Kompyuter sahəsində gənc müəllimlərə ehtiyac var

 

Elnur Səfərli: “İxtisaslı kadrların sayının artması üçün ilk başda informasiya texnologiyalarının tədrisi ali məktəblərdə yox, orta məktəblərdə başlamalıdır”

Azərbaycan dövlətinin gənclərimizə xaricdə təhsil üçün dəstək göstərməsində əsas məqsədi odur ki, onlar sonradan gəlib öz biliklərini ölkəmizdə tətbiq etsinlər. Artıq ölkəmiz bu kimi gənclərin faydasını görməkdədir. Müsahibimiz Elnur Səfərli ilə söhbətimiz bizi buna tam əmin edir. Qeyd edək ki, E. Səfərli 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. 4 illik bakalavr təhsili ilə yanaşı müxtəlif şirkətlərdə proqramçı və baş proqramçı olaraq işləyib, müxtəlif elmi konfranslarda iştirak edib. 2010-cu ildə akademiyadan 5 ballıq sistemdə maksimum 5 bal toplayaraq məzun olub, elə həmin ildə Azərbaycan Respublikasının Dövlət təqaüdü ilə Türkiyənin 9 Eylül Universitetinin Kompyuter mühəndisliyi fakültəsinin magistratura pilləsinə qəbul olub. Hazırda Bakı Ali Neft Məktəbində Elektron tədris şöbəsində mütəxəssis və gənc müəllim kimi fəaliyyət göstərir.

 

-Öz ixtisasınızla bağlı hansı elmi işləriniz var?

- Doğrusu, hələ məktəb illərindən elmi mövzularda araşdırma etməyə çox böyük həvəsim var idi. Məhz bu həvəsin nəticəsi olaraq bakalavr təhsilim zamanı bir neçə elmi-texniki konfranslarda müxtəlif mövzularda təqdimatlarım olub. Ən əhəmiyyətli mövzularımdan biri “Verilənlər bazasının müxtəlif proqram təminatları ilə əlaqəsi” adlı mövzumdur. Burada müasir texnologiyada ən az istifadə olunan verilənlər bazasının müsbət keyfiyyətlərini və onların müasir proqramlaşdırma sistemləri ilə əlaqələri haqqında məsələləri ortaya qoymağa çalışmışam. Digər önəmli mövzumWi-Fi simsiz şəbəkələrinin qurulması və təhlükəsizliyinin təmini” dir. Bu məqalənin əsas məqsədi isə genişmiqyaslı ərazilərdə simsiz şəbəkələrin qurulması üsulları və bu şəbəkənin istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması yollarını araşdırmaqdır. Türkiyədə təhsil aldığım müddətdə isə beynəlxalq şirkətlərin Türkiyə nümayəndəliyinin rəhbərlərinə öz elmi tədqiqatım əsasında seminar təşkil etmişəm. “Measurinq Quality of developer and his software products” başlıqlı elmi tədqiqatımda proqramçıların yazdığı proqram kodunu görmədən, onun və yazdığı proqramın keyfiyyətinin təyin edilməsi yollarına da toxunmuşdum.

- Türkiyədə öyrəndiklərinizi Azərbaycanda hansı formada tətbiq edirsiniz?

