Sığorta-pensiya
sistemində elektron xidmətlər: operativliyin, rahatlığın və şəffaflığın
təminatı
Azərbaycanda sosial-iqtisadi proqres modern dövlət və hökumət quruculuğu ilə paralel olaraq baş verməkdədir. Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər və gəlirlər birbaşa əhalinin sosial təminatında öz əksini tapdığı kimi, modern hökumət quruculuğu da bilavasitə vətəndaşların rifahına və rahatlığına, eyni zamanda şəffaflığın təmin olunmasına xidmət edir.
Bu mənada, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və iradəsi altında həyata keçirilən “elektron hökumət”in formalaşdırılması prosesi, tətbiq olunduğu sahələrdə şəffaflıq və operativlik baxımından vəziyyəti tamamilə kökündən dəyişməkdədir. Əslində Prezidentin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ona görə də ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Bu sahədə dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin keyfiyyətinin daim artırılması və əhatə dairəsinin genişləndirilməsi prosesi gedir.
“DSMF elektron xidmətlərin artırılması sahəsində irəliyə doğru çox ciddi addımlar atır”
Elektron xidmətlərlə bağlı bildirərkən, bu xidmətləri uğurla tətbiq etməyə başlayan Dövlət Sosial Müdafiə Fondunun da fəaliyyətini qeyd etməyə dəyər. Belə ki, son dövrlərdə DSMF tərəfindən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün ardıcıl işlər görülür. Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi isə bu sahədə operativliyin, şəffaflığın və dəqiqliyin təmin olunmasında həlledici rol oynamağa başlayıb. DSMF-dən aldığımız məlumata görə, bu gün ölkənin sığorta-pensiya sistemi əhalinin 40 faizdən çoxunu əhatə edir və fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin “sspf.gov.az” saytında yerləşdirilib.
Bu mövzuda bizə fikirlərini bildirən millət vəkili Əli Məsimli qeyd etdi ki, beş ildir, ölkəmizdə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” həyata keçirilir: “Həmin proqrama eləcə də Azərbaycanda vətəndaşlar üçün məlumatların asan və şəffaf qaydada əldə edilməsinə xidmət edən "elektron hökumət"in qurulması istiqamətində görülən işlərin tərkib hissəsi kimi ölkəmizdə sığorta-pensiya sistemində müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) geniş tətbiq olunmaqdadır. Görülən tədbirlər pensiya təyinatının tam avtomatlaşmasına aparır ki, bu da həmin sahədə rast gəlinən neqativlərin aradan qaldırılması üçün çox zəruridir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində də bu istiqamətdə müvafiq işlər görülür. Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına keçməkdən ötrü Dövlət Sosial Müdafiə Fondunun şöbələrinin əksəriyyətində müasir kompyuter infrastrukturu yaradılıb. Sahibkarlıq fəaliyyətində “vahid pəncərə” sisteminin tətbiqi digər müsbət məqamlarla yanaşı, sosial sığorta ayırmalarının ödənilməsindən yayınmaların da nisbətən aradan qaldırılmasına da müsbət təsir göstərir. Ona görə də bu işi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan kimi sığorta-pensiya sistemində elektron xidmətlər vasitəsilə şəffaflığın artırılması istiqamətində işlər sistemli şəkildə davam etdirilməlidir”.
Millət vəkilinin qənaətincə, DSMF elektron xidmətlərin artırılması sahəsində irəliyə doğru çox ciddi addımlar atır: “Məsələn, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmət tətbiq edilir. Bu xidmət 5 növ müavinət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə müavinət; uşağa qulluğa görə müavinət və nəhayət, dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Bu iş nəzərdə tutulan sistem üzrə həyata keçirilsə, böyük sayda kontingentə beş müavinət növü üzrə xidmətin avtomatlaşdırılması bu sahədə şəffaflığın artmasında mühüm rol oynayacaq”.
