Yeni sağlamlıq
meydançaları gənc nəslin fiziki
inkişafında böyük rol oynayır
Gənc nəslə
sağlam həyat tərzini təbliğ
etmək, onların fiziki və mənəvi
inkişafına yardım etmək dövlətin prioritetləri
sırasında yer alır
Layihə çərçivəsində təqdim etdiyimiz yazı yeni istifadəyə verilən sağlamlıq meydançalarının gənc nəslin fiziki-mənəvi inkişafında oynadığı rolla bağlıdır. Qeyd edək ki, bir neçə gün əvvəl Dənizkənarı Milli Parkın ərazisində Bakı sakinləri üçün açıq havada yeni sağlamlıq meydançasının təqdimatı olub. İdman qurğusu Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü, “Baltika-Bakı” şirkətinin dəstəyi ilə yaradılıb.
Açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Milli Paralimpiya Komitəsinin, “Baltika-Bakı” şirkətinin, Dənizkənarı Milli Park İdarəsinin nümayəndələri, tanınmış idmançılar, jurnalistlər iştirak ediblər.
Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, hazırda Azərbaycan dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilib. Ölkədə beynəlxalq səviyyəli müxtəlif idman yarışları keçirilir. O bildirib ki, ümumi sahəsi 550 kvadratmetr olan sağlamlıq meydançasının ərazisində 15 trenajor yerləşdirilib. Bu trenajorlar Bakının bütün sakinləri üçün nəzərdə tutulub: “Dənizkənarı bulvarda yaradılmış sağlamlıq meydançası MOK-un paytaxt sakinlərinə hədiyyəsidir. Meydançanın universal olması onun üstünlüklərindən biridir. Meydançadan istər 12 yaşından böyük olan uşaqlar, istər yaşlılar, istər professional idmançılar, istərsə də idmanla yeni məşğul olanlar istifadə edə bilərlər. Sağlamlıq meydançasını inşa edərkən fiziki imkanları məhdud olan şəxsləri də unutmamışıq. Onlar üçün meydançada 2 xüsusi trenajor qoyulub. Əlil arabasından istifadə edən vətəndaşlar isə xüsusi girişdən keçib meydançaya gələ bilərlər”. “Baltika-Bakı” şirkətinin baş direktoru Sergey Tolmaçov bildirib ki, başçılıq etdiyi şirkət sosial məsuliyyətli qurum kimi fəaliyyət göstərdiyi regionlarda xeyriyyəçiliklə məşğul olur, sponsor yardımı göstərir, o cümlədən idmanın inkişafına kömək edir: “İstərdik ki, yeni idman meydançası Bakı sakinlərinin sağlamlıqları üçün faydalı vaxt keçirə biləcəkləri məkana çevrilsin. İdman sağlamlıqdır”.
Dənizkənarı Milli Park İdarəsi rəisinin müavini Nazim Məcidov, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov və digər natiqlər paytaxt sakinlərinə göstərdikləri diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Bakı bulvarında belə bir
idman meydançasının istifadəyə
verilməsi gənc nəslin sağlamlığının
qorunmasında böyük rol
oynayır. Uşaq və yeniyetmələri
mənfi vərdişlərdən uzaqlaşdıraraq
onların idmana yönləndirilməsi gənc
nəslin fiziki və mənəvi
inkişafında böyük rol oynayır. Bulvar ərazisində
yerləşən, ictimaiyyət üçün
açıq olan və istifadəsi pulsuz olan idman
meydançası lazımi idman
qurğuları ilə təmin edilib.
Yaxın gələcəkdə bulvar ərazisi
genişləndikcə, pulsuz idman meydançalarının sayının da artırılması nəzərdə tutulur. Həmin meydançadan
istifadə edənlərin böyük əkəsriyyətini
yeniyetmələrin təşkil etməsi sevindirici
haldır. Dövlət bu yolla
sağlam həyat tərzini təbliğ edir və bunun üçünü müasir
üsullardan istifadə edir.
