Bayram günlərində
teatrlarımızın repertuarı zəngindir
Xalqımızın min illərdən bəri sevə-sevə yaşatdığı Novruz bayramı insan və təbiət ortaqlığının ən mükəmməl nümunəsidir. Novruz bayramı Azərbaycan xalqının elliklə qeyd etdiyi adət-ayinlər, ənənələr məcmusu olmaqla yanaşı, həm də ümumşərq mədəni hadisəsidir. Diqqət etsək görərik ki, bu bayram baharı təxminən eyni müddətdə qarşılayan ölkələrdə qeyd olunur.
Novruz müxtəlif ölkələrdə fərqli formalarda təzahür etsə də, fəlsəfəsi əsasən eynidir. Yəni qışın sərtliyinə qalib gələn insanların və digər canlıların bahar sevinci bu bayramın aparıcı ideyasını təşkil edir. Qış yarı olandan sonra insanların azuqə ehtiyatı tükəndiyindən tezliklə bahara qovuşmaq istəyir, baharı-günəşi səsləyirlər. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Hələ qədimdə çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tuturdu. Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırdılar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlayar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürərdilər. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi. Bu mərasimlərdə “Qılınc oynatma”, “Kəmər atma” , “Kəndirbaz”, “Qoç döyüşdürmə” tamaşaları indi də bəzi bölgələrdə qorunub saxlanır. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi. Zaman keçdikcə Novruz bayramı ilə bağlı ənənələrin bir çoxu yaşasa da hazırda həmin meydan oyunlarının ancaq bir qismi tətbiq edilir. Bu gün Novruz bayramı ərəfəsində yenə süfrələri səməni, müxtəlif şirniyyatlar, milli xörəklərimiz bəzəyir. Eləcə də keçəl-kosa, çərşənbələr, tonqal yandırmaq kimi Novruz simvolları hələ də qalmaqdadır. Ölkəmizdə də Novruz bayramı hər zaman olduğu kimi dövlət səviyyəsində qeyd edilir, bütün regionlarda müxtəlif şənliklər, mərasimlər təşkil olunur. Bayram günlərində ölkədə fəaliyyət göstərən teatrlarımız da əlindən gələni əsirgəmir. Belə ki, sənətçilərimiz teatrlarımızda səhnəyə qoyulan əsərlərlə tamaşaçılara bayram sevincləri yaşatmağa çalışırlar.
Rus Dram Teatrında “Xəzərdə
Novruz”
Builki Novruz bayramı günlərində
də teatrlarımızın
repertuarları zəngindir.
Tamaşaçıları ilk sevindirəcək teatrlarımızdan
biri Rus Dram Teatrıdır. Belə ki, teatrda Novruz şənliyi təşkil olunub. Martın 24-dək
Rus Dram Teatrında “Xəzərdə Novruz” adlı bayram tamaşası keçiriləcək.
Tədbir cizgi filmi qəhrəmanlarının iştirakı
ilə olacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, xoreoqrafı
Raul Turkkan, ssenari müəllifi Teymur Rəhimovdur.
Bayram günlərində muzeylərimizin
də ziyarətçilərə
öz töhfəsi
var. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının
Milli Azərbaycan Tarixi Muzeyində 10 günlük “Açıq
qapı” kampaniyası
günləri keçiriləcək.
Ziyarətçilər bu günlər
ərzində qədim
dövrdən başlamış
bu günümüzə
qədər olan tarixi dövrə nəzər sala biləcəklər. Onu da qeyd edək ki, bu kampaniya
martın 30-dək (martın
20-dən 23-dək istisna olmaqla)
baş tutacaq. Yaz tətili müddətində
bu kampaniyadan məktəblilər, tələbələr,
bütün Bakı sakinləri və şəhərin qonaqları
istifadə edə bilərlər.
Bayram günlərində
bölgə teatrlarımız
da öz fəallığını nümayiş
etdirir. Belə ki, Gəncə
Dövlət Kukla Teatrında “Novruz sevincləri” bayram tamaşası hazırlanır.
Mart ayının 22-dən 30-dək Gəncə Dövlət
Dram Teatrının səhnəsində
Müqəddəs Novruz
Bayramı, eləcə
də məktəblilərin
yaz tətili ilə əlaqədar “Novruz sevincləri” adlı bayram tamaşaları göstəriləcək.
Teatrın direktoru Bayram
Fətəliyev bildirib
ki, bayram tamaşasında qədim Novruz adətləri, ənənələri nümayiş
olunacaq. Bayram tamaşasına
Əməkdar artist, teatrın
baş rejissoru Fərmayıl Paşayev quruluş verir.
Rolları Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov,
aktrisa Mahirə Hüseynova və digərləri ifa edəcək. Onu da qeyd edək ki, Novruz
bayramı ilə bağlı Gəncədə
keçiriləcək şəhər
tədbirlərində teatrın
kollektivi kuklalardan ibarət yeni kompazisiyalar nümayiş etdirəcək.
