Milli mədəniyyət daim təbliğ edilməlidir” 

 

 

Eldar Xəlilov: “Gənclərimizin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığı çox aktual bir mövzudur

 

Layihə çərçivəsində “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilovla müsahibəni təqdim edirik

-QHT olaraq sizin prinsipləriniz nədən ibarətdir?

-Təşkilatımızın prinsipləri könüllülük, şəffaflıq, hesabatlılıq, qeyri-siyasilik demokratik əsaslarla ümumi ehtiyac, maraq dəyərləri olan gənclərin özlərinin iştirakı ilə ümumi məqsədə çatmaq naminə, ictimai fayda xeyir naminə çalışmaqdır.

-Region gənclərinin Azərbaycan tarixi, dövlətçilik ənənələri mədəni irsə bağlılığını necə dəyərləndirirsiniz?

-Tariximiz, dövlətçilik ənənələrimiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat incəsənətimiz bizim milli-mənəvi dəyərlər sistemimizi təşkil edir. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərləri onun ən qiymətli sərvətidir. Bunları qoruyub saxlamaq milli yiyəlik hisslərinə sahib çıxmaq, itirmək isə xalqın öz simasını itirmək deməkdir. Bu baxımdan gənclərimizin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə mədəni irsinə bağlılığı çox aktual bir mövzudur. Son illər milli-mənəvi dəyərlərimizin qorunub saxlanması inkişafı mövzusunda çox danışılır. Bu heç təsadüfi deyil, müasir dövrdə problemin xüsusi aktuallıq kəsb etməsilə əlaqədardır. Belə ki, iqtisadiyyatın sürətli inkişafı, yaşadığımız müasir dünyada böyük sürətlə baş verən qloballaşma, ölkələrin hərtərəfli inteqrasiyası, təhsilin, dilin dünyəviləşməsi, vahid Avropa təhsil sisteminin formalaşması kimi obyektiv proseslər gedir. Bu qlobal proseslər çərçivəsində hər bir ölkədə milli mədəniyyət, dil, əxlaq, mənəviyyat digərlərilə üzləşir. Odur ki, bu dəyərlərin daim təbliğ edilməsi zəruridir. Zərdab rayonunda da bu baxımdan milli-mənəvi dəyərlərin təbliği, adət-ənənələrimizin gənc nəsillərə çatdırılması istiqamətində çoxlu tədbirlər keçirilir. Zərdab rayon Heydər Əliyev MərkəzindəMilli-mənəvi dəyərlərimizi bugünkü gələcək nəsillərə çatdıraqadlı dəyirmi masalar, gənclərlə görüşlər, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi, dövlətçilik ənənələrinin təbliği gənc nəsillərə dərindən öyrədilməsi məqsədilə keçirilən dərslərdəUlu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı qurucusudurÜmummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır digər müxtəlif mövzularda müzakirələr, rayon Mədəniyyət evində adət-ənənlərimizi təbliğ edən digər tədbirlər keçirilir. Milli-mənəvi dəyərlərimizin təbliği işinəGəncliyə dəstəkİctimai Birliyi öz töhfəsini verməyə çalışır bu istiqamətdə olanHər evə bir bayraqşüarı altında Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərin, dövlət rəmzlərinin gənclər arasında təbliği aşılanmasılayihəsini həyata keçirib.

-Region gəncləri ictimai-siyasi fəallıq göstərirlər?

- Gənclərimiz cəmiyyətin bütün sahələrində fəallıq göstərirlər. Son illər həyata keçirilən tədbirlər region gənclərinin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi-təşkilati şərait təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Təkcə bu tədbirlərdən biri olanAzərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramına uyğun olaraq, Prezident yanında Gənclər Fondu yaradılmasını göstərmək olar ki, onun da məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması ilə yanaşı, gənclərin ictimai fəallığının artırılmasıdır.

-Elm təhsilin inkişafı istiqamətində hansı layihələr həyata keçiribsiniz?

-Gənclərin peşə seçiminə diqqətlərinin artırılması peşə seçiminin cəmiyyətdə stimullaşdırılması, insanları köhnə stereotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, gələcəkdə karyera qurmalarına məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsini təmin etmək məqsədilə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonundaGənclərin peşə təhsilinin stimullaşdırılması düzgün ixtisas seciminə yönəldilməsiadlı layihəsi, gənclərin uşaqların intellektual tərbiyəsini inkişaf etdirmək üçün kitaba mütaliəyə maraq yaratmaq məqsədilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyimiz “Region gənclərinin intellektual mənəvi dünyasının zənginləşməsi məqsədilə mütaliənin təbliğilayihəsini göstərə bilərik.

