Sosial mediada gənclərin
ictimai məsuliyyət mədəniyyətinin
formalaşdırılması zəruridir
Azərbaycanda fikir azadlığı və media azadlığı üçün demək olar ki, bütün gərəkli şərait yaradılıb. Söhbət dövlətin bu yöndə üzərinə düşəni etməsindən gedir. Amma bu gün yeni media vasitələrində - sosial şəbəkələrdə və saytlarda çıxış etməklə bağlı bir çox gənclərin, yeniyetmələrin ictimai məsuliyyət və mədəniyyət problemi var. Bu isə onların mənəvi inkişafı prosesində həddindən artıq həssas məqamlardan biridir.
Belə ki, gənclərin bitkin dünyagörüşlü, zəngin mənəviyyatlı formalaşmasını təmin etmək üçün onlara informasiya cəmiyyətinin nailiyyəti olan internetdə - sosial şəbəkələrdə, yeni media vasitələrində düzgün iştirak aşılamaq və bu vasitələrdən özlərinin hərtərəfli inkişafı üçün düzgün yararlanmağı öyrətmək günün tələbidir. Elə etmək lazımdır ki, gənclər internetdə müxtəlif qrupların təxribatlarına düşməsinlər. Məsələn, ölkədən xaricdə və ölkə daxilində elə qruplar var ki, onlar fikir və media azadlığından çox zaman şəxsi nəfslərini təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq üçün istifadə edirlər. Belə hallarda məlumatsız gənclər onların qurbanına çevrilmiş olurlar və onların sosial şəbəkələrə buraxdıqları dezinformasiyaların mexaniki daşıyıcılarına çevrilirlər.
Qeyd etmək lazımdır
ki, “yeni media” məfhumu geniş bir sahəni əhatə edir.
Buraya online saytlar, ənənəvi medianın
online variantları, internet televiziyalarından
tutmuş, sosial şəbəkələri və
sair aid etmək olar. Bu baxımdan “yeni media” anlayışı
bir qədər şərti xarakter daşıyır. Məsələn, ənənəvi medianın
online versiyasından danışırıqsa,
burada peşəkar mediadan söhbət gedə bilər. Amma sözügedən məsələdə
sosial şəbəkələr
və hazırda gündə biri meydana çıxan xəbər portalları ilə bağlı müəyyən problemlər
ortaya çıxır.
Burada fərq odur ki, media qurumunun və jurnalistin dünyada qəbul olunmuş standartları
var. Jurnalist material hazırlayarkən
müəyyən prinsipləri
gözləməlidir. Təsvir edilən mövzu barəsində araşdırma
aparmaq, tərəflərin
mövqelərinin nəzərə
alınması, faktların
düzgün yoxlanılması,
obyektivlik və qərəzsizliyin təmin
olunması kimi prinsiplər ictimai məsuliyyətdən doğur.
Amma yeni mediada çox
vaxt bu prinsiplər
gözlənilmir. Əsasən də internetdə üstünlük təşkil
edən və əsas fəallıq göstərən gənclər
bu prinsipləri çox vaxt pozurlar. Bu barədə
gənclərin əksəriyyətində
hələ də ictimai məsuliyyət hissi və mədəniyyəti
tam formalaşmayıb. Yeni medianın sosial şəbəkələr,
bəzən də xəbər saytları kimi formalarında, informasiyanın dövlət
sirrinə aid olub-olmaması,
onun qadağan olunmuş informasiyalar kateqoriyasına daxil olub-olmaması, kommersiya sirri anlayışı, şəxsi həyatın
toxunulmazlığı və
sairlə bağlı
qanunvericilikdə nəzərdə
tutulan müddəalara
çox vaxt məhəl qoyulmur. Bu isə qeyd
edildiyi kimi, ictimai məsuliyyət kontekstində bir sıra aktual məsələləri və
problemləri önə
çəkir. Azərbaycanda
da bu zərurətdən
irəli gələrək
sözügedən sahədə
- internetlə bağlı
olaraq qanunvericiliyə
dəyişiklik edildi:
“KİV haqqında” qanuna
və media qurumlarında
yayılan informasiyalara
baxsaq, burada informasiyanın ictimai məsuliyyəti nəzərdə
tutulur. Amma çox təəssüf
ki, bizdə bu məsuliyyət hissi xüsusən də gənclər tərəfindən bir kənara qoyulur. Dünya praktikasında da yeni mediada təhqir
və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə
görə məsuliyyət
nəzərdə tutulur.
Bizdə
də bu məsələdə bir qədər fərqli olsa da, müəyyən
məsuliyyət nəzərdə
tutulur. “KİV haqqında”
qanunda bu barədə nəzərdə
tutulan məqamlardan başqa, ayrı-ayrı qanunlarda da bu
barədə məsuliyyət
nəzərdə tutan
maddələr var. Bu məsələdə
əsas məqamlardan biri odur ki,
gənc yeni media - sosial şəbəkə
istifadəçiləri arasında
ictimai məsuliyyətlə
bağlı geniş maarifləndirmə işi
aparılmalıdır. Yeni mediadan
istifadə halları xeyli genişlənib.
Bu gün artıq
vətəndaş jurnalistikasından
söhbət gedir.
Bu da yeni
mediaya aid ictimai məsuliyyəti artırmış
olur.