Mövzu barəsində bizə danışan əmək və sosial münasibətlər üzrə ekspert Xəzər Teyyublu isə düşünür ki, hər bir işçinin pensiyayaqədərki dövr üçün pensiyanı izləmək hüququ var: “İndiki vaxtda haqqında danışılan elektron sistemə keçid belə bir nəhəng işin asanlaşdırılması və bu sahədə bürokratik əngəllərə son verməkdir. İnkişaf etmiş ölkələrdə bu sistemə keçid 80-ci illərdə baş verib”. Ekspert bu sahədə yeniliklərin tətbiqini belə proqnozlaşdırır: “Hətta, vaxt gələcək vətəndaşlarımızın milli kimliyinə bu proqramlar yüklənəcək, əmək stajı, banklarda pul hesabı, avtosürücülük sənədi, nəqliyyat gedişi və müasir həyatda daha çox kağız halında olan sair sənədləşmə formaları aradan götürüləcək”.
“DSMF-nin elektron xidmətləri vətəndaşlar tərəfindən dəstəklənir və təqdir olunur”
DSMF-nin sığorta-pensiya
sistemi ilə bağlı vətəndaş
cəmiyyəti nümayəndələrinin mövqeyini
bilmək də maraqlıdır. “Konstitusiya”
Araşdırmalar Fondunun eksperti
Zaur İbrahimli bildirir ki, ölkə əhalisinin
40 faizindən çoxunu əhatə edən
sığorta-pensiya sistemində şəffaflıq, korrupsiya risklərinin aradan
qaldırılması, preventiv tədbirlərin
görülməsi olduqca vacibdir:
“Bu baxımdan
sığorta-pensiya sistemində elektron
xidmətlərin genişləndirilməsi şəffaflığın
təmin edilməsi, məmur-vətəndaş təmasının
minumuma endirilməsi, xidmətin keyfiyyətinin
yaxşılaşdırılması üçün
irəliyə doğru atılan mühüm addımdır. Statistik təhlillər
göstərir ki, bu
yeniliklər vətəndaşlar tərəfindən dəstəklənir
və təqdir olunur. 2013-cü ildə
700 minə yaxın vətəndaşın bu
xidmətlərdən istifadə etməsi çox
böyük nailiyyətdir. Elektron xidmətlərin çox
böyük üstünlüyü
məmur-vətəndaş təmasının minumuma
endirilməsi və beləliklə də mümkün
korrupsiya sövdələşmələrinin
qarşısının alınmasıdır. Elektron
xidmətlər korrupsiyaya şərait yarada biləcək halların aradan
qaldırılması və bütün mərhələlərdə
şəffaflığın təmin olunmasına imkan yaradır. Korrupsiya
sövdələşmələrinə meyilli
məmur və vətəndaşlar üçün
bu cür əməllər
artıq az faydalı və çox riskli bir əmələ çevrilir.
Korrupsiya mühiti
dağılır və ona imkan verəcək faktorların çoxu aradan qalxır. Bu isə öz növbəsində
şəffaflığa, vətəndaş
hüquqlarının daha etibarlı
müdafiəsinə imkan verir.
Elekton xidmətlər el
arasında müxtəlif cür
adalndırılan qeyri-rəsmi ödənişlərin də
aradan qaldırılmasına səbəb olur. Söhbət “hörmət”, “şirinlik”
və s. adlar altında verilən pullardan gedir. Artıq nə məmurun, nə də vətəndaşın “hörmət
etmək” imkanı qalmır. Bu isə şübhəsiz ki, hər bir
şeyin qanun çərçivəsində baş verməsi, qanunçuluğun, son nəticədə
isə şəffaflığın
təmin olunması deməkdir”.
Azərbaycan-Amerika Gəncləri İctimai
Birliyinin sədri Vüqar Əhmədov isə qeyd etdi
ki, Prezident İlham Əliyevin elektron xidmətlərə
keçidlə bağlı
imzaladığı müvafiq
sərəncamdan sonra
xüsusən əhaliyə
xidmət sahələrində,
o cümlədən sosial
sahədə, sığorta-pensiya
sistemində və dövlət qurumlarının
fəaliyyətində şəffaflığın
artırılması, əhalinin
bu sahədə maarifləndirilməsinə öz
müsbət təsirini
göstərir: “Ümumilikdə
bu, elektron hökumətin qurulması
istiqamətində atılan
mütərəqqi addımdır
və təqdirəlayiqdir”.
