Gənclər ilk növbədə intellektual potensiallarını artırmalıdır  

 

Anar Məlikov: “Gənclərin mənəvi inkişafı üçün dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir

 

Azərbaycan gəncləri bu gün öz mənəvi fiziki inkişaflarını artırmaqda israrlıdır. Çünki gənclərin uğur əldə etməsində, karyera yolunda yüksəlməsində bu, ən vacib amildir. Buna görə , gənclər inkişafa meyillidirlər. Bu baxımdan gənclərə treninq mərkəzləri öz dəstəklərini göstərir. Belə mərkəzlərdən biri olan TCS (Training & Consulting Services) təşkilatının sədri Anar Məlikovla görüşüb gənclərə uğura aparan yolda kimi köməklik göstərmələri ilə bağlı fikirlərini öyrəndik.

-Gənclərin mənəvi inkişafı üçün hansı lazımi tədbirlər

görülməlidir?

- Mənəvi inkişaf çox geniş məfhumdur. Gənclərin mənəvi inkişafı üçün dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir, yalnız hər bir fərd özü üzərində işləməli, daxili aləmini zənginləşdirməlidir.

Gənclər ilk növbədə intellektual potensiallarını artırmalıdır. Belə olduqda gənclər mənəvi dəyərlərimizə önəm verərlər. Eyni zamanda gənclərdə vətənpərvərlik ruhu da yüksək olar. Bu çox vacib bir amildir, çünki Vətənini sevən hər bir şəxs onun yolunda çox uğurlar qazana bilər.

- Sizin xidmətləriniz gənclərə öz bacarıqlarını üzə çıxarmağa necə kömək edir?

- Bildiyiniz kimi, təşkilatımız texniki sahədə müxtəlif təlimlər keçirir, lakin biz bu yaxınlarda belə qərara gəldik ki, fəaliyyətimizi genişləndirərək, gənclərə yönəlik bir proqram təşkil edək, belə ki, “Uğurlu karyera şəxsi inkişafproqramımız gənclərə karyeralarını planlaşdırma işində yol göstərir. Son zamanlar müşahidə edirik ki, yüksək ballarla ali məktəblərə daxil olan savadlı gənclərimizin bəzən adi şeylər haqqında məlumatları olmur. Onlar təcrübəsinə başlamazdan əvvəl CV-lərini düzgün şəkildə yazmağı, müsahibələri zamanı özlərini necə təqdim etməyi s. sadə məqamları öyrənməlidirlər. Bütün bunlar o demək deyil ki, tələbələrin bilik ya intellektual səviyyəsi aşağıdır, sadəcə olaraq, onların psixoloji cəhətdən hazırlığı olmadığından bilik bacarıqlarını üzə çıxara bilmirlər. Ümidvarıq ki, bizim bu proqram gənclərimizə hədəflərini müəyyənləşdirməkdə, psixoloji cəhətdən onların təkmilləşməsində yol göstərəcək.

-Bu gün gənclərin hansı yeni peşələrə yiyələnməsinə ehtiyac var?

- Neft qaz sektoru ölkəmizdə daha çox inkişaf etdiyinə görə, gənclərin bu sahəyə daha çox maraq göstərməsi təbii bir haldır. Bizim vəzifəmiz Azərbaycanın iqtisadiyyatı ümumiyyətlə, gələcəyinin inkişafında ən böyük rolu olan bu sahədə hərtərəfli maariflənmiş, peşələrə mükəmməl yiyələnmiş kadrların yetişməsinə köməklik etməkdir. Buna görə biz xüsusilə gəncləri texniki peşə təlimlərinə cəlb etməyi özümüzə borc bilirik.

-Gənclər uğura gedən yolda qarşılaşacaqları maneələri necə dəf etməlidirlər?

- Bu sualın çox cavabı var! Lakin yəqin ki, hamı bununla razılaşar ki, əsas uğur maariflənməklə əldə edilir. Biz təhsilə, maariflənməyə çox böyük əhəmiyyət verdiyimiz üçün şüarımız da məhz bu istiqamətə yönəlik seçilib. Çünki uğura gedən yol təhsildən, maariflənmədən keçir.

-Siz, gənclərin daha da maariflənməsi üçün hansı formada dəstək göstərirsiniz?

- Əvvəl qeyd etdiyimiz kimi, gənclər üçün hazırladığımızUğurlu karyera şəxsi inkişafproqramımız məhz gənclərin maariflənməsinə birbaşa dəstəkdir. Bu proqram tələbə gənclərə yalnız gələcək karyeralarında uğur qazanmaq yolunda deyil, həm hər birinin ixtisasına yiyələnmələrinə yönəlib. Biz ali məktəblərdəki bir çox ixtisaslar üzrə təlim keçməyi planlaşdırırıq. Məsələn, son zamanlar gənclərin iqtisadiyyata olan marağının artmasını nəzərə alaraq, müqavilə tenderlər, sənədləşmələr, maliyyə işləri, insan resursları, idarəetmə, müxtəlif statistik əməliyyatlarla birlikdə, digər sahələrdə faydalı olan psixologiya, bədən dili (NLP- Neuro Linquistic Programming) məruzələr iclasların təşkili kimi təlimlərlə gənclərin maariflənməsi yolunda fəaliyyət göstəririk.

- Hazırda gənclər öz potensiallarını istədikləri kimi üzə çıxara bilirlərmi?

