Azərbaycan alimləri beynəlxalq elmi mərkəzlərdə uğurla çıxış edir

 

Son dövrlərdə Azərbaycan elminin müxtəlif sahələrində sürətli inkişaf və tərəqqi prosesləri nəzərəçarpacaq dərəcədə görünməkdədir. Azərbaycan alimləri dünyanın müxtəlif ölkələrində, elm mərkəzlərində uğurlu fəaliyyət və çıxışları ilə seçilirlər. Bu baxımdan sosial elmlər sahəsində də ciddi uğurlar özünü göstərir.

Məsələn, 2014-cü ilin may ayında Sankt-Peterburqda “Mədəniyyətlərin dialoqu və sivilizasiyaların əməkdaşlığı” mövzusu üzrə növbəti Beynəlxalq Lixaçov oxumaları keçiriləcəkdir. Bu oxumalarda respublikamızın aparıcı kulturoloqu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri Fuad Məmmədov “Müasir sivilizasiyada qlobal mədəniyyətin təşəkkülü məsələsi” mövzusu üzrə elmi məruzə ilə çıxış edəcək. Bu barədə qəzetimizə layihə çərçivəsində məlumat verən professor bildirdi ki, onun bu mötəbər beynəlxalq forumda yalnız hərilki iştirakı deyil, həm də onun dünyanın elmi elitası ilə bir sırada Oxumaların Beynəlxalq Təşkilat komitəsinin tərkibinə daxil edilməsi elm sahəsində sevindirici haldır. Professor Fuad Məmmədovun beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi onun kulturologiya sahəsindəki elmi tədqiqatlarının nəticələri ilə, yaradıcı fəaliyyətinin ölkə və dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsinin öyrənilməsinə, zamanın tələbi və ölkə Prezidenti İlham Əliyev tərəfindən respublika ziyalıları qarşısında qoyulmuş strateji vəzifələrlə şərtlənən milli inkişaf strategiyalarının işlənib hazırlanması istiqamətinə yönlənməsi ilə izah olunur: “Ümummilli lider Heydər Əliyev qloballaşma şəraitində ölkənin müstəqilliyi və davamlı milli inkişafı üçün elmin, təhsilin və mədəniyyətin, xüsusilə, intellektual potensialın müstəsna əhəmiyyətini hər zaman qeyd edib. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən - intellektual mədəniyyətin prioritet inkişafı, milli strateji resursgüclü dövlətin ən mühüm şərtlərindən olan insan kapitalının inkişafı, qloballaşma şəraitində Azərbaycanın davamlı və təhlükəsiz inkişafının siyasi amili olan ənənəvi milli Azərbaycan mədəniyyətinin və multikulturalizmin qorunması və inkişafı kimi aktual siyasikulturoloji vəzifələr formulə edilib”.

Qeyd edilir ki, ki, professor Fuad Məmmədovun fundamental əsərləri ölkə rəhbərliyi tərəfindən qoyulmuş strateji vəzifələrin reallaşdırılmasına töhfə verməyə yönəldilib. Bu barədə Cəmiyyətin də verdiyi məlumatda bildirilir ki, onun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası Azərbaycanda elmin, təhsilin və maarifin inkişafına, idarəçi kadrların hazırlanmasına ciddi töhfədir: “Monoqrafiya ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici ölkələrin təcrübəsi əsasında milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi strateji vəzifəsinə uyğun olaraq hazırlanıb. O, dövlət idarəçiliyi sahəsində daha çox inkişaf etmiş xarici ölkələrin konkret təcrübəsini ümumiləşdirən fundamental əsərdir. Burada ilk dəfə olaraq, sistemli kulturoloji yanaşma əsasında dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin mahiyyəti, xüsusiyyətləri və texnologiyaları açıqlanıb, bu sahədə Qərb və Şərq ölkələrinin tarixi təcrübəsi göstərilib. Eyni zamanda kitab Azərbaycan elmində yeni istiqamətin - kulturologiyanın təşəkkülü və inkişafı üçün elmipraktik əhəmiyyətə malik ciddi kulturoloji tədqiqatdır. Monoqrafiyanın dəyərini göstərən amillərdən biriodur ki, o, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib.

Kitab, qloballaşma şəraitində Azərbaycan cəmiyyəti və dövlətinin tələbatlarına və davamlı sosial-mədəni inkişaf məqsədlərinə cavab verən universal kulturoloji bilikləri ehtiva edir. O, Azərbaycanda intellektual, etik, hüquqi, idarəçilik və iqtisadi mədəniyyətin, “biliklər cəmiyyəti”nin və “biliklər iqtisadiyyatı”nın prioritet inkişafı, yüksək ixtisaslı idarəçi kadrların hazırlanması, ailə, şəxsiyyət və ictimai münasibətlərin formalaşması üçün aktual əhəmiyyətə malikdir.

Fuad Məmmədov - görkəmli Azərbaycan alimi, təcrübəli pedaqoq, tanınmış maarifçiictimai xadim, Azərbaycanda yeni elmi istiqamətin - kulturologiyanın yaradıcısıdır. “Wikimedia Foundation internet-ensiklopediyası nominasiyası üzrə Fuad Teyyub oğlu Məmmədovun adı Eduard Taylor, Osvald Şpenqler, Arnold Toynbi, Karl Yaspersb. kimi dünya səviyyəli kulturoloqlarla bir sıradadır”.