Vətəndaş cəmiyyətinin nümayəndəsi qeyd edir ki, son islahatlardan
sonra artıq QHT-lər və fərdi şəxslər
də rahat və maneəsiz, heç bir yerə getmədən elektron qaydada hesabatları təqdim edirlər. Bu, ölkədə əhalinin
məlumatlara sərbəst
çıxışının təmin olunması, bu sahədə şəffaf idarəetmənin
yaranması baxımından
vacibdir. Həmçinin, əhalinin də bu yeniliklərlə bağlı geniş məlumatlandırılması olduqca
vacibdir. Belə ki,
DSMF-nin fəaliyyəti
əhalinin geniş kütləsini əhatə
edir. Vətəndaş cəmiyyəti sektoru
olaraq biz bu işlərin görülməsini
dəstəkləyirik və
hesab edirik ki, bu islahatlar
demokratik və şəffaf dövlət
quruculuğunda, əhalinin
rifah halının yaxşılaşdırılmasında, şəffaflığın və
hökumət qurumlarının
effektiv idarətetməsinin,
vətəndaşlara keyfiyyətli
xidmətin təşkilində
vacib addımlardandır”.
Qeyd edək
ki, DSMF-nin yenilikləri sayəsində
hazırda bütün
ölkə üzrə
iri və orta sahibkarlardan, kommersiya və qeyri-kommersiya xarakterli hüquqi şəxslərdən
hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş
edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxslər isə
DSMF-nin yerli şöbələrində yaradılmış
“Yardım masaları”nın xidmətindən
yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi
ilə bağlı kiçik ödəniş
edən sığorta
edənlərin elektron
hesabatlarının sayının
daha da artacağı
gözlənilir.
Məcburi dövlət sosial sığorta vəsaitlərinin
onlayn ödənilməsi
elektron xidməti vasitəsilə sığortaedənlər
məcburi dövlət
sosial sığorta vəsaitlərinin onlayn ödənilməsini həyata
keçirə bilərlər. Elektron xidmətdən istifadə
etmək üçün
“Elektron Xidmətlər
Portalına” daxil olaraq DSMF tərəfindən
təqdim olunan elektron xidmətlərin siyahısından “Məcburi
dövlət sosial sığorta vəsaitlərinin
onlayn ödənilməsi”
elektron xidmətindən
istifadə etmək mümkündür.
“Sığortaolunanın onlayn uçota alınması” adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
prosesini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmət vasitəsi ilə hər bir sığorta edən öz ofisindən kənara çıxmadan birbaşa
elektron qaydada müraciət etməklə
sığortaolunanlar üçün
sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
imkanına malikdirlər.
Bu xidmət vasitəsilə
vətəndaşların fərdi
uçot sistemində
uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
prosesi elektron qaydada həyata keçirilir. Həmçinin “Sığortaolunanın onlayn
uçota alınması”
xidməti sığortaedənlərlə
DSMF orqanları arasında
münasibətlərin sadələşdirilməsinə
imkan yaradır və sığorta-pensiya
sistemində şəffaflığın
daha da artırılmasını
təmin edir. Elektron xidmətdən istifadə üçün
sığortaedən həm
DSMF-nin saytı, həm “Elektron hökumət” portalı vasitəsi ilə “Sığortaolunanın onlayn
uçota alınması”
elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir.
İctimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi
ilə bağlı istənilən suallarını
operativ şəkildə
cavablandırmaq məqsədi
ilə Dövlət Sosial Müdafiə Fondunda müasir tipli «Call-center» - «Mərkəzləşdirilmiş
Çağrı Sistemi»
(«190»nömrəli telefon məlumat
xidməti) yaradılıb.
Onu da qeyd edək ki, sığorta-pensiya islahatlarının nüfuzlu
beynəlxalq təşkilatlar
tərəfindən yüksək
qiymətləndirilməsinin nəticəsi kimi
2013-cü ildə Azərbaycan
növbəti dəfə
inkişaf etmiş Avropa ölkələri ilə bir sırada
Beynəlxalq Sosial Təminat Assosiasiyasının
Avropa Şəbəkəsinin
Rəhbər Komitəsinin
üzvü seçilib. Bundan başqa,
DSMF beynəlxalq səviyyəli
bir sıra müsabiqələr və
nominasiyalar üzrə
qalib olub.
İlkin AĞAYEV
Palitra.-2014.-6 may.-S.6.