- Zənnimcə, dövlətin gənclər üçün yaratdığı imkanlardan ən başlıcası vacibi onların təhsil almaq ya onu davam etdirmək üçün xarici ölkələrə göndərilməsidir. Xüsusilə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 35-ə yaxın ölkədə təhsil imkanı yaradır yüksək intellekt dünya görüşünə sahib olan gənclərin formalaşmasına dəstək olur. Yaxşı təcrübə, elmdə uğurlar qazanmış gənclərimizin Vətənə qayıdıb insan resurslarının inkişafı zənginləşməsi kimi vacib bir prosesdə töhfələrini vermələri olduqca təqdirəlayiq bir addımdır.

-QHT sektorunda gənclərin aktivliyi özünü necə büruzə verir?

- Azərbaycanda aparılan gənclər siyasəti çox uğurlu bir modeldir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada fəaliyyət göstərən gənclər təşkilatları ölkəmizin ictimai-siyasi, mədəni həyatında aktiv olmasın. QHT sektorunda olan gənclər cəmiyyətin ictimai həyatında fəallıq göstərməklə yanaşı, yüksək dünyagörüşlü, intellektual səviyyəli vətəndaşlar olmaqla, dövlətimizin möhkəmlənməsi güclənməsinə töhfələr verirlər. Hər bir gəncin öz ixtisasına, potensialına bilik sahəsinə uyğun fəaliyyət göstərməsini məqbul hesab edirəm.

-Cəmiyyətin inkişafında gənclər dərəcədə öz töhfəsini verirlər?

- Bütün dünyada olduğu kimi, ölkəmizdə gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvəsidir, yaşlı nəslin davamçısı olaraq, onlar ölkəmizdə baş verən bütün prosesləri müşahidə edir əvvəlki gənclərdən fərqli olaraq, indiki gənclərimiz nisbətən az kitab oxuyub, az mütaliə etsə , texnologiyanın təkmilləşməsi ilə intellekt baxımdan daha inkişaf etmiş, daha dinamik fəaldırlar. Düşünürəm ki, cəmiyyətin inkişafında gənclərin ən vacib töhfəsi onların dövlət idarəçiliyində fəal iştirakıdır. Son zamanlar siyasətlə maraqlanan gənclərin sayı artır, bu, müsbət haldır.

-Gənclərdə fərdi düşüncə tərzinin yaranması üçün hansı addımlar atılmalıdır? Yəni bu baxımdan gənclər özləri əsas nə etməlidirlər?

- Cəmiyyətdə tutduğu mövqedən, vəzifədən, statusdan asılı olmayaraq, hər bir insanın fərdi düşüncə tərzi olmalıdır. Nə qədər insan varsa, bir o qədər də düşüncə tərzi var. Bizim hər birimiz individual varlığıq, heç kimin təkrarı deyilik, mütləq şəkildə öz məqsədlərimiz var, biz müəllimlərimiz kimi düşünməyə məhkum olmuş gənclər deyilik. Cəmiyyət inkişaf edirbiz nəsillərin sınağından çıxmış gözəl ənənələrimizi inkişaf etdirib yaşatmaqla yanaşı, köhnə stereotiplərdən imtina etməyi də bacarmalıyıq. Hər an bizim ətrafımızda, sosialya fiziki mühitdə özümüzdən asılı olaraqya qeyri-iradi müəyyən proseslər baş verir. Bizim bu olaylara münasibətimiz şəxsi düşüncələrimizin məhsuludur. Fərdi düşünmək ictimai mühitin təkanverici qüvvəsidir. Bəşər tarixində baş vermiş bütün qlobal proseslər, hadisələr, dəyişikliklər, kəşflər və ixtiralar, ictimai inkişaf mərhələləri məhz insanın fərdi düşüncəsinin təsiri nəticəsində baş vermişdir. Yaşadığımız müasir cəmiyyət də artıq bizi məhz fərdi düşüncələrimizə və onların səmərəliliyinə görə dəyər verir. Biz fərdi düşüncələrimizin həm şahına, həm də quluna çevrilə bilərik, seçim öz əlimizdədir. Mətin, cəsarətli iradə və xarakter sahibləri tarix boyu öz fərdi düşüncələri əsasında liderlik xüsusiyyətlərini inkişaf etdirməklə, nəinki öz həyatlarını, hətta bütöv bir xalqın müqəddəratını xilas ediblər.

Bu baxımdan gənclər özləri həyatdakı hədəflərini dəqiq müəyyən etməli, məqsədlərinə çatmaq üçün planlar tərtib etməli, bu planların və məqsədlərin həyata keçmə mexanizmlərini tapmalıdırlar. Unutmayaq ki, əgər həyatda uğur varsa, məğlubiyyət də var. Bundan küsmək, ruhdan düşmək, geri çəkilmək, bədbinləşmək lazım deyil. Əksinə, daha böyük həvəs və istəklə qüvvə toplayıb, səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Biz güclü olanda qalib gəlirik.

- Bu gün gənclərin maariflənməyə olan marağını necə qiymətləndirirsiniz?

- Əsrimiz texnikanın, yeni texnologiyaelmi innovasiyaların inkişaf əsri olduğu üçün gənclərin maariflənmə marağı artmaqdadır. Azərbaycan bir dövlət kimi hər sahədəki inkişafı ilə beynəlxalq arenada artıq tanınır, onun dinamik inkişafı dünya ölkələri tərəfindən qəbul edilir və izlənir. Bu başlanğıcın davamı gənc nəslin əlindədir. Vətənimizin çətin siyasi şəraitdə olmasını nəzərə alaraq, Azərbaycan həqiqətlərini dəqiq, hərtərəfli və hər baxımdan düzgün şəkildə dünyaya çatdırmaq üçün hər baxımdan savadlı və məlumatlı gənclərə ehtiyacımız var. Gənclərimiz öz üzərində çalışır, maariflənməyə maraqları artır, yeni biliklərə yiyələnirlər, çünki onlar da artıq başa düşür ki, insanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-9 may.-S.11.