Sosial elmlərin inkişafı aktuallıq kəsb edir

 

Bu sahədə gənc tədqiqatçıların zamanın tələbinə uyğun formalaşdırılması vacibdir

 

Elmin inkişafı elm sahəsində insan kapitalının formalaşması ilə bağlı vacib aktual sahələrdən biri cəmiyyətin inkişaf mexanizminin tədqiq olunmasında böyük rol oynayan sosial elmlər sahəsində bacarıqlı, bilikli kadrların hazırlanmasıdır. Bu məsələdə digər bir məqam isə eyni zamanda əhalinin sosial-siyasi şüurunun, ictimai proseslərlə bağlı təfəkkürünün yüksək səviyyəyə qaldırılmasıdır ki, burada da sosial-siyasi elmlər sahəsinini inkişafı bacarıqlı kadrların olması mühüm rol oynayır.

Amma bir sıra məqamlara nəzər yetirəndə, ölkədə sözügedən sahədə təhsilin, akademik biliklərin mənimsənilməsi inkşaf etmiş ölkələrlə münasibətdə hələ qaneedici sayıla bilməz. Eyni zamanda, bu sahə ilə bağlı vətəndaşların məlumatlılıq səviyyəsi bilgiləri arzuolunan dərəcədə deyil. Bunun üçün bir neçə nüansa diqqət yetirək.

Məsələn, hazırda Azərbaycanda yerli xarici təşkilatların dəstəyi ilə müxtəlif mövzularda sosioloji sorğular, həmçinin digər empirik tədqiqatlar keçirilir. Vaxtaşırı həmin tədqiqatların nəticələri mediada da işıqlandırılır. Hətta buna istinad edərək bəzi media orqanlarında tok-şoular da təşkil olunur həmin tədqiqatın nəticələri ictimai rəy kimi təqdim olunur. İctimaiyyət isə empirik sosial tədqiqatlar barədə kifayət qədər təfərrüatı ilə informasiyaya malik olmadığı üçünictimai rəykimi təqdim edilən nəsnələrlə təhlil aparmadan razılaşmalı olur. Buna misal olaraq ABŞ Dövlət Departamentinin Azərbaycanda tələbələr arasında guya narkomaniyanın yayılmasının vəziyyəti ilə bağlı məlum üzdəniraq hesabatını xatırlatmaq olar. Məlumdur ki, həmin hesabat guya ölkədəki hansısa QHT-nin sorğusu əsasında hazırlanmışdı onun yanlış olduğu sonradan elə ABŞ Dövlət Departamenti tərəfindən təkzib edildi. Bu cür tədqiqatlar əksər hallarda mahiyyətcə səthi formal xarakter daşıyıb sosial reallığı əks etdirməyib, nəticədə media da empirik sosial tədqiqatlar onların nəticələrini təhrif olunmuş formada cəmiyyətə təqdim edib. Əhalinin bu cür tədqiqatlara cəlb edilməsi arzuedilən səviyyədə deyil. Çünki insanlar əksər hallarda belə tədqiqatlarda, o cümlədən sosioloji sorğularda iştirak etməkdən ehtiyatlanırlar. Bu isə birinci növbədə onların bu sahədə məlumatsızlıqdan irəli gəlir.

Empirik sosial tədqiqatlarla bağlı belə məlumatsızlıq isə əslində ictimaiyyətin sosial-siyasi sahədə passivliyinə, siyasi sosiallaşmanın arzu olunan səviyyədə olmamasına gətirib çıxarır. Halbuki sosial institutların formalaşması inkişafı baxımından cəmiyyətin qeyd edilən məsələlərlə bağlı ətraflı məlumatlanması maariflənməsi olduqca aktualdır. Problemi aktuallaşdıran məsələlərdən biri isə odur ki, sosial-siyasi sferada indiyə qədər fundamental, empirik tədqiqatlar demək olar ki, lazımi səviyyədə aparılmayıb. Sözügedən sahədə problem təkcə bununla bitmir. Empirik sosial tədqiqat aparan yerli QHT-lər bu sahədə təcrübəsizlik nümayiş etdirirlər. Eyni zamanda onlar metodoloji qeyri-dəqiqliklərə, yanlışlıqlara yol verirlər. Məsələn, siyasi qrup maraqlarının təsiri sosioloji sorğuların nəticələrinə şübhəsiz ki, təsir edir.Bütün bunların nəticəsində , bir çox hallarda bu cür sorğuların etibarlılıq dərəcəsi aşağı düşür. Burada xüsusilə metodoloji problemlər qabarıq formada özünü büruzə verir. Belə ki, empirik sosioloji tədqiqat hesab olunan sosioloji sorğunun sosial faktların informasiyanın sadə toplanması prosesi olmadığı əksər hallarda nəzərdən qaçırılır. Bu, özündə informasiya toplanması üçün xüsusi elmi proseduraya malik, xüsusi sosioloji texnologiyaların istifadə olunduğu bir tədqiqat növüdür.

