Polşada Vaqif Mustafazadə yaradıcılığı

 

Bir zamanlar o bizi, Azərbaycanı dünyaya tanıtdı, indi isə biz o borcu geri qaytarmalıyıq, onu layiqincə dünyaya tanıtmalıyıq. Dünya Azərbaycanlıları Konqresi Polşa nümayəndəliyi Polşanın Lodz şəhərində yerləşən Grand Hoteldə, Vaqif Mustafazadənin 74 illiyinə həsr olunmuş Azərbaycan musiqisinin tanıtım gecəsini keçirib. DAK-ın Polşa nümayəndəliyinin rəhbəri Nail Əhmədin “Palitraya verdiyi məlumata görə, tədbiri Polşada təhsil alan azərbaycanlı tələbə Əli Əhmədli tarda öz çıxışı ilə başlayıb. Tədbirdə iştirak edən xarici qonaqlara, professor və müəllim heyətinə və Polşanın müxtəlif şəhərlərindən gəlmiş azərbaycanlılara DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd Azərbaycan musiqisi haqqında geniş məlumat veribmusiqimizin qədim tarixə malik olduğunu bildirib. Bununla yanaşı tədbirdə Azərbaycandan gənc alim Əhməd Şahidov da iştirak edib. Tədbirin ikinci hissəsində isə DAK Polşa nümayəndəliyinin müavini Nəsib İbrahimov, Məhərrəm QarayevYaqub Abbas Caz-Muğam sintezinin banisi Vaqif Mustafazadə haqqında hazırladıqları geniş prezentasiyanı qonaqlara təqdim edib. Sonra Vaqif Mustafazadə haqqında broşürlar və mahnılarının diski gələn qonaqlara xatirə olaraq verilib. Tədbir V.Mustafazadənin Bakı Gecələri kompozisiyası musiqisi altında bitib.

 

Tural

Palitra.-2014.-6 may.-S.15