Gənc jurnalistlərin arzusu
gerçəkləşir
Yeni
innovativ proqram sayəsində bütün dünyanın
perspektivli gənc idman jurnalistlərinə Bakı 2015 Avropa
Oyunlarında işləmək imkanı veriləcək.
İlk dəfə keçiriləcək Avropa Oyunlarını işıqlandırmaq üçün 10 yazarın cəlb olunacağı Gənc reportyorlar təşəbbüsünü yaratmaq üçün “Bakı 2015” Oyunlarının təşkilatçıları Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirdi.
Beş qadın və beş kişi jurnalistdən təşkil olunacaq qrup müxtəlif Avropa ölkələrindən gələcək və “Bakı 2015” Oyunlarının bir hissəsi olmaq, təcrübəli idman reportyorları ilə yan-yana çalışmaq imkanı əldə edəcək.
Azərbaycanın gənclər və idman naziri, “Bakı 2015” Oyunlarının baş icraçı direktoru Azad Rəhimov bildirib: "Bu, istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarından öyrənməsi üçün əvəzolunmaz imkandır. Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək imkanı həyatda insanın qarşısına çıxan nadir bir şansdır və mən əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə işləmək nəticəsində əldə edilən biliklər bir çox gənc karyera üçün əsaslı stimul olacaq".
“Bakı 2015” Oyunlarının yarışlardan sonra təlimli və təcrübəli işçi heyət kimi uzunmüddətli bir miras qoyma vədinə uyğun olaraq, seçiləcək on nəfər gənc reportyordan ikisi Azərbaycandan olacaq.
AİPS 77-ci beynəlxalq konqresini Bakı şəhərində keçirib. 260-dan çox
nümayəndənin iştirak etdiyi bu tədbirdə ümumdünya idman məsələləri
və irimiqyaslı tədbirlərin
işıqlandırılmasında medianın gələcəyi
mövzuları müzakirə olunub.
AİPS prezidenti Gianni
Merlo bildirib:
"Potensiallı gənc jurnalistlərə
bacarıqlarını inkişaf etdirmək
imkanı tanımaq üçün
“Bakı 2015” Oyunları ilə səylərimizi birləşdirməkdən
olduqca məmnunuq. Gələcək
nəsil jurnalistlərə bizim təcrübələrimizi
bölüşmək, bu qəbildən olan irimiqyaslı beynəlxalq idman
tədbirlərində çalışmaq üçün
tələb olunan biliklər əldə
etməkdə yardım etmək bizim üçün çox
önəmlidir. Bu proqramın həyata
keçirilməsini və gənc istedadların təlimləndirilməsində
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat
Komitəsi ilə birgə işləməyi səbirsizliklə
gözləyirik". AİPS daha
əvvəllər də Bakıda uğurla
Gənc Reportyorlar təşəbbüsü
həyata keçirib, dünya
ölkələrindən seçilmiş
20 jurnalistdən ibarət qrup 2012-ci ildə
keçirilmiş FİFA U-17 dünya çempionatında yerli
və beynəlxalq KİV nümayəndələri ilə yan-yana işləyib. “Bakı 2015”
Oyunlarının mətbuat əməliyyatları üzrə direktoru Jayne Piirs bildirib: "AİPS Gənc
Reportyorlar Proqramı yüksək səviyyəli
idman jurnalistikasının təqdim edilməsinin
köhnə və qəbul edilən yoludur.
Bu gənc
jurnalistlərin arzularını gerçəkləşdirməsinə
kömək etmək üçün AİPS-in dəyərli əməkdaşları
ilə birgə işləməkdən çox
məmnunuq və onların ilk dəfə
Bakıda keçiriləcək Avropa
Oyunlarında çalışmaqdan razı qalacaqlarına ümid edirik"
Tural
Palitra.-2014.-1 may.-S.12.