-Sonuncu adını çəkdiyiniz layihənin məqsədi idi?

- Mütaliə yeni nəslin milli, mənəvi ruhda tərbiyəsi, intellektual dünyasının kamilləşməsi, nəsillərin nəsillərə ötürdüyü mənəvi sərvətin davamı üçün vazkeçilməzdir. Tarixdən məlumdur ki, ən qlobal mütaliə problemi 80-ci illərdə Qərbdə, 1990-2001-ci illər ərzində Rusiyada mövcud olub, həyata keçirilən himayə tədbirləri nəticəsində problem aradan qaldırılıb.

Gəncliyə Dəstəkİctimai Birliyi mütaliəni himayə etmək üçün keçirdiyi sorğuya uyğun olaraq bu layihədə mütaliə ənənəsinin formalaşdırılmasını müəllim şagirdlər, gənclər, valideynlər, kitabxanalarla bu sahədə təbliğatın aparılmasını əsas götürdü. Layihənin əsas məqsədi maarifləndirici tədbirlər həyata keçiriməklə oxu mədəniyyətimizi zənginləşdirməkdən ibarət olub. Bu məqsədlə Zərdab Ucar rayonlarındakı məktəblərin ibtidai sinif müəllimləri üçünUşaqlar kitablarmövzusunda təlimlər keçirildi.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

-Daim cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alan, aktual problemləri gündəmə gətirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ikinci maliyyə müsabiqəsində “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq bir neçə mövzular üzrə layihələrə üstünlük verir ki, onlardan biri də mənəvi və əxlaqi dəyərlərin təbliği mövzusudur. Bizbu mövzu istiqamətində layihə təqdim etmək fikrindəyik. Milli-mənəvi və əxlaqi dəyərlərimiz nəsildən-nəslə ötürülərək zənginləşib çoxçalarlı, misilsiz dəyərlər toplumu halına gəlib və biz çalışacağıq ki, bu dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsinə öz töhfəmizi verək.

- Sizcə, gənclərin daha da maariflənməsi istiqamətində hansı tədbirlər görülməlidir?

- Birmənalı olaraq deyə bilərəm ki, maarifləndirmə daimi aparılmalıdır. Lakin maarifləndirmə KİV vasitəsilə aparılmamalıdır. Zənnimizcə, gənclərin maarifləndirilməsinin effektli olması üçün gənclərin özlərinin iştirakı daha məqsədəuyğundur. Bunun üçünkonstruktiv mövqe tutan, gənclərin, dövlətçiliyimizin inkişafı üçün fəaliyyət göstərən gənclər təşkilatlarının bu yöndə fəalliyyəti daha effektli və təsirli olar. Belə ki, gənclər təşkilatları gənclərə daim daha yaxın olmağı ilə yanaşı, onların problemlərini, asudə vaxtlarının səmərəli keçirilməsini, bilik və bacarıqlarının artırılmasını və digər məsələləri gənclərin iştirakı ilə daim gündəmə gətirir və bunların həll yollarını axtarır. Bununla yanaşı, mən gənclərimizə tövsiyə edirəm ki, onlar hansısa qurumlara, təşkilatlara qoşularkən diqqətli olsunlar, yaxşı götür-qoy etsinlər. Çünki Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Gəncliyimiz doğru yolda olmalıdır ki, Azərbaycan doğru gələcəyə getsin.

- Gənc nəslin milli ruhda formalaşması üçün onların milli-mənəvi dəyərlərə bağlılığı yetərincədirmi?

-Gənc nəslin milli ruhda formalaşması üçün milli-mənəvi dəyərlərin mənimsənilməsi və təbliği uşaq vaxtından başlayıb ömrün sonuna qədər davam etməlidir. Çünki həyat göstərir ki, bütün ən yaxşı insani keyfiyyətlər, gənclərin milli-mənəvi dəyərlərə bağlılığı qismən nəslən keçsə də əsasən təhsilin və tərbiyənin üzərinə düşür. Bu mənada təhsilin üzərinə böyük yük düşür. Son zamanlar təhsil sahəsində aparılan islahatlar, təhsil siyasəti, ölkəmizin iqtisadi inkişafı və gəlirləri artdıqca, hər il təbliğata və təhsilin inkişafına vəsait qoyuluşunun artırılması bu baxımdan bizdə nikbinlik yardır.

 

Fuad Hüseynzadə

Palitra.- 2014.- 20 mart.- S.11.