Beləliklə, xüsusi sosioloji təhsili olmayanyaxud ən azı sosioloji təfəkkürə malik olmayan, eyni zamanda sosioloji sorğuların hazırlanması və tətbiqi sahəsində xüsusi elmi hazırlığı, təcrübəsi olmayan şəxslər və təşkilatlar tərəfindən aparılan sorğuların nəticələri qeyri-elmi prinsiplərə söykəndiyi üçün etibarlılıq dərəcəsi aşağı olur. Eyni zamanda əldə olunan statistik nəticələrin düzgün təhlili də informasiyanın toplanması qədər əhəmiyyətlidir. Burada artıq konkret olaraq sosioloji bilik və təfəkkür tələb olunur. Bu keyfiyyətlərə sahib olmayanlar, sosioloji sorğu bütün tələb olunan şərtlərə əməl olunaraq keçirilmiş olsa belə, sorğunun nəticələrini düzgün qiymətləndirə bilməməkdədirlər. Empirik sosial tədqiqatlarla bağlı qeyd edilən ikinci məqam göstərir ki, bu sahədə kadr problemimövcuddur. Özünü sosioloq, politoloq adlandıranlar arasında müxtəlif peşə sahiblərinə və elmin digər sahələrinə aid insanlara rast gəlmək olar. Bu səbəbdən də sözügedən sahədə mövcud metodoloji yanaşma prinsiplərində pərakəndəlik müşahidə olunurbu da nəticədə mediada empirik sosial tədqiqatlar, o cümlədən sosioloji sorğular məzmun və forma etibarilə elə onu keçirənlər tərəfindən çox vaxt təhrif olunur. Bütün qeyd edilənlər Azərbaycanda ictimaiyyətin empirik sosial tədqiqatlarla bağlı ciddiprofessional şəkildə maarifləndirilməsinə, eləcə də bu sahədə ixtisaslaşmış QHT-lərin metodoloji məlumatlandırılması və maarifləndirilməsinə ehtiyacı olduğunu nümayiş etdirir. Eyni zamanda sosial elmlər sahəsində ixtisaslaşmış gənclərin, tələbələrin akademik biliklərinin mükəmməl olması üçün təhsil sahəsində ciddi islahatlara ehtiyac duyulur. Çünki təhsil sahəsində mövcud olan ümumi problemlərlə yanaşı, məhz bu sahəyə aid ixtisaslara yiyələnmədə də ciddi diqqət həyata keçirmək lazımdır. Universitetlərin müvafiq fakültələrində təhsil alan tələbələrin akademikelmi-metodiki baxımdan dövrün tələbinə uyğun təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bunun üçün həmin tələbələrə ixtisaslarına aid biliklərin, eləcə də empirik sosial-siyasi tədqiqatların nə dərəcədə mənimsədilməsini müəyyənləşdirmək məqsədilə birinci növbədə ciddi monitorinqlər aparılmalıdır. Bu cür monitorinqlər və tədqiqatlar müvafiq hökumət qurumları, eləcə də vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilə bilər. Ümumiyyətlə, sosial-siyasi elmlər sahəsində ixtisaslaşmış tələbələrin tədrisini təkmilləşdirmək üçün onları mütəmadi olaraq sosial-siyasi tədqiqatlara cəlb etmək, metodiki baxımdan düzgün istiqamətləndirmək məqsədilə davamlı fəaliyyət göstərən beyin mərkəzlərinin mövcudluğu məqsədəuyğun olardı. Bu cür qurumların ciddi maddi-texniki bazaya malik resurs mərkəzləri kimi fəaliyyət göstərməsi də ümumi işin xeyrinə olardı. Belə ki, bu cür resurs mərkəzlərində professional şəkildə sırf empirik sosial tədqiqatların mahiyyəti, həyata keçirilməsi yolları, sosioloji sorğuların metodoloji təfərrüatları, obyektiv və peşəkar sahə mütəxəssislərinin empirik sosial tədqiqatlarsosioloji sorğularla bağlı məsləhətləri həyata keçirilməlidir. Lazım gələrsə, bu məqsədlə xaricdən gənc mütəxəssislərə təlim keçmək üçün ekspertlər və təlimçilər dəvət edilməlidir. Bu sahədə beynəlxalq təcrübənin təhlili və izahı, bu sahədə qabaqcıl xarici ölkələrin təcrübələri və aparılan tədqiqatlardan bəhs edən xarici dillərdən tərcümələrlə maarifləndirilmə və tədris işi həyata keçirilməlidir. Belə olduğu halda, empirik sosial tədqiqatlar, sosial-siyasi ixtisaslar üzrə təhsil alan tələbələr bu sahədə maariflənmək, mütəxəssis kimi yetişmək imkanı əldə edəcək. Bu cür tələbələrin layihədən faydalanması və layihənin nəticələrinin daha effektli olması üçün yaradılmalı olan qurumların, resursbeyin mərkəzlərinin universitetlərin müvafiq fakültələri ilə daim əməkdaşlıq etməsi vacibdir. Bundan başqa həmin gənc mütəxəssislərin, tələbələrin yeni media vasitələrində müzakirələrə cəlb edilməsi, onlara bu barədə geniş tribuna verilməsi, fikir və təkliflərinin ictimaiyyətə təqdim edilməsi, eləcə də sahə peşəkarları ilə fikir mübadiləsində olma imkanının təmin edilməsi aktual məsələdir. Yaradılmalı olan bu cür mərkəzlərdə Azərbaycanda empirik sosial tədqiqatlar üzrə ixtisaslaşmış ekspertlərin fikirlərini öyrənmək və müzakirəsini, debatını təşkil etmək, onların fikir və təkliflərinin, mesajlarının cəmiyyətə təqdim edilməsi də lazımdır. Bu işdə də ancaq peşəkar kadrlara tribuna verilməsi məqsədəuyğundur. Bundan əlavə sosial-siyasi tədqiqatlar keçirən yerli QHT-lərə treninqlər vasitəsilə metodoloji dəstəyin verilməsi, sosial tədqiqatların keçirilmə mərhələlərinin təfərrüatlarını özündə əks etdirən və bu sahədə geniş ədəbiyyat bazasına malik olan internet resurslarının yaradılması da çox vacibdir. Bütün bu məsələlər sosial tədqiqatlar barədə formalaşmaqda olan gənc tədqiqatçıların maarifləndirilməsinə yardımçı olmaqla bərabər, ictimaiyyətin müxtəlif təbəqələrinin də maariflənməsinə xidmət etməlidir.