Bakı bulvarı gənc nəslin ən çox
axın etdiyi yerlərdən biridir. Belə ərazidə pulsuz
idman qurğularının olması
onların idmana marağının
artmasına şübhəsiz ki, müsbət
təsir göstərəcək. Gənc nəslə sağlam həyat tərzini təbliğ etmək,
onların fiziki və mənəvi
inkişafına yardım etmək dövlətin prioritetləri
sırasında yer alır. Bu siyasəti idmanın inkişafı çərçivəsində
dəyərləndirmək daha doğru olar. Bu gün ölkəmizdə
idmanın inkişafı istiqamətində həyata
keçirilən işlər Azərbaycan idmanının
dünyadakı nüfuzunu xeyli
artırıb. Bu inkişaf
və nüfuz
idmançılarımızın beynəlxalq
yarışlarda əldə etdiyi
medalların və ölkəmizdə keçirilən beynəlxalq
turnirlərin sayında əksini tapıb. Bu
iki bir-birinə bağlı olan məsələnin arxasında Azərbaycan
dövlətinin gördüyü nəhəng
iş və əmək dayanır. Azərbaycan
dövləti idmanın inkişafında nə qədər
maraqlı olduğunu həyata keçirdiyi siyasət və bu
sahəni prioritetlərindən biri elan etməsi ilə ortaya qoyub. Məlumdur ki, idmanla məşğul olanların böyük əksəriyyəti gənclər
və bu sahədə böyük
gənclik ordusu cəmləşib. Deməli,
idman cəmiyyətin ən aktiv təbəqəsi olan
gəncləri öz ətrafına cəmləməklə
pis vərdişlərə meyillənməyin
qarşısını alır. Müasir dövrümüzün tələbləri elədir
ki, mənfi vərdişlərin
qarşısını almaq çox çətinləşib. Xüsusilə gənclər arasında müxtəlif
mənfi vərdişlərin yayılma arealı və təsr
vasitələri çox artıb. İnternetin həyatımıza bu qədər sürətlə daxil olduğu,
qloballaşmanın mənfi təsirlərindən
qorunmağın bu qədər çətin
olduğu bir zamanda idmanın inkişaf etdirilməsi çox
aktualdır. Belə ki, idmanı
kütləviləşdirməklə, bu
sahəyə daha çox
yeniyetmə və gənci toplamaqla həm
dünyada ölkəmizi təmsil edən
idmançılar yetişdirmək, həm də mənfi vərdişlərdən
uzaq sağlam gənc
nəsil yetişdirmək mümkündür.
Azərbaycanın idman sahəsində
qazandığı uğurlar sağlam gənc nəsil yetişdirilməsində
də böyük nailiyyətlər əldə
edilməsi ilə nəticələnib. Şübhəsiz ki, bu uğurların
arxasında Azərbaycanda dövlət
başçısının rəhbərliyi aldtında həyata
keçirilən idman siyasəti
dayanır. Hansı ki, həmin siyasət
həm ölkəmizin idman ölkəsi kimi tanınmasını təmin edib, həm də ölkədə idman ətrafında böyük
gənclik ordusu toplayıb. Bu məsələdə bölgələrdə
inşa edilərək yerli
sakinlərin istifadəsinə verilən müasir
Olimpiya Kompleksləri böyük
rol oynayır. Dünyada
az belə ölkə tapıla bilər ki, qısa müddət ərzində demək
olar ki, bütün bölgələrini müasir idman
qurğuları ilə təmin edə bilsin.
Azərbaycada dövlət
başçısının həyata keçirdiyi
siyasətin əsas özəlliklərindən biri də ondan ibarətdir
ki, müasir idman qurğuları inşa
edilərkən kompleks şəkildə
işlər həyata keçirilərək müasir
infrastruktur yaradılır. Bu amillər isə yeniyetmə və gəncləri
idmana istiqamətləndirir. Azərbaycan Prezdentinin qeyd etdiyi kimi ölkəmizdə
güclü nəsil yetişib:
«Azərbaycanda çox güclü
gənc nəsil yetişir, o cümlədən idman sahəsində.
Regionlarda Olimpiya İdman Kompleksi tikilib ki, bizim
uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli şəkildə
istifadə edirlər. Yəni, idman infrastrukturunun yaradılması nəticəsində
biz hər bir bölgədə
idmanla məşğul olmaq
üçün gözəl şərait
yaratmışıq. Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər,
yeniyetmələr. Təsadüfi deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya miqyasında çox böyük nəticədir.
Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər
arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər.
Olimpiyaçılarımızın da əksəriyyəti
gənclərdir. Bizim Olimpiya
çempionumuz Toğrul
Əsgərovun heç 20 yaşı yoxdur. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər
ərzində yetişib, püxtələşib
və artıq dünyanın bir nömrəli
idman yarışının qalibləri olmuşlar. Yəni, bütün
bu işlərin təməlində düşünülmüş siyasət və
ardıcıl, məqsədyönlü fəaliyyət
dayanır. Mən çox şadam
ki, gənclərimiz idmana
meyillidirlər. Azərbaycan dövlətində idmana və xüsusilə, idmançılara
hörmət, qayğı, dəstək gəncləri də,
uşaqları da idmanla
məşğul olmağa sövq
edir. Mən hesab edirəm
ki, hər bir bölgədə,
- bu, artıq reallıqdır, -
idmançılara daha da
böyük diqqət və dəstək
göstərilməlidir”.
Anar Miriyev
Palitra.-2014.-7 may.-S.11.