Qeyd edilir ki, F.T.Məmmədov 200-dən artıq elmielmimaarifçilik işlərinin, o cümlədən, 12 monoqrafiya və kitabların müəllifi, həmmüəllifi və tərtibçisidir, Azərbaycan milli ensiklopediyasının xüsusi buraxılışlarının ekspertlərindən birionlara daxil edilmiş kulturologiyaya aid məqalələrin müəllifidir. Yuxarıda adı çəkilən monoqrafiya ilə yanaşı onun əsərləri arasında: “Kulturologiya. Nəzəriyyə və tarix məsələləri” (Bakı, 2002-ci il), “Kulturologiya - effektiv həyat fəaliyyətinə doğru yol kimi” (Bakı, 2006-cı il) kimi beynəlxalq aləmdə tanınan monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır. Professor F.T.Məmmədovun kulturologiya metodologiyası və insanın həyat fəaliyyəti mədəniyyətinin, dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi, o cümlədən, Qərb və Şərq ölkələrinin dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi təcrübəsi sahəsindəki fundamental əsərləri və tədqiqatlarının nəticələri - Azərbaycan cəmiyyəti və dövlətinin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı, dövlətçilik və sosial idarəçilik mədəniyyətinin inkişafı, insanın həyat fəaliyyəti texnologiyalarının və milli insan kapitalının keyfiyyəti və səmərəliliyinin yüksəldilməsində mühüm elmipraktik əhəmiyyətə malikdir.

Azərbaycan aliminin kitabları xarici alimlərin, mütəxəssislərin və diplomatların yüksək qiymətini qazanıb. ABŞ Konqressinin, BMT-nin, YUNESKO-nun, Roma Klubunun, həmçinin Rusiya, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Çin, İtaliya, Avstriya, Fransa, Macarıstan, Kuba, Estoniya və digər dünya ölkələrinin kitabxanalarında onlardan istifadə edilməsi Azərbaycan elmi və mədəniyyəti üçün qürur predmetidir. F.T.Məmmədov Azərbaycan elmini və mədəniyyətini ABŞ, Rusiya, Norveç, Almaniya, Fransa, Misir, Kosta Rika, Yunanıstan, Türkiyə, İran, Rumıniya, Macarıstan, Bolqariya, Tayland, Cənubi Koreya və digər ölkələrdə beynəlxalq forumlarda, seminarlarda, cəmiyyətlərdə və səfirliklərdə ləyaqətlə təmsil etmişdiredir. 1991-ci ildə onun Kosta Rikadakı çıxışları nəticəsində bu uzaq Mərkəzi Amerika ölkəsi, ilk dövlətlərdən biri kimi, Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımışdır. Fuad Məmmədovun 1999-cu ildə Norveçdə Beynəlxalq kulturoloji konqresdə “Mədəni siyasətin formalaşdırılmasına elmi yanaşma haqqında” məruzə ilə çıxışından sonra, 2000-ci ildə o, mədəni siyasət üzrə Avropa Şurası ekspertlərinin siyahısına daxil edilib.

Azərbaycan və dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsinin inkişafına verdiyi töhfəyə görə F.Məmmədov “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının (2002-ci il), Rusiya PedaqojiSosial Elmlər Akademiyasının (2004-cü il), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının (2013-cü il) akademiki seçilmiş, Mədəniyyət və Turizm Nazirliyi və AR Təhsil Nazirliyinin fəxri fərmanları, AR Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət komitəsinin diplomu, ABŞ Bioqrafiya İnstitutunun “Şərəf” medalı (2004-cü il), Misir Təhsil Nazirliyinin Qızıl medalı, “Simurq” Beynəlxalq medalı, “Sülh səfiri”, “Mədəniyyət səfiri” fəxri diplomları, “Humay”, “İntellekt”, “Qızıl qələm”, “Ustad sənətkar” və digər milli ictimai mükafatlarla təltif edilib: “Professor Fuad Məmmədov ictimai xadimmaarifçi, elmin populyarizatoru kimi də tanınıb. O, 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilmiş ilk qeyri-hökumət təşkilatının - Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına nəzərə çarpan dərəcədə töhfə vermişSimurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Respublikasi Prezidenti yanında AAK-nın reyestrinə daxil edilmişSimurq” (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi) beynəxalq kulturoloji jurnalının təsisçisi və baş redaktoru, daimi fəaliyyət göstərən “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarının elmi rəhbəri, dörd ildən artıq Azərbaycan dövlət televiziyasında translyasiya edilən və ölkədə və xaricdə yüksək reytinqə malik olanİdrakkulturoloji verilişinin müəllifi və aparıcısıdır. 25 ilə yaxın fəaliyyət dövrü ərzində onun rəhbərliyi ilə millidünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsinin müxtəlif məsələlərinə həsr olunmuş 300-dən artıq kulturoloji konfranslar, seminarlar, treninqlər və dəyirmi masalar keçirilib. Fuad Məmmədov Azərbaycanda milli mədəniyyətin, insan kapitalının və vətəndaş cəmiyyətinin inkişafına əhəmiyyətli töhfələr verir.

 

İlkin AĞAYEV

Palitra.-2014.-12 mart.-S.11.