Bir daha qeyd edilməlidir ki, qloballaşma prosesində rast gəlinən aktual cəmiyyət problemlərindən biri əhalinin sosial-siyasi şüurunun aşağı olması, sosioloji məsələlər barədə yetərincə məlumatlı olmaması və bunlarla bağlı düzgün məlumatlandırılmamasıdır. Belə olduğu halda, vətəndaşlar empirik sosial tədqiqatlar, sosioloji sferaya aid məsələlərlə bağlı işlərdə, aksiyalarda lazımi səviyyədə iştirak edə bilmirlər. Beləliklə də cəmiyyətdə müəyyən məsələlər barədə həqiqi ictimai rəyi, ictimai mövqeyiortaya çıxarmaq mümkün olmur. Nəticədə bir çox məsələlərlə bağlı ictimai rəy manipulyasiya edilir. Həmçinin ancaq xarici təşkilatların ölkədə sosial-siyasi sferaya aid mərkəzlər yaratması da bir o qədər də arzuolunan deyil. Bu cür mərkəzlər birinci növbədə dövlət və cəmiyyətimizin institutları, daxildən gələn təşəbbüslərlə yaradılmalı və ictimaiyyətə tam açıq olmalıdır. Məhz bu halda sözügedən sahədə insan kapitalının inkişafına ciddi töhfə verilə bilər.

 

İlkin AĞAYEV

Palitra.-2014.-29 mart.-S.11.