"Göyçək
Fatimə", "Cirtdan",
“Qırmızı Papaq”...
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da bayram günlərində repertuarı zəngindir. Teatrın səhnəsində 19 və 30 mart tarixlərində K. Ağayevin eyni adlı əsəri əsasında "Göyçək Fatimə" uşaqlar üçün tamaşası təqdim olunacaq. “Göyçək Fatma” tamaşası Kəmalə Ağayevanın eyni adlı mənzum pyesi əsasında hazırlanıb. Bu tamaşa məhşur “Zoluşka” (Küllücə) mövzusunun Azərbaycan versiyasıdır. Bu mövzu çox xalqların şifahi xalq ədəbiyyatında müxtəlif adlarda mövcuddur. Gözəl musiqiləri, oxunulan mahnıları ilə tamaşa könül oxşayır. 20, 22, 27 mart mart tarixlərində isə teatrda "Qoçaq Əhməd" adlı uşaq tamaşası nümayiş etdiriləcək. Tamaşa T. Ağayevin eyni adlı əsəri əsasında səhnələşdirilib. Bundan başqa teatrın səhnəsində 21, 26 mart tarixlərində "Məlikməmməd" adlı tamaşa qoyulacaq. Tamaşa E. Baxışın eyniadlı nağılı əsasında qoyulur. Tamaşanın əsasını şən macəravari əhvalat təşkil edir və tamaşaçıları xeyirxah olmağa çağırır. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma tamaşanın sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar. Balaca tamaşaçıları sevindirəcək digər tamaşa isə “Qırmızı Papaq”dır. Tamaşa Yevgeniya Şvartsın pyesinin motivləri əsasında səhnələşdirilib. Nağılda nənəsinin qırmızı papaq bağışladığı qızdan bəhs edilir. Bir dəfə ana qızını nənəsinə kökə aparmaq üçün göndərir. Meşədə Qırmızı Papaq Canavarla qarşılaşır. Canavar nənənin evinə gedir, onu yeyir və Qırmızı Papağı gözləyir. Qırmızı Papaq gəlir və canavar onu da yeyir. Lakin odun yığmağa gələn adamlar səs eşidib gəlirlər, canavarı öldürür, nənə və nəvəni xilas edirlər. Tamaşa 19-24 mart tarixlərində balacalara təqdim olunacaq. Onu da qeyd edək ki, bugünlərdə balacaları yeni tamaşanın premyerası da gözləyir. Belə ki, "Göy saqqal" tamaşasının premyerası Azərbaycan Dövlət Kukla teatrının səhnəsində baş tutacaq. Məşhur fransız nağılçısı Şarl Perronun məşhur nağılının motivləri əsasında qoyulmuş bu heyranedici tamaşada Göy saqqal ləqəbli hiyləgər və qəddar kişinin cavan arvadı öz qorxusuzluğu, cəldliyi, əsl qadın ağıllı və fərasəti sayəsində ərinin dəhşətli sirrinin üstünü açır və bu qorxunc cinayətkar Göy saqqala qalib gəlir. Tamaşa 3 gün- 19, 25, 30 mart tarixlərində baş tutacaq.
Balacaların sevimli nağıl qəhrəmanı olan “Cırtdan” bayram günlərində yenə də onlarla görüşə gələcək. Ümumiyyətlə, uzun müddətdir ki, sevilən nağıllar əsasında tamaşalar qoymaqla Kukla Teatrı balaca balalarımızı sevindirməyə davam edir. Belə tamaşalardan biri də məhz M. Seyidzadənin "Cırtdan" adlı nağılı əsasında qoyulan tamaşadır. Cırtdan - Azərbaycan folklorunun personajı olaraq, balaca bir oğlan uşağı obrazında tanınır. Bu tamaşada balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. “Cirtdan” 22 mart tarixində balaca tamaşaçıların yolunu gözləyir.
Bayram tamaşalarının
reallaşdığı növbəti məkanlardan biri də Opera və Balet Teatrıdır. Martın 23-ə qədər
Opera və Balet
Teatrında bayram şousu
və "Maşa və Ayı - Novruz sərgüzəştləri"
tamaşasının yeni bölümünün
premyerası olacaq. “Maşa
və Ayı” balaca
tamaşaçıları bayram macəraları
ilə təəccübləndirəcək. Bu,
bahar bayramını sevimli
qəhrəmanlarla birlikdə qarşılamaq imkanıdır.
“Maşa və Ayı” ya
tamaşa edənlər üçün
Novruz bayramı unudulmaz
və qeyri-adi bayram olacaq.
Nigar Abdullayeva
Palitra. – 2014. – 19 mart. –S. 11.