- Türkiyədən qayıtdıqdan sonra yeni fəaliyyətə başlamış Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla görüşdüm. Görüşümüz əsnasında rəhbərlik etdiyi məktəbdə gənc müəllim kimi fəaliyyət göstərməyi təklif edəndə bu işin xarici dövlətdə öyrəndiklərimi Azərbaycan gəncləri ilə bölüşməyin ən gözəl üsulu olduğunu düşündüm və təklifini qəbul edərək hazırda bu qurumda həm kompyuter mütəxəssisi, həm də gənc müəllim olaraq çalışıram. Bunu da qeyd etməliyəm ki, Ali Neft Məktəbi daim xaricdə və yerli universitetlərdə təhsil almış gənc və perspektivli kadrlara üstünlük verən bir qurumdurbu qurumda bir çox ölkələrin nüfuzlu universitetlərindən məzun olmuş tələbələrimiz çalışırlar. Bundan əlavə olaraq Türkiyədə təhsil aldığım müddətdə bir neçə tələbə ilə birlikdə “Global Programmers Club” adlı elmi şəbəkə qurmuşduq ki, bu şəbəkə İT, avtomatikakompyuter elmləri sahəsində təhsil alan tələbələri bir arada birləşdirdi. Bu sahədə fəaliyyət göstərən müəllim və mütəxəssislərin şəbəkəyə üzv olan tələbələr üçün seminarını təşkil edir və onların bir-biriləri ilə qarşılıqlı əlaqə qurmasını təmin edirdim. Hazırda Azərbaycanda həmin şəbəkənin rəsmi olaraq fəaliyyəti davam edir. Qarşıda Azərbaycan gəncləri üçün çox gözəl və uğurlu olacağını düşündüyüm layihələr üzərində işləyirik. Bu layihələr vasitəsilə xaricdə oxuyan digər dostlarımla bərabər gənclərə xaricdə öyrəndiyimiz bilikləri ötürür və onların şəbəkələşməsini təmin edirik. “Global Programmers Club” hazırda Türkiyədə öz fəaliyyətini davam etdirir.

-Azərbaycanda kompyuter sahəsinin öyrənilməsinə maraq hansı səviyyədədir?

- Düzünü desəm, liseyi 2006-cı ildə bitirdiyim zaman ətrafımdakılara deyəndə ki, proqramçı olacağam hamı mənə deyirdi ki, bu qədər oxumaqla gedib kompyuter düzəldən olacaqsan?(gülür) O vaxt texnologiyanın cəmiyyətdə tətbiqi o qədər güclü olmadığından, insanların gözündə kompyuter sahəsini bitirən mütəxəssis gedib hər hansı kompyuter mağazalarında kompyuter təmir edən kimi formalaşmışdır. Əvvəllər kompyuterlərdən istifadə sadəcə böyük şirkətlərdə olurdu. Sadəcə onların veb-səhifələri xüsusi yazılmış proqramları mövcud idi. Amma indi demək olar ki, hər kəs hətta kiçik mağazaların belə internet səhifəsi xüsusi proqram təminatları var. Bu proqramlar isə xarici şirkət yox, azərbaycanlı mütəxəssislər tərəfindən qurulur. Getdikcə dövlətin bu sahəyə diqqətinin artması, yeni texnologiyaların tətbiqi, elektron hökumətin yaradılması s. kimi böyük layihələrin qurulması sayəsində istənilən dövlət ya qeyri-dövlət qurumunda bu sahəyə kadr çatışmazlığının olduğu ortaya çıxdı. Bunun məntiqi nəticəsi olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında ARDNŞ-in xaricdə təhsil təqaüdü proqramında bu sahə prioritet sahə kimi qeyd edildi. Bu inkişafdan asılı olaraq gənclərimizdə bu sahəyə üstünlük artdı. Qeyd edim ki, arxada qoyduğumuz 2013-cü ilinİnformasiya kommunikasiya texnologiyaları ilielan edilməsi bu sahəyə olan qayğının diqqətin bariz göstəricisidir.

-Bu sahədə ixtisaslı kadrların sayının artırılması üçün təklif edərdiniz?

