükdü. Mən əvvəllər karate, üzgüçülük, ağırlıqqaldırma idman növləriylə məşğul olmuşam. Onu da qeyd edim ki, Kiprdəki ən böyük idman zalı bizim universitetdədir. “CİU Arena” adı altında fəaliyyət göstərir. Hazırda mən davamlı olaraq CİU Arenada üzgüçülük, ağırlıqqaldırma ilə məşğul oluram.

- Ölkəmizdə tələbələrə xaricdə təhsil almaq üçün yaradılan şəraitlərdən məmnunsunuzmu ?

- Məmnunuq deməyək, çünki nəyinsə daha yaxşı olmağını istəyiriksə onu tərifləmək yerinə tənqidləri dinləyərək bundan nəticə çıxarmaq lazımdır. Tələbələr üçün müxtəlif yollar var. İlk öncə xaricdə təhsil proqramı vasitəsinə müraciət edə bilərlər. Önəmli deyil ki, xaricdə təhsil proqramına müraciət edəsən, xaricdə təhsil almaq istəyən tələbə istərsə birbaşa universitetin özü ilə əlaqə quraraq onların şərtlərinə uyğun şəkildə universitetə qəbul ola bilər. Bir şeyi istəyərək etmək daha effektli olur. Təbii ki, ölkəmizdə gənclər üçün xaricdə təhsil imkanını çox gözəl qiymətləndirirəm. Bu bütün tələbə olmaq istəyənlərə çox gözəl dəstək şansdır.

- Gələcək planınız nədən ibarətdir?

- Gələcək planım diplomat olmaqdır. Amma hər şeydən öncə hazırda düşündüyüm tək fikir var ki, o da universiteti yüksək şərəflə bitirməkdir. Bu daha önəmlidir. Universitetdə oxuya-oxuya həyatına da atılmaq özü böyük bir şeydir. Mən çalışa-çalışa dərslərimi yüksək səviyyədə oxuyuram. Universiteti bitirdikdən sonra həyatına öz təcrübələrimlə başlayacam.

- Tələbələrə tövsiyələriniz nədən ibarətdir ?

- Xaricdə oxuyan tələbə kimi mən hər bir tələbəyə arzu edirəm ki, hər şeydən əvvəl öz dərslərinə fikir versinlər. Yalnız dərs oxumaqla kifayətlənməsinlər. Oxuduqlarını, öyrəndiklərini tətbiq etməyi bacarsınlar. Bu hər şeydən önəmlidir. Azərbaycanda təhsil alan tələbələrə səslənirəm ki, mütləq ən azı iki il xaricdə təhsil alsınlar. Xaricdə təhsilin qədər effektli köməklik göstərdiyini o zaman daha da anlayacaqlar. Xaricdə təhsil almaqdan öncə dünyagörüşünüzün genişləndiyini, müxtəlif mədəniyyətlərlə tanış olduqlarının şahidi olacaqlar. Hazırda Kiprdəyəm və buradan bütün tələbələrə uğurlar arzulayıram.

 

Nigar Abdullayeva

Palitra.-2014.-5 mart.-S.5.