Böyük tarixə malik
Azərbaycan teatrı
Martın 10-da
ölkəmizdə Milli Teatr
Günü ilk dəfə
rəsmi şəkildə qeyd ediləcək
Martın 10-da 141 yaşı tamam olacaq Azərbaycan Milli Teatrının böyük tarixi var. Belə ki, XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynayıblar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
Teatrımızın
inkişaf yolu
Azərbaycanda teatr sənəti
qədim ənənələrə malikdir.
Xalq
arasında müxtəlif meydan
tamaşaları, kukla teatr
tamaşaları ("Maral oyunu",
"Kilimarası"), bayram
tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar
("Şəbih") və s. geniş yayılmışdı. Hələ
XVII əsrin ikinci yarısında Azərbaycanda
olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin
İrəvan şəhərindəki iqamətgahında
qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər.
Bu tamaşa Şardenə
o qədər xoş
təsir bağışlamışdı ki,
onu "Şərqin operası"
adlandırmışdı. Milli teatrın
inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z.
Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn
Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova,
Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr
sənətinin inkişafında Hacıbəyov
qardaşlarının da böyük
əməyi olub. AXC-nin
yaranması milli teatrın fəaliyyətində
də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və
müdaxiləsi nəticəsində Azərbaycan
teatrının inkişafında mühüm
keyfiyyət dəyişiklikləri baş
verdi. Teatrın repertuarına Azərbaycan
tarixi və milli
azadlıq mübarizəsi ilə bağlı yeni
əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü
addımlarından biri də Azərbaycan
Dövlət Teatrının təşkili oldu.
Bu, Azərbaycan professional teatrının
dövlət teatrı
statusu alması demək idi. Bu teatrın
pərdələri ilk dəfə
1918-ci il noyabrın 4-də N. Nərimanovun
"Nadir şah" faciəsinin
tamaşası ilə
açılmışdı. Sonralar Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Xalqın həyatı, güzəranı,
tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer alırdı. Məhz martın 10-u (köhnə stillə
22-si) - Azərbaycan milli
teatrının əsası
qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edilir.
Yenilənən teatrlarımız
Ötən illər ərzində də milli teatrın
inkişafında fədakarcasına
yaşayıb-yaratmış insanların mənalı həyat yolu da heç vaxt
unudulmur. Nəsillər bir-birini əvəz
etdikcə sənət
korifeyləri xatırlanır,
onların təcrübəsindən,
qoyub getdikləri mənəvi irsdən öyrənilir. Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasında,
təbliğində, estetik
zövqün formalaşmasında,
maariflənmənin sürətlənməsində
mühüm vəzifələr
yerinə yetirərək
mütərəqqi ideyaların
əsl carçısına
çevrildi. Ulu
öndər Heydər
Əliyev Azərbaycan
Milli Teatrının qazandığı böyük
nailiyyətlərlə bağlı
deyirdi: "Teatrımızın
böyük tarixi, böyük ənənələri,
gözəl nümunələri
var. Milli teatr bu gün də,
gələcəkdə də
yaşayacaq". Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə
yazan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan
sonra öz inkişafının yeni mərhələsinə qədəm
qoydu. Milli teatra diqqət
və qayğı daha da artırıldı.
Aktyor və rejissorların səmərəli, mükəmməl
fəaliyyət göstərməsi
üçün teatr
binalarının təmiri,
bərpası başladı,
eləcə də yaradıcı kollektivlərin
əməkhaqları dəfələrlə
artırıldı, ayrı-ayrı
istedadlı, görkəmli
sənətkarlara fəxri
adlar, mükafatlar, Prezident təqaüdü verilir. Yaradıcılıq şəraitinin daha
da yaxşılaşdırılması
yolunda dövlət tərəfindən vaxtaşırı
müxtəlif tədbirlər
həyata keçirilir,
sənətkarların, dramaturqların,
rejissorların yubileyləri
qeyd edilir və bu gün
də bu tədbirlər davam etməkdədir. Azərbaycan teatrının
beynəlxalq əlaqələri
də genişlənib.
Ölkədəki teatrların fəaliyyətini
dünya standartlarına
uyğun şəkildə
təmin etmək üçün zamanın
tələblərindən asılı
olaraq müxtəlif sərəncamlar imzalanır,
proqramlar həyata keçirilir, yeni layihələr hazırlanır.
Prezident İlham Əliyevin 19 fevral 2007-ci il tarixdə
imzaladığı "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda
milli mədəniyyətimizin
inkişafında böyük
rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi
və yaradıcılıq
potensialının yaxşılaşdırılması
üçün bir sıra tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulub.
Bundan başqa ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam teatrımızın tarixində mühüm hadisədir. Bu sərəncam Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi daşıyır. Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə onillik müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. Bu proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmin olunsun, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Bu baxımdan da həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilməlidir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşmalıdır. Adıçəkilən dövlət proqramında təkcə paytaxtda deyil, Naxçıvanda, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Qəbul edilən proqramların, imzalanan sərəncam və layihələrin həyata keçirilməsində məqsəd budur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Ölkə
başçısının 1 mart
2013-cü il tarixində
imzaladığı Azərbaycanda «Milli Teatr Günü»nün təsis edilməsi haqqında sərəncamla
əlaqədar bu il
martın 10-da ölkəmizdə Milli Teatr Günü ilk dəfə rəsmi şəkildə qeyd ediləcək. Həmin gün teatr ictimaiyyəti saat 9.30-da Fəxri xiyabanı və Şəhidlər
xiyabanını ziyarət edəcək. Saat
18.30-da isə Azərbaycan Dövlət Musiqili
Teatrında Milli Teatr
Gününə həsr olunmuş tədbir
və Azərbaycan Dövlət Musiqili
Teatrının təntənəli açılış mərasimi
keçiriləcək.
Nigar Abdullayeva
Palitra.-2014.-8 mart.-S.11.