- İxtisaslı kadrların sayının artması üçün ilk başda informasiya texnologiyaların tədrisi ali məktəblərdə yox, orta məktəblərdə başlamalıdır. Hazırda regionlardakı orta məktəblərdə yüksək göstəricilərə malik avadanlıqlar quraşdırılmasına baxmayaraq, onları istifadə edən onlardan istifadə edərək təhsil verən kadrlar yoxdur. Kadr çatışmazlığı nəinki orta məktəbdə, hətta ali məktəblərdə özünü göstərir. Ali məktəblərin əksəriyyətində gənc kadrların olmamağı yaşlı nəslin müasir texnologiyaların sadəcə nəzəri hissəsində biliyə malik olması burada təhsil alan gələcək kadrların həm sayına, həm keyfiyyətinə mənfi təsir göstərir. Azərbaycanda bu sahədə gənc mühəndis sayca çox olsa da, təəssüflər olsun ki, gənc müəllim tədqiqatçılar haqqında o fikri deyə bilmərəm. Bu sahədə gənc müəllimlərə ehtiyac var. Burdan bütün gənclərə, gənc müəllim tədqiqatçı kimi səslənirəm ki, ali məktəbi bitirərək dərhal xarici yerli şirkətlərin yüksək məvaciblərinə aldanıb təhsillərini durdurmasınlar. Bu gün Azərbaycanda yeni açılan ali məktəblərdə , Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki institutlarda da yüksək kadr olaraq yetişmələri üçün çox geniş imkan var. Bundan fərqli olaraq isə bir az əvvəl bildirdiyim kimi xaricdə təhsillərini davam etdirmək üçün hərtərəfli şərait yaradılıb. Ali məktəblərin isə bu gənc kadrlara yer ayırması bu sahədə ixtisaslı kadrların zəncirvari olaraq artmasına gətirib çıxaracaqdır. Ən əsası isə hər bir azərbaycanlı öz bildiklərini başqaları ilə bölüşməyi, oxumaq öyrənmək şəraiti olmayan insanlar üçün qarşılıqsız seminarlar ya təlimlər verməyi özünə borc bilməlidir, uşaq evləri, kasıb ailələr üçün xüsusi təlimlər keçirilməlidir.

-Türkiyədə Azərbaycanın təbliği istiqamətində hansı işlər görürdünüz?

- Türkiyəyə təhsil almağa gedəndə valideynlərimin mənə dediyi ən önəmli tövsiyəHeç bir zaman azərbaycanlı olduğunu unutmasözləri idi. Türkiyədə təhsilim müddətində Azərbaycan azərbaycançılığı təbliğ edən bir çox tədbirlərdə iştirak etmiş, bütün türk xarici dostlarıma Azərbaycan haqqında məlumat vermiş, ən böyük problemimiz olan Qarabağ problemini, erməni təcavüzünü sübutlarla göstərmişdik. Bakalavr təhsilim zamanıDünya azərbaycanlıları adlı bir bloqa rəhbərlik edirdim. Sonra isə bu adda sosial şəbəkələrdə qruplar səhifələr açaraq xaricdə yaşayan azərbaycanlı adamları, alimləri tələbələrinin kölgədə qalan uğurlarını ictimaiyyətə çatdırır, onlardan müsahibə alaraq düşüncə fikirləri ilə Azərbaycan xalqını məlumatlandırırdım. Bu tip araşdırmalarım dövlətimiz millətimizi Türkiyədə təbliğ etmək üçün çox kömək oldu. Bəzən insanlar düşünür ki, qardaş ölkədə hər kəs bizi sevir. Mən isə belə düşünmürəm, çünki Türkiyə böyük çoxmillətli dövlətdir. Onların içində düşmənimiz olan ermənilər var. Onlar da durmadan qardaş dediyimiz xalqın içində bizə qarşı əks-təbliğatlar aparırlar. Tələbə olaraq durmadan dövlətimizi təbliğ edirdik. Ən uğurlu təbliğimiz isə 2012-ci ildə Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar Taksim mitinqi idi. Bizimlə bərabər nəinki türk dostlarımız, hətta Afrikadan, Avropadan olan dostlarımız da mitinqdə iştirak etmiş bir çox yerlərdə bizimlə bərabər insanları məlumatlandırmışdır. Bu il isə ən böyük təbliğimiz, qardaşımla bərabərXocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində tanınsınşüarı altında Türkiyə Böyük Millət Məclisinin üzvlərinə kütləvi şəkildə məktub göndərmək oldu. Bu məktublarımız türk mediasında böyük səs-səda doğurdu. Hazırda Bakıda olmağıma baxmayaraq, diaspor lobbiçilik fəaliyyətləri ilə məşğul olmağa davam edirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-18 mart.-s.7.