Beləliklə, internetdə fəaliyyət
göstərən iki
kateqoriyaya aid gənclərin
- istər jurnalistika sahəsində təhsil alan gənclər
və gənc jurnalistlər, istərsə
də sosial şəbəkələrdə çıxış edən
və ya “vətəndaş jurnalistikası”
ilə məşğul
olan gənclərin maarifləndirilməsi, onlara
yeni media ilə bağlı ictimai və hüquqi məsuliyyət hissinin aşılanması, internetdə
etik noralara əməl edilməsinin izah edilməsi olduqca aktualdır. Bunları nəzərə
alaraq Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
dəstəyi ilə
“Yeni media və sosial şəbəkələrdə
gənclərin ictimai
məsuliyyətinin artırılması”
layihəsini həyata
keçirir.
Layihənin məqsədi istər yeni media və sosial şəbəkələrdə aktiv olan, istərsə də peşəkar jurnalist olmaq istəyən gənclərin ictimai və hüquqi məsuliyyət hissinin və mədəniyyətinin artırılmasına, onların bu baxımdan mənən də təkmilləşməsinə yardımçı olmaqdır. Layhənin məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr həyata keçirilir: İnternetdə aktiv olan gənclərin ictimai məsuliyyət hissinin inkişafına yardım etmək, internetdə aktiv olan gənclərin hüquqi məsuliyyət hissinin artırılmasına və formalaşmasına yardımçı olmaq, internetdə aktiv olan gənclərin etik normalara əməl etməsinə yardımçı olmaq, internetdə aktiv olan gənclərin Azərbaycan dəyərlərinə bağlı qalmasına yardımçı olmaq, internetdə aktiv olan gənclərin sosial şəbəkələrdən və yeni mediadan yararlanma mədəniyyətinin təkmilləşdirilməsinə yardımçı olmaq, peşəkar jurnalist olmaq istəyən gənclərin yeni media vasitələrinə çıxışla bağlı hüquqi və texniki baxımdan bilgiləndirilməsi.
Layihənin ünvanlandığı əhali qrupu internetdə və sosal
şəbəkələrdə aktiv olan, amma ictimai
və hüquqi məsuliyyət
baxımından problemləri olan, dəyərlər
və etik normalar
baxımından pozuntulara yol
verən gənclərdir. O cümlədən, internetdə aktiv olan digər zümrələr
və ümumilikdə cəmiyyət layihədən faydalanmaq imkanı qazanacaq.
Layihə Bakı şəhərində həyata keçirilir. Birinci ayda internetdə və sosial şəbəkələrdə aktiv olan, amma
ictimai və hüquqi
məsuliyyət baxımından problemləri olan
yeniyetmə və gənclərin bu sahədə
bilik və bacarıqlarını
artırmaq, onları düzgün yönləndirmək
və vərdişlər qazandırmaq üçün
“Sosial şəbəkələrdə
və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim
keçirilib. Keçirilən təlimdə
20 yeniyetmə və gənc iştirak edib. Burada gənclərin ictimai məsuliyyət hissinin
inkişafı, hüquqi məsuliyyət hissinin artırılması və
formalaşması baxımından bilgilər və vərdişlər
aşılanıb. Onlara bu barədə mövcud
olan mənbələr, qanunvericilik
və hüquqi tənzimləmələr
və etik davranış qaydaları izah edilib və göstərilib.
İkinci ayda “Jurnalist olmaq istəyən
gənclərin və tələbələrin yeni
media vasitələrindən hüquqi və ictimai məsuliyyət
baxımından düzgün
yararlanması” mövzusunda 8 dəfəlik
təlim keçiriləcək. Təlimdə yeni
media və internetdən peşəkar məqsədlərlə
və üsullarla yararlanma
sözügedən kateqoriyaya aid gənclərə başa
salınacaq, “KİV haqqında” qanunun müvafiq bəndləri və bu
barədə dünya praktikası
aşılanacaq. Bu təlimdə də daha 20 jurnalist ixtisasına yiyələnmək istəyən
gənc iştirak edəcək. Üçüncü ayda
layihənin icrası, təlimlərin və saytda
əksini tapmış məqalələrin yeni
ideyaverici məqamları əsasında ərsəyə
gəlmiş materialların toplandığı 20 səhifəlik
200 ədəd broşür
hazırlanacaq. “Yeni media
və sosial şəbəkələrdə
düzgün iştirak
günün tələbidir” adlı broşür əsasən yeniyetmə və gənclər,
eləcə də gənclər təşkilatları və
QHT-lər, müvafiq qurumlar
arasında paylanacaq. Burada
həm də ali təhsil və ixtisaslaşma ilə bağlı yeniyetmə və
gəncləri dolğun maarifləndirəcək
internet resursları qeyd
ediləcək. Broşür virtual formada da internetdə yayılacaq. Üçüncü
ayın sonunda “yenimedia.info”
adlı yeni sayt
yaradılacaq. Sayt yeni
media vasitələri və sosial şəbəkələr barədə
gəncləri və cəmiyyəti maarifləndirən ekspert müsahibələri, rəyləri və
sair xəbərlərin əksini
tapdığı sayt olacaq.
Həmçinin burada qanunvericiliyə uyğun olaraq yeni mediada
iştirakçılıq məsələləri əks olunacaq. Sayt yeni media məsələləri
ilə bağlı cəmiyyəti maarifləndirmə üzrə
ixtisaslaşacaq və ənənəvi saytlardan bu baxımdan fərqlənəcək.
İlkin AĞAYEV
Palitra.-2014.-